Himalayın buzlu zirvəsi kimi soyuqdur.
İlan kimi soyuqdur.
Tısbağa kimi soyuqdur – Riçard Kemberlend.
Qar topası kimi soyuqdur – Allan Kanningem.
Duz kimi soyuqdur – Ceyms Hyunker.
Torpaq soxulcanı kimi soyuqdur – Moris Meterlink.
... kimi soyuqdur.
Payız yağışı kimi soyuqdur.
Soyuqluq ideyasında öz fərdi müqayisələriniz barədə həvəsiniz çatana qədər
fikirləşin. Özünəməxsus olmağa mərdliyiniz çatsın. Onları burada yazın.
Elə soyuqdur ki, elə bil...
Elə soyuqdur ki, elə bil...
Elə soyuqdur ki, elə bil...
Bir dəfə mən Ketlin Norisdən stili necə yaxşılaşdırmaq mümkün olduğunu
soruşdum. “Klassikləri, prozaikləri və şairləri oxumaqla, – deyə o cavab verdi, –
və öz əsərlərinizdən sürtülmüş cümlələrin və dişlərdə ilişib qalan ifadələrin
tənqidi əsasda atılması yolu ilə”.
Bir jurnalın redaktoru mənə dedi ki, o dərc olunmaq üçün göndərilən
hekayədə iki və ya üç banal ifadə tapanda onu oxumağa vaxtını itirmədən geri,
müəllifə göndərir, çünki onun əlavə etdiyi kimi, orijinal ifadə etməyi bacarmayan
adam təfəkkür tərzində də az orijinallıq üzə çıxara bilər.
Xülasə
1. Bizdə insanlarla kontaktın yalnız dörd metodu var. Bizim haqqımızda nə
etdiyimiz, xarici görkəmimiz, bizim nə dediyimiz və bunu necə dediyimizin
əsasında mühakimə yürüdürlər. İstifadə etdiyimiz danışıq dili ilə bizi necə tez-tez
qiymətləndirirlər? Çarlz U.Eliott əsrin üçdəbiri ərzində Harvard Universitetinin
rektoru olandan sonra bildirmişdi: “Kişilərin və qadınların zəruri təhsilinin bir
hissəsi kimi mən yalnız bir mənəvi qazancı etiraf edirəm. Mən doğma dilin dəqiq
və incə seçimlə istifadə olunmasını nəzərdə tuturam”.
2. Sizin nitq maneranız dost-tanış dairənizə daxil olan adamlarla ünsiyyət
maneranızı əhəmiyyətli dərəcədə əks etdirir. Buna görə də Linkolndan nümunə
götürün və ədəbiyyat korifeyləriylə dostlaşın. Onun etdiyi kimi, axşam
saatlarınızı Şekspirin və poeziyanın başqa böyük şairlərini və ustalarını
oxumaqla keçirin. Bunu edin və beyniniz nəzərə çarpmadan, lakin qaçılmaz
surətdə zənginləşəcək və nitq maneranız hansısa bir dərəcədə sizin
kompanyonlarınızın manerasını və şöhrətini əks etdirəcəkdir.
3. “Mən qəzetlərdən onları Tasit və Fukididaya, Nyuton və Evklidə dəyişərək
imtina etdim, – deyə Tomas Cefferson yazırdı. – Və özümü xeyli daha bəxtəvər
hiss edirəm”. Onun nümunəsini niyə də təkrarlamayaq? Qəzetləri oxumağı
tamamilə dayandırmaq lazım deyil. Lakin onların gözdən keçirilməsinə indi
olduğundan iki dəfə az vaxt sərf edin. Bu minvalla qənaət edəcəyiniz vaxtı
hansısa ciddi kitabların mütaliəsinə sərf edin.
Hər kitabdan iyirmi və ya otuz səhifə qoparın, onları cibinizdə gəzdirin və
gün ərzində boş vaxtınızdan istifadə edərək onları oxuyun.
downloaded from KitabYurdu.org
4. Yazı stolunuzun üstündə olan lüğətlə oxuyun. Tanış olmayan sözləri
axtarın. Bu sözləri nə iləsə bağlı istifadə etməyə çalışın ki, onu öz yaddaşınızda
həkk edə biləsiniz.
5. İstifadə etdiyiniz sözlərin mənşəyini öyrənin. Həmin sözlərin tarixçəsi heç
də darıxdırıcı deyildir; heç quru da deyil və bəzən elə olur ki, onların romantika
ilə dolu olduğu bəlli olur.
6. Sürtülmüş və çeynənmiş sözlərdən, ifadələrdən istifadə etməyin. Öz fikir-
lərinizi ifadə edəndə dəqiq olun. Rojenin “Sözlərin xəzinəsi” lüğətini daim öz yazı
stolunuzun üstündə saxlayın. Onu tez-tez açın. Sizin gözlərinizi oxşayan hər şeyi
təkcə “gözəl” sözü ilə adlandırmayın. Siz öz fikrinizi daha dəqiq və daha təravətli
şəkildə ifadə edə bilərsiniz, əgər “gözəl” sözünə hansısa sinonimləri tətbiq
edərsinizsə, məsələn: