“Xüsusilə xoşuma gələn və nəyinsə böyük məharətlə təsvir olunduğu, yaxud
da hansısa bir xüsusi qüvvənin və ya möhtəşəm üslubun hiss olunduğu kitabı,
yaxud abzası oxuyanda mən dərhal stolun arxasına oturur və özümü həmin
ustanı yamsılamağa məcbur edirdim. Bu, mənə müyəssər olmurdu və bunu
bilirdim. Mən hər şeyi təzədən başlayır və yenə də uğursuzluğa düçar olurdum.
Mənim bəxtim həmişə gətirmirdi. Lakin əbəs səylərə baxmayaraq, mən, hər
halda, əsərin ayrı-ayrı hissələrinin ritmikası, harmoniyası və kompozisiyası
sahəsində müəyyən təcrübə əldə etdim.
Bu minvalla mən Hezliti, Lemi, Vorsvortu, cənab Tomas Braunu, Defonu,
Hotornu, Monteni böyük səylər bahasına təqlid edirdim.
Bu, bizə xoş olsa da, olmasa da, əsər yazmağı öyrənməyə aparan yol bu
cürdür; bunun mənə faydası oldu və ya olmadı, amma bu məhz o yoldur. Kits
məhz bu cür öyrənib, ədəbiyyatda isə ondan incə duyğulu və temperamentli
yazıçı heç vaxt olmayıb.
Bu təqlidetmələrin möhtəşəm mahiyyəti bundan ibarətdir ki, şagirdin nail
olduğu hədlərin arxasında təkrarolunmaz nümunə parlayır. Qoy o, ona xoş
olduğu kimi başlasın. O, ola bilsin ki, uğursuzluğa düçar olsun, lakin köhnə və çox
düzgün məsəl mövcuddur ki, uğursuzluq – uğura aparan ən yaxşı yoldur”.
Adlar və konkret əhvalatlar kifayətdir. Sirr aydındır. Linkoln uğurlu vəkil
olmağı ehtirasla arzulayan cavan oğlana yazmışdı: “Uğura aparan yeganə yol
kitabları əldə etmək və onları diqqətlə oxumaq və öyrənməkdən ibarətdir.
İşləmək, işləmək, işləmək – əsas olan budur”.
Hansı kitabları? Başlayaq Arnold Bennetin “Sutkada iyirmi dörd saatı necə
yaşamalı” kitabından. O, sizə sizin üçün bütün predmetlərdən ən çox maraqlı
olanı haqqında danışır – özünüz haqqında. Kitab sizə hər gün nə qədər çox vaxtı
boş-boşuna itirdiyinizi, bu məqsədsiz itkilərlə necə mübarizə aparmağı və qənaət
edəcəyinizi necə istifadə etməyi açacaq. Kitabın vur-tut yüz üç səhifəsi var. Onu
asanlıqla bir həftəyə oxumaq olar.
Hər gün səhər ondan iyirmi səhifə qoparın və onları cibinizə qoyun.
Bundan sonra səhər qəzetlərini oxumağa əvvəlki iyirmi və ya otuz dəqiqənin
yerinə yalnız on dəqiqə sərf edin.
“Mən qəzetlərdən onları Tasitə və Fukididaya, Nyutona və Evklidə
dəyişməklə imtina etdim, – deyə Tomas Cefferson yazırdı. – Və özümü qat-qat
daha bəxtəvər hiss edirəm”. Yəni siz Ceffersonun nümunəsini təkrar etməklə
(heç olmasa, qəzetlərin oxunmasına sərf etdiyiniz vaxtın iki dəfə azaldılması
məsələsinə toxunan hissəsiylə bağlı) elə də uzaqda olmayan gələcəkdə özünüzü
daha bəxtəvər hiss edəcəyinizi, doğrudan da, zənn etmirsiniz?
Yəni siz, doğrudan da, bunu heç olmasa bir ay ərzində etməyə və bu minvalla
boşalan vaxtı faydalı işə – yaxşı kitabın mütaliəsinə sərf etməyə cəhd
etməyəcəksiniz? Siz lifti, avtobusu, sifariş etdiyiniz təamları və ya görüşlərinizi
gözləyəndə özünüzlə götürdüyünüz səhifələri niyə də oxumayasınız?
Siz bu iyirmi səhifəni oxuyub qurtarandan sonra onları qaytarıb kitaba
qoyun və növbəti iyirmisini qoparın. Siz onların hamısını oxuyandan sonra
kitabın cildinin üstündən rezin lent çəkin ki, qoparılan səhifələri itirməyəsiniz.
Kitabı bu şəkildə eybəcər hala salmaq və onda olan fikirləri əxz etmək ona əl
downloaded from KitabYurdu.org
vurmadan və oxumadan öz kitabxananızın rəflərində saxlamaqdan yaxşı
deyilmi?
