dinləyicilərinizin heç birində aydın təsəvvür yaranmayacaq. Hər şey dolaşıq
olacaq, haqqında danışılan predmet qeyri-səlis konturlar alacaq, təəssürat
həddən artıq qırıq-qırıq olacaq və bütün məlumat həddən artıq ümumi səciyyə
daşıyacaqdır.
Həmkarlar ittifaqlarının fəaliyyətiylə bağlı hansısa bir bölməni götürmək və
onu ətraflı nəzərdən keçirmək və illüstrasiya etmək məgər daha ağıllı olmazmı?
Bəli, daha ağıllı olardı. Və bu cür çıxış vahid təəssürat qoyacaq. O aydın
olacaq, onu dinləmək və yadda saxlamaq asan olacaq.
Lakin sizə toxunulan mövzunun bir neçə hissəsini nəzərdən keçirmək lazım
gələrsə, onda deyilənləri çıxışın sonunda qısa şəkildə cəmləmək məsləhət
görülür. Gəlin bunun necə edildiyinə baxaq. Aşağıda bu bəhsin xülasəsi verilir. Bu
xülasənin oxunması bizim haqqında danışdığımız ideyanın daha aydın və
anlaşılan olmasına kömək edirmi?
Xülasə
1. Aydın olmaq çox vacib, həm də çox çətindir. Məsih deyirdi ki, o, insanları
hədislərlə öyrətməyə məcbur idi, çünki onlar “görə-görə görmür və eşidə-eşidə
eşitmir və dərk etmirlər”.
2. Məsih naməlum olanı onu məlum əşya və ya təzahürlə əlaqələndirməklə
anlaşılan edirdi. O, Tanrı dərgahını acıtma ilə, dənizə atılan torla, mirvari axtaran
tacirlərlə müqayisə edirdi. “Get və bu cür də elə”. Əgər siz Alyaskanın ərazisinin
böyüklüyü ilə bağlı aydın təəssürat yaratmaq istəyirsinizsə, onda onun ərazisinin
kvadrat millərlə sahəsi barədə məlumatları demək lazım deyil; onun ərazisində
yerləşdirmək mümkün olan ştatları sadalayın və onun əhalisinin sayını çıxış
etdiyiniz şəhərin əhalisinin sayı ilə müqayisə edin.
3. İnsanların qarşısında çıxış edərkən öz peşənizlə bağlı olmayan xüsusi
terminlərdən qaçın. Linkolnun metoduna riayət edin və öz fikirlərinizi o qədər
sadə dillə izah edin ki, bunlar istənilən oğlan və ya qız uşağı üçün anlaşılan olsun.
4. Əmin olun ki, haqqında danışmaq istədiyiniz predmet özünüzə gündüz
günəşinin işığı kimi aydındır.
5. Dinləyicilərin görmə duyğusundan istifadə edin. Bu mümkün olanda
eksponatlardan, şəkillərdən, illüstrasiyalardan istifadə edin. Müəyyənləşdirin.
Əgər siz “sağ gözünün üstündə qara xal olan foksteryeri” nəzərinizdə
tutmusunuzsa, “it” sözünü dilinizə gətirməyin.
6. Öz əsas fikirlərinizi təkrar deyin, amma eyni cümlələri iki dəfə işlətməyin.
Cümlələri dəyişdirin, lakin fikrinizi dinləyicilərə bunu sezməyə imkan vermədən
təkrar deyin.
7. Abstrakt müddəalarınızı ümumi kateqoriyaları konkret nümunə və
hadisələrlə müşayiət etməklə anlaşılan edin.
8. Həddən çox suala toxunmağa cəhd etməyin. Elə də böyük olmayan çıxışda
böyük mövzunun bir və ya iki sualından çoxunu lazımi şəkildə nəzərdən
keçirmək qeyri-mümkündür.
9. Çıxışınızı haqqında danışdığınız müddəaların qısa xülasəsi ilə tamamlayın.
On birinci fəsil
Dinləyicilərinizi necə
maraqlandıra bilərsiniz
downloaded from KitabYurdu.org
Sizin indiki məqamda oxuduğunuz səhifə, baxdığınız bu kağız vərəqi
tamamilə adidir, doğru deyilmi?
