adamı öz maraqları haqqında, öz işləri haqqında, özünün qolf oyununda
nəticələri haqqında, öz uğurları barədə, əgər həmsöhbətiniz anadırsa, onda onu
uşaqları haqqında danışmağa sövq edin. Bunu edin və diqqətlə qulaq asın. Siz
adamlara ləzzət verəcəksiniz. Sizi yaxşı həmsöhbət hesab edəcəklər, hətta siz çox
az danışmış olsanız da.
Filadelfiyadan olan Harold Duayt ictimaiyyət qarşısında çıxışlar kursunun
bitirilməsi şərəfinə verilən banketdə istisnasız uğurlu nitq söyləmişdi. O, stolun
arxasında əyləşən hər bir adam haqqında növbə ilə danışdı, filankəsin hazırlıq
kurslarının başlanğıcında necə danışdığı, hansı uğurlar qazandığı, məşğələlərin
müxtəlif iştirakçılarının çıxışlarını, onların müzakirə etdikləri mövzuları
xatırladı. O, onlardan bəzilərini yamsılayır, onların səciyyəvi xüsusiyyətlərini
hiperbolizasiya edirdi ki, bu, bütün iştirakçıların gülüşünü doğurur və onlara
ləzzət verirdi. Çıxış üçün bu cür material olanda o uğur qazanmaya bilməzdi,
çünki belə material tamamilə idealdır. Göylərin mavi günbəzi altında heç bir
mövzu iştirakçıları bu cür maraqlandıra bilməzdi. cənab Duayt insan təbiətini
yaxşı bilirdi.
İki milyon oxucu qazanan ideya
Bir neçə il əvvəl “Ameriken meqezin” jurnalının tirajı kəskin artdı.
Tirajın bu cür kəskin sıçrayışı mətbuat aləmində sensasiyaya səbəb oldu. Sirr
nədə idi? Hər şey mərhum Con M.Sidallda və onun ideyalarında idi.
Mən Sidalla ilk dəfə görüşəndə o, bu nəşrdə görkəmli müasirlərin
avtobioqrafiyası şöbəsinin müdiri vəzifəsində idi. Mən onun üçün bir neçə
məqalə yazmışdım. Bir dəfə biz onunla birlikdə əyləşdik və o, mənimlə uzun-
uzadı danışdı.
“İnsanlar eqoistdir, – dedi o. – Onlar əsas etibarilə özləri ilə maraqlanırlar.
Hökumətin dəmir yollarının mülkiyyətçisi olub-olmaması onları o qədər də
maraqlandırmır, lakin onlar necə uğur qazanmağın, necə yüksək məvacib
almağın, necə sağlam olmağın cavabını bilməyi çox istəyirlər. Əgər mən bu
jurnalın redaktoru olsaydım, oxuculara öz dişlərinin qeydinə necə qalmaq, necə
vanna qəbul etmək, necə yay mövsümündə evdə sərinliyi saxlamaq, necə yaxşı
yeri tutmaq, əməkdaşlarla necə davranmaq, evləri necə almaq, yadda necə
saxlamaq, qrammatik səhvlərdən necə yaxa qurtarmaq və sair və ilaxir barədə
danışardım. İnsanlar həmişə bioqrafik hekayətlərlə maraqlanırlar, buna görə
mən hansısa bir varlı adamdan xahiş edərdim ki, daşınmaz əmlakdan milyon
dolları necə qazandığı barədə danışsın. Mən görkəmli bankirlərdən, müxtəlif
korporasiyaların prezidentlərindən, sıravi əməkdaşdan hakimiyyətin və var-
dövlətin zirvəsinə yolu necə keçdiklərini danışmağı xahiş edərdim”.
Bundan bir neçə müddət keçdikdən sonra Sidall redaktor təyin olundu. O
vaxt jurnalın tirajı elə də böyük deyildi və o, nisbətən ziyanla işləyirdi. Sidall
məhz haqqında danışdıqlarını elədi. Nəticə necə oldu? Nəticə sarsıdıcı idi. Tiraj
iki yüz minə qədər qalxdı, üç yüz minə çatdı, dörd yüz minə, beş yüz min nüsxə...
Jurnalda publikanı nə maraqlandırırdısa, o peyda olmuşdu. Tezliklə bu jurnalı
hər ay bir milyon adam alırdı, sonra bir milyon yarım və nəhayət, iki milyon.
Lakin tirajın bu artımı dayanmadı, o, uzun illər ərzində çoxalmaqda davam
edirdi. Sidall öz oxucularının eqoistik maraqlarını haylamışdı.