“Sutkada iyirmi dörd saatı necə yaşamalı” kitabını oxuyandan sonra sizi
həmin müəllifin başqa kitabı da maraqlandıra bilər. “İnsan maşını” kitabını
oxumağa çalışın. Bu kitab sizə insanlarla daha həssas davranmağı öyrədəcək. O,
sizdə təmkin və özünü ələ almağı formalaşdıracaq. Adıçəkilən kitablar burada
yalnız onlarda deyilənlərlə bağlı yox, həm də onların sizin söz ehtiyatınıza
mütləq göstərəcəyi zənginləşdirici və saflaşdırıcı təsirinə görə məsləhət olunur.
Biz həm də bir neçə başqa faydalı kitab təklif edirik: Frenk Norisin “Sprut” və
“Birja” kitabları. Bunlar Amerikada nə vaxtsa yazılmış ən yaxşı iki romandır.
Birinci kitabda Kaliforniyanın buğda zəmilərində baş verən təlatümlər və insan
faciələri, ikincidə isə Çikaqo birjasında “ayılar” və “öküzlər”
58
arasında gedən
döyüşlər qələmə alınır. Tomas Hardinin “D’Erbervillər nəslindən olan Tess”
romanı özü ilə ən gözəl əsərlərdən birini təcəssüm etdirir. Həmçinin də Nyuell
Duayt Hillisin “İnsanın cəmiyyət üçün dəyəri” kitabını və professor Uilyam
Ceymsin “Müəllimlə söhbət” işini oxumaq lazımdır. Andre Moruanın “Şellinin
həyatı”, Bayronun “Çayld Harold” və Robert Luis Stivensonun “Eşşəklə səyahət”
kitabları da sizin siyahınıza daxil edilməlidir.
Ralf Uoldo Emersonu özünüzün gündəlik yol yoldaşınız edin.
Ona ilk növbədə əmr edin ki, sizə özünün məşhur “Özünə etibar” essesini
versin. Qoy o, sizin qulağınıza aşağıda verilənlər kimi rəvan ifadələri pıçıldasın:
“Qəlbinin dərinliklərində doğulmuş əqidəni dilə gətir və o, özündə hamı üçün
məna kəsb edəcəkdir, zira vaxt ötür və qəlbin dərinliklərində doğulan ümumun
olur və qiyamət gününün neyləri bizdəki qığılcımlanmış fikri aləmə car çəkir.
Bizlərdən hər birimiz qəlbin səsinə nə qədər etibar etməsək də, hər halda,
Moiseydə (Musa peyğəmbər), Platonda, Miltonda bizi hər şeydən çox heyran
edən məhz elə budur ki, onlar kitab müdrikliyinə və ümumun rəyinə saymazyana
yanaşa bilir və onları əhatə edən insanların deyil, özlərinin fikirləşdiklərini
deyirdilər. İnsana bardlar
59
və öncəgörənlər kəhkəşanından gələn şüaları yox,
öz qəlbini daxildən nurlandıran işığın saçaqlarını tutmağı və tanımağı öyrənmək
gərəkdir. Biz isə öz fikirlərimizin sönməsinə yalnız buna görə biganəliklə imkan
veririk ki, həmin fikirlər bizim beynimizə özləri gəlib. Dahinin hər bir sözündə
biz özümüzün əldən qaçırdığımız həmin fikirləri tanıyırıq; onlar bizim özümüzə
soyuq möhtəşəmliyin çələngi altında qayıdır. İncəsənətin əzəmətli yaradıcılıq
nümunələrinin bizə verə biləcəyi ən ibrətamiz dərs məhz bundan ibarətdir: onlar
bizi özündənrazılıq hissi olmayan, lakin mətanətli tərsliklə özümüzdə yaranıb
əmələ gələn təəssüratlardan instinktiv surətdə yapışmağı öyrədir – və ələlxüsus
da xorla düz onun əksini yeritdikləri halda. Əgər biz bu təəssüratdan imtina
edəriksə, bizim, necə olmuşdusa, özümüzün fikirləşdiyimiz və ya duyduğumuzu,
sabah tanımadığımız bir kimsə həmin şeyi fövqəladə dərəcədə inandırıcı surətdə
dəqiqliklə sübut edəcək və biz öz şəxsi, lakin başqasının ərz etdiyi fikrimizi o
vaxtdan etibarən utanıb-qızarmadan rəhbər tutacağıq.
Hər bir insanın mənəvi həyatında belə bir məqam gəlib çıxır ki, o, bu əqidəyə
çatır: paxıllıq cahillikdən doğur; yamsılama – özünəqəsddir; insan özü bunu
istəsə də, istəməsə də, özü üçün təyin olunmuş tale ilə olduğu kimi, özü ilə də
barışmalıdır; kainat onu nə kimi nemətlərlə ərköyünləşdirsə də, əgər o, özü üçün
downloaded from KitabYurdu.org