Bu cür səhifələri siz istənilən qədər görmüsünüz. O, darıxdırıcı və maraqsız
təsir bağışlayır. Lakin mən sizə onun haqqında nə isə qeyri-adi bir şey danışsam,
onda sizi, demək olar, dəqiqliklə maraq götürəcək. Gəlin baxaq! Sizə belə gəlir ki,
bu səhifə bütöv materialdan hazırlanıb, amma gerçəklikdə o daha çox hörümçək
torunu xatırladır. Fizik bilir ki, o, atomlardan ibarətdir.
Bəs bu atom nə böyüklükdədir? Onuncu fəsildə biz bildik ki, bir damla suda
olan atomların sayı Aralıq dənizindəki suyun damlalarının sayı qədərdir. Bildik
ki, bir damla suda olan atomların sayı bizim bütün planetimizdə bitən ot
saçaqları qədər çoxdur. Bəs bu kağızın ibarət olduğu atomlar nədən təşkil
olunub? Daha da kiçik, elektron və proton adlandırılan zərrəciklərdən. Həmin
elektronlar atomun mərkəzi protonunun ətrafında, nisbi olaraq desək, Ayın Yerə
qədər uzaqlığında olan məsafədə fırlanır. Və bu xırdaca kainatın elektronları öz
orbitlərində təsəvvür olunmaz, saniyədə təqribən on min mil sürətlə fırlanmaqda
davam edir. Odur ki, əlinizdə tutduğunuz bu kağız vərəqinin tərkibinə daxil olan
elektronlar siz bu səhifəni oxumağa başladığınız andan etibarən Nyu-Yorkla
Tokio arasındakı məsafəyə bərabər olan yol qət edib...
Cəmi iki dəqiqə əvvəl siz, yəqin, fikirləşirdiniz ki, bu kağız vərəqi cansız
əşyadır, tərpənmir, darıxdırıcı və ölüdür. Gerçəklikdə isə bu, Yaradanın
sirlərindən biridir. Bu əsl enerji tsiklonudur.
Yəqin, indi də sizi maraq götürəcək ki, təzə və qeyri-adi faktı öyrəndiniz.
Adamları necə maraqlandırmağın bir sirri məhz burada gizlənib. Bu, bizim
adamlarla gündəlik ünsiyyətimizdə işlətməli olduğumuz vacib həqiqətdir.
Tamamilə yeni olan maraqlı deyil; tamamilə köhnə olan bizi cəlb etmir. Biz
istəyirik ki, bizə köhnə haqqında təzə nə isə danışsınlar. Məsələn, Burjedəki
məbədi və ya Mona Lizanı təsvir etməklə siz İllinoysdan olan fermeri
maraqlandıra bilməzsiniz. Bunlar onun üçün həddən artıq yenidirlər və onun
köhnə maraqları ilə heç bir bağlılığı yoxdur. Amma siz Hollandiyada fermerlərin
dəniz səviyyəsindən aşağıda olan torpaqları necə əkdiklərini və hasar rolunu
oynayan kanallar çəkdiklərini, həmçinin də darvaza kimi xidmət göstərən
körpülər tikdiklərini danışmaqla onu maraqlandıra bilərsiniz. Həmçinin siz ona
hollandiyalı fermerlərin inəkləri qışda yaşadıqları evdə saxladıqlarını və
inəklərin hərdən butalı pərdələrin arxasından qarın necə yağdığına tamaşa
etdiklərini danışanda ağzını açaraq diqqət kəsiləcək. İnək və çəpərlər barədə
onun məlumatı var idi, lakin bu, köhnə təzahürlərə yeni baxışdır. “Butalı pərdə!
İnək üçün! Lənət şeytana!” – deyə o heyrətlənəcək. Və o, bu əhvalatı öz dostlarına
danışmağa başlayacaq.
Bax bu isə başqa bir əhvalatdır. Siz onu oxuyanda onun sizi maraqlandırıb-
maraqlandırmayacağına diqqət yetirin. Əgər maraqlandıracaqsa, bilirsinizmi bu,
niyə baş verdi?
Sulfat turşusu sizə necə təsir göstərir
Mayelərin əksəriyyəti pint, kvart, qallon və ya barellə ölçülür. Biz, adətən,
kvart çaxır, qallon süd və barel patka
55
haqqında danışırıq. Təzə neft fontanı
vuranda biz deyirik ki, quyu gündə filan qədər barel neft verir. Amma elə böyük
downloaded from KitabYurdu.org