Mühüm ideyaları müxtəlif sözlərlə təkrar edin
Napoleon ritorikada yeganə ciddi prinsip kimi yalnız təkrarı hesab edirdi. O
bilirdi ki, ideya yalnız onun özünə aydın olduğuna görə qalan hamı üçün də ani
olaraq anlaşılan olmayacaq. O bilirdi ki, təzə ideyaların dərk olunması üçün vaxt
lazımdır və bilirdi ki, insanın təxəyyülü onun üzərində cəmlənməlidir. Qısaca
deyilərsə, o bilirdi ki, onları təkrar etmək lazımdır, amma eyni bir sözlərlə yox.
Bu, dinləyicilərin xoşuna gəlməzdi və onlar haqlı olardılar. Lakin təkrar təzə
cümlələrin köməyi ilə edilirsə, əgər o, qulaq üçün dəyişirsə, onda dinləyiciləriniz
bunu heç vaxt təkrar hesab etməyəcəklər.
Konkret nümunəni götürək. Mərhum cənab Brayan deyirdi:
“Siz dinləyicilərinizi hansısa məsələni başa düşməyə məcbur edə
bilməyəcəksiniz, əgər özünüz onu başa düşmürsünüzsə. Onu özünüz nə qədər
aydın təsəvvür edirsinizsə, həmin məsələni başqalarına da bir o qədər aydın başa
sala bilərsiniz”.
Burada axırıncı cümlə birinci cümlənin özündə ehtiva etdiyi fikrin
təkrarından başqa bir şey deyil. Lakin bu cümlələr səsləndiriləndə sizin onların
təkrar olduğunu görməyə vaxtınız çatmır.
Siz yalnız hiss edirsiniz ki, söhbətin predmeti daha aydındır.
Öz kurslarımda məşğələlərin gedişində mən belə nitqləri tez-tez eşitməli
oluram ki, əgər natiq onlarda haqqında yuxarıda danışılan təkrar etmək
prinsipini istifadə etmiş olsaydı, həmin çıxışlar qat-qat aydın olardı. Natiqliyə
təzəcə başlayanlar buna, demək olar, tam surətdə saymazyana yanaşırlar. Amma
heyif!
Ümumi kateqoriyalardan və
konkret nümunələrdən istifadə edin
Öz nitqinizin aydın olmasına nail olmaq üçün ən etibarlı və sadə üsul –
ümumi kateqoriyalardan və konkret nümunələrdən istifadə etməkdir. Bu
anlayışların arasında fərq nədən ibarətdir? Adından göründüyü kimi, onlardan
biri ümumi, digəri isə konkretdir.
İzin verin onların arasındakı və onların istifadə olunmasında fərqi konkret
nümunələrlə nümayiş etdirim. Belə bir müddəanı götürək: “Azad peşə sahibi
olan elə kişi və qadınlar var ki, onlar çox böyük pul qazanırlar”.
Bu müddəa aydındırmı? Bunu deyənin məhz nəyi nəzərdə tutduğu barədə
siz səlis təsəvvür aldınızmı? Xeyr və öz müddəasının dinləyicilərin təxəyyülündə
məhz nə kimi təsəvvür doğurduğuna heç natiqin özü də əmin ola bilməz. Ozak
dağlarında işləyən kənd həkimi kiçik şəhərdə beş min dollar gəlirə işləyən ailə
həkimini təsəvvür edə bilər. Bəxti gətirən dağ-mədən mühəndisi öz peşəsində
çalışan, ildə yüz min dollar qazanan adamlar haqqında düşünə bilər. Bu mülahizə
çox yayğın və qeyri-müəyyəndir və onu daha konkret etmək lazımdır. Çıxış
edənin məhz hansı peşələri nəzərdə tutduğunu və “çox böyük pul” sözləriylə nə
demək istədiyini göstərmək üçün bir neçə izahedici təfərrüat əlavə etmək
lazımdır.
“Vəkillər, peşəkar boksçular, musiqi bəstələyən bəstəkarlar, roman yazanlar,
dramaturqlar, rəssamlar, aktyorlar, kişi və qadın müğənnilər var ki, onlar
Birləşmiş Ştatların prezidentindən çox qazanırlar”.
downloaded from KitabYurdu.org
Hə, bax indi dinləyici natiqin nəyi nəzərdə tutduğu haqda aydın təsəvvür
almadımı? Lakin o, konkret familiya çəkmədi.
O, konkret nümunələrdən deyil, ümumi kateqoriyalardan istifadə etdi. O,
“kişi və qadın müğənniləri dedi; müğənni Roza Ponselin, Kristen Fleqstadın və ya
Lili Ponsun adlarını çəkmədi.
Beləliklə, bu bəyanat hələ də az və ya çox dərəcədə qeyri-müəyyən qalmaqda
davam edir. Biz onu aydınlaşdırmaq üçün konkret nümunələri yadımıza sala
bilmirik. Bəs natiq bunu bizim üçün etməməlidir? Əgər o, aşağıda göstərilən
abzasda olduğu kimi konkret nümunələrdən istifadə etmiş olsaydı, məgər onun
bəyanatı qat-qat artıq aydın olmazdı?
“Görkəmli vəkillər olan Semuel Antermeyer və Maks Styuer ildə bir milyon
dollar qazanırlar. Məlumdur ki, Cek Dempsinin illik gəliri yarım milyon dollara
çatır. Cavan və savadsız zənci boksçu Co Lyuis yaşı vur-tut iyirmidən bir az çox
olanda ildə beş yüz min dollardan çox qazanırdı. Deyirlər ki, İrvinq Berlinin
retqaym stilində musiqi əsərləri ona ildə yarım milyon dollar gətirir. Sidney
Kinqsli müəlliflik hüququ haqda qanuna uyğun olaraq, öz pyeslərinə görə həftədə
on min dollar alır. Herbert Uels öz avtobioqrafiyasında etiraf etmişdir ki, ədəbi işi
ona üç milyon dollar gətirib. Dieqo Rivyera öz rəsmləri ilə hər il yarım milyon
dollardan çox qazanıb. Katarina Karnell kinofilmlərdə iştirakına görə həftədə beş
min dollar qonorardan dəfələrlə imtina edib”.
İndi dinləyicilər natiqin nə demək istədiyi ilə bağlı istisnasız olaraq aydın və
canlı təsəvvür aldılar.
Konkret olun. Dedikləriniz müəyyən olsun. Müəyyənlik nitqinizi daha aydın,
inandırıcı və maraqlı edər.
Dağkeçisi ilə yarışmayın
Professor Uilyam Ceyms müəllimlərin qarşısında etdiyi çıxışlarından birində
qeyd etmişdi ki, mühazirələrin gedişində yalnız bir məsələni nəzərdən keçirmək
lazımdır, onun nəzərdə tutduğu mühazirə isə bir saat davam etmişdi. Bununla
belə, mən bu yaxınlarda bir natiqi dinləmişdim ki, çıxışının vaxtı üç dəqiqə ilə
məhdudlaşmışdı. Lakin o, çıxışını bizim diqqətimizi on bir müxtəlif suala cəlb
etmək istədiyi ilə başladı. Beləliklə, hər suala on altı saniyə yarım ayrılırdı.
Dərrakəli adamın belə bir absurd cəhd edə biləcəyi ağlasığmaz təsir bağışlayır.
Doğrudur, mən burada son dərəcə nadir halı göstərirəm, amma bu
tendensiya belə bir dərəcədə olmasa da, demək olar, hər bir yeni başlayan natiq
üçün maneədir. O, Kuk kompaniyasının turistə Parisi bir günə göstərən gidini
xatırladır. Bu, Amerika Təbiət Tarixi Muzeyini otuz dəqiqəyə gəzməyə cəhd
etmək kimi bir şeydir. Nəticədə nə aydınlıq olacaq, nə də həzz. Bir çox çıxışlar bu
səbəbdən aydın olmur ki, natiq ona ayrılan vaxt ərzində toxunulan məsələlər
üzrə, təsəvvür olunduğu kimi, dünya rekordu vurmağa çalışır. O, bir sualdan
başqasına dağkeçisinə xas olan sürət və çevikliklə sıçrayır.
Çıxışların əksəriyyəti qısa olmalı, onlara müvafiq olan material hazırlamaq
lazımdır. Məsələn, əgər siz həmkarlar ittifaqları haqqında danışmaq
istəyirsinizsə, onda üç və ya altı dəqiqə ərzində onların nə üçün yarandığını,
onların istifadə etdikləri metodlar, onların yetirdikləri pisliklər və sənayedə
münaqişələri necə həll etmək lazım olduğu barədə danışmağa cəhd etməyin. Heç
bir vəchlə. Belə ki, əgər bunu etməyə çalışarsınızsa, onda nə danışdığınız barədə
downloaded from KitabYurdu.org