Çıxış həmişə diqqəti cəlb edən olmalıdır
downloaded from KitabYurdu.org
Əşyalar və ideyalar haqqında danışmaqla siz dinləyicilərinizi yora bilərsiniz,
lakin siz adamlar haqqında danışsanız, onların diqqətinə hakim kəsiləcəksiniz.
Sabah Amerikanın bütün ərazisində, həyətlərdə qonşularla nahar vaxtı çay
arxasında milyonlarla söhbət aparılacaq və onların əksəriyyətinin əsas mövzusu
nə olacaq? Şəxsiyyətlər. Filankəs filan-filan dedi. Filan xanım filan hərəkəti etdi.
Mən onun filan və behman etdiyini öz gözlərimlə gördüm. Filankəs birjada böyük
qənimət qoparacaq və s.
Mən Birləşmiş Ştatlarda və Kanadada məktəblilərin iclaslarında çox iştirak
etməli olmuşam və aldığım təcrübənin əsasında tezliklə başa düşdüm ki, marağı
saxlamaq üçün onlara adamlar haqqında danışmalıyam.
Mən ümumi cümlələr deməyə və abstrakt ideyalara toxunmağa başlayan
kimi Connu stulda vurnuxmağa, Tommi sir-sifətini əyməyə, Bill isə keçiddən nə
isə atmağa başlayırdı.
Bir dəfə mən Parisdə bir qrup biznesmendən uğuru necə qazanmaq olar
mövzusunda danışmağı xahiş elədim. Onların əksəriyyəti adi məziyyətlərə tərif
deməyə, moizə oxumağa və öyüd-nəsihət verməyə başladı və öz dinləyicilərini
tezliklə yordu. (Yeri gəlmişkən, mən bu yaxınlarda eşitmişdim ki, ən məşhur
amerikalı biznesmenlərdən biri eyni sualla bağlı radio ilə çıxışında analoji səhvə
yol vermişdi. Analoji səhvləri qadınlar – klubların üzvləri və səyyar lektorlar
edirlər.) Onda mən məşğələni saxladım və onlara təqribən aşağıdakını dedim:
“Biz istəmirik ki, bizə öyüd-nəsihət versinlər. Bu, heç kimin xoşuna gəlmir. Yadda
saxlayın ki, siz bizi maraqlandırmalısınız, əks-təqdirdə, burada bizə nə
danışsanız da, heç bir diqqət verməyəcəyik. Bunu da yadda saxlayın ki, dünyada
ən maraqlı şeylərdən biri etibarlılıq çələngi ilə əhatə olunmuş şayiələrdir. Buna
görə də bizə tanıdığınız iki adam haqqında danışın.
İzah edin ki, biri nə üçün uğur qazandı, o biri isə uğursuzluğa düçar oldu. Biz
bunu məmnuniyyətlə dinləyərik, danışdıqlarınızı yadımızda saxlayarıq və ola da
bilsin ki, bundan hələ istifadə də edərik. Öz aramızdır, bizə belə yorucu və
abstrakt moizələri etməkdənsə, bu cür əhvalatları danışmaq sizin üçün qat-qat
asan olardı”.
Kursun dinləyiciləri arasında bir nəfər var idi ki, ona özünü və ya öz
dinləyicilərini maraqlandırmaq açıq-aşkar çətin idi. Amma həmin axşam o, təklif
olunan ideyadan istifadə etdi və bizə kollecdə özü ilə eyni kursda təhsil alan iki
tanışı barədə danışdı. Onlardan biri o qədər qənaətcil idi ki, köynəkləri müxtəlif
mağazalardan alır və məhz hansı köynəklərin hamısından yaxşı yuyulduğu,
hansıların daha çox geyildiyi, eləcə də onlardan hansının qoyulan hər dollara ən
çox qazanc verdiyini göstərən cədvəllər tərtib edirdi.
O, həmişə sentlər barədə fikirləşirdi. Texniki kollecdə təhsilini başa
vurandan sonra o, öz qabiliyyətləriylə bağlı elə yüksək fikirdə idi ki, digər
məzunların etdiyi kimi kiçik vəzifədən başlamaq, ardınca isə uğur qazanmağa
cəhd etmək istəmədi. Keçmiş tələbələrin hər il keçirilən, hətta üçüncü görüşündə
də o, köynəklərinin yuyulmasının cədvəllərini tərtib etməkdə davam edir,
hansısa qeyri-adi uğurlu təsadüfü gözləyirdi. Bu təsadüf eləcə də ona rast
gəlmədi. Həmin vaxtdan artıq iyirmi beş il keçib, həyatdan məyus olmuş və
küsmüş bu adam isə cəmiyyətdə hələ də qibtə olunmayacaq mövqe tutmaqdadır.
downloaded from KitabYurdu.org