həcmlərdə istehsal və istehlak olunan maye vardır ki, onu tonlarla ölçürlər. Sulfat
turşusu belə bir mayedir.
Biz hər gün müxtəlif şəraitdə onunla rastlaşırıq. Əgər sulfat turşusu
olmasaydı, onda sizin minik avtomobiliniz dayanar və siz yenə də “qoca
qatırdan” və kabrioletdən istifadə etməli olardınız. Məsələ bundadır ki, sulfat
turşusu kerosin və benzinin təmizlənməsində geniş istifadə olunur. Sizin
kabinetinizi, nahar stolunuzu və yataq otağına aparan yolu gecə işıqlandıran
elektrik lampaları onsuz mümkün ola bilməzdi.
Siz səhər durub vannaya suyu açanda nikelli, istehsal olunması üçün sulfat
turşusunun zəruri olduğu kranı burursunuz. O həmçinin sizin vannanızın emalı
üçün də lazımdır. Sizin sabunlandığınız sabun sulfat turşusunun köməyi ilə emal
olunmuş piy və yağlardan hazırlanıb... Əl-üz dəsmalınız siz onunla tanış
olmazdan əvvəl sulfat turşusu ilə tanış olmuşdu. Saç şotkanızın tükləri və sizin
plastmasdan olan darağınız sulfat turşusunun köməyi olmadan istehsal oluna
bilməzdi. Ülgücünüz qızdırılıb bərkidiləndən sonra, şübhəsiz ki, sulfat turşusu ilə
aşılanıb.
Siz alt paltarınızı geyinir və üst geyiminizi düymələyirsiniz. Rəngləyicilərin
istehsalçısı kimi, rəngləyicinin özü və ağardıcı da sulfat turşusundan istifadə
ediblər. Düymələri hazırlayan da öz məmulatının istehsalında, ola bilsin, ondan
istifadə edib. Dəri aşılayıcısı sulfat turşusundan sizin çəkmələrinizin dərisini
istehsal etmək üçün istifadə edib və biz həmin çəkmələri təmizləmək istəyəndə
yenə də o, bizə xidmət göstərir.
Siz səhər yeməyinə əyləşirsiniz. İstifadə etdiyiniz fincan və nəlbəki də həmin
turşunun köməyi ilə hazırlanıb. O, qızılın və digər dekorativ rənglərin
vurulmasında da istifadə olunur. Qaşığınıza, bıçağınıza və çəngəlinizə də gümüş
suyu çəkiləndə onlar sulfat turşusu ilə doldurulmuş vannaya girməli olub.
Çörəyinizin hazırlandığı buğda, çox güman, fosfat gübrələrinin köməyi ilə
yetişdirilib ki, bu gübrələrin istehsalı sulfat turşusuna əsaslanır. Əgər siz
qarabaşaqdan hazırlanmış kömbəni patka ilə yeyirsinizsə, onda bilin ki, sulfat
turşusu olmadan patkanın istehsalı da qeyri-mümkündür...
Beləliklə, sulfat turşusu bütün gün ərzində bizə hər addımda təsir göstərir.
Hara getsəniz də, siz ondan qaça bilmirsiniz. Biz onsuz döyüşə və dinclik
dövründə də yaşaya bilmirik. Ona görə də bu, qeyri-mümkün təsir bağışlayır ki,
bəşəriyyətə bu qədər lazım olan turşu orta təfəkkürlü adama belə məlum deyil...
Amma məsələ məhz bu cürdür.
Dünyanın üç əsəs maraqlı predmeti
Necə düşünürsünüz, dünyada ən maraqlı üç predmet hansıdır? Seks,
mülkiyyət və din. Birincinin köməyi ilə biz həyatı yarada bilirik, ikincinin köməyi
ilə onu qoruyub saxlayırıq, üçüncünün köməyi ilə isə həyatı o biri dünyada
davam etdirəcəyimizə ümid edirik.
Amma bizi məhz öz seksimiz, öz mülkiyyətimiz, öz dinimiz maraqlandırır.
Bizim maraqlarımız öz “mən”imizin ətrafında cəmlənib.
“Peruda vəsiyyətlərinin necə tərtib olunduğu” mövzusunda söhbət bizi
maraqlandırmır; lakin “Öz şəxsi vəsiyyətnamələrimizi necə tərtib etməli”
mövzusunda söhbətlərlə maraqlanardıq. Bizi – sırf maraqla bağlı hallar istisna
downloaded from KitabYurdu.org
edilərsə – indusların dini maraqlandırmır, lakin biz elə bir dinə çox dərindən
maraqlıyıq ki, o, bizə o biri dünyada sonsuz həzz təmin etmiş olsun.
Hazırda mərhum lord Nortkliffdən insanları nəyin maraqlandırdığını
soruşanda o, iki sözlə cavab vermişdi: “Onlar özləri”. Nortkliff nə dediyini bilirdi,
zira o, Böyük Britaniyada ən varlı qəzet mülkiyyətçisi idi.
Özünüzün nə təcəssüm etdirdiyini bilmək istəyirsinizmi? İndi biz maraqlı
mövzuya başlayırıq. Biz sizin haqqınızda danışırıq. Bax bu, sizin real təbiətinizə
güzgüdə baxmağın və sizi gerçəklikdə olduğunuz kimi görməyin üsuludur. Öz
arzularınıza göz qoyun. Biz arzu deyəndə nə nəzərdə tuturuq? Sözü professor
Ceyms Harvi Robinsona verək. Biz onun “Dərrakənin təsbiti” kitabından sitat
gətiririk:
“Hamımıza belə gəlir ki, biz ayıq olduğumuz vaxtda həmişə fikirləşirik,
əksəriyyətimiz isə bilir ki, biz yuxuda da fikirləşməkdə davam edirik, özü də
yuxuda olarkən düşüncələrimiz ayıqlıqdakı düşüncə prosesindən daha sarsaqdır.
Əgər bizi hansısa praktiki qayğılar ayırmırsa, onda biz indiki zamanda “arzular”
adlandırılanla məşğul oluruq. Bu, bizim bədahətən baş verən və sevimli düşüncə
növümüzdür. Biz fikirlərimizə öz yolu ilə getməyə izin veririk və həmin yol
ümidlərimiz və qorxularımız, bədahətən doğan arzularımız, onların həyata
keçməsi və ya qəzaya uğraması ilə müəyyən olunur; bizə nəyin xoş və nəyin xoş
gəlmədiyi, nəyi sevdiyimiz, nifrət və etiraz etdiyimizlə müəyyən olunur. Bizim
üçün bizim özümüz qədər maraqlı başqa heç nə mövcud deyildir. Bizim bütün
düşüncələrimiz, əgər biz onlara cidd-cəhdlə nəzarət etmir və yönəltmiriksə,
qaçılmaz surətdə bizim “mən”imizin ətrafında fırlanmağa başlayacaq. Bu
tendensiyanı özümüzdə və başqalarında müşahidə etmək məzəli və
kövrəldicidir. Biz nəzakət və ürəkgenişliyi ilə bu həqiqəti görməməyə səy
göstəririk, lakin onun haqqında fikirləşməyə cürət ediriksə, onda o, gözə günorta
günəşi kimi gur düşür.
Bizim arzularımız – bizim xarakterimizin əsas göstəricisidir. Onlar bizim
təbiətimizi, modifikasiyalaşmış keçmiş təcrübənin çox vaxt gizlin və unudulmuş
məlumatlarını əks etdirir... Heç şübhəsiz ki, şəxsiyyətin özünüyüksəltməsi və
özünə haqq qazandırmasının – bu, onun əsas qayğısıdır – təkidli tendensiyası
üzərində əsaslanan arzularımız bizim bütün düşüncələrimizə təsir göstərir”.
Beləliklə, yadda saxlayın ki, qarşılarında çıxış etməyə hazırlaşdığınız adamlar
onlar ev və ya xidməti problemlərlə məşğul olmayanda öz vaxtlarının əksər
hissəsini özləri barədə, həmçinin də özlərinə haqq qazandırmaq və özlərini
yüksəltmək haqqında düşüncələrə sərf edirlər. Yadda saxlayın ki, adi adam öz
aşpazının onu tərk etməsi ilə İtaliyanın Birləşmiş Ştatlara borcunu ödəməsi
problemindən çox narahat olacaq. Onu öz küt ülgücü Cənubi Amerikada baş
vermiş inqilabdan çox özündən çıxaracaq. Əgər qadının dişi ağrıdısa, bu, onu
Asiyada yarım milyon insanın həyatını aparan zəlzələdən çox ümidsizliyə qərq
edəcək. Qadın sizi daha böyük məmnunluqla o vaxt dinləyər ki, siz ona tarixdə ən
görkəmli on adam haqda yox, hansısa xoş şeylər barədə danışasınız.
Yaxşı həmsöhbət necə olmalı
Bir çox insanın pis həmsöhbət olmasının səbəbi bundan ibarətdir ki, onlar
yalnız özlərini maraqlandıran şeylər haqqında danışırlar; bu isə başqaları üçün
ölümcül qədər darıxdırıcı ola bilər. Bu prosesi əks-istiqamətdə buraxın, başqa
downloaded from KitabYurdu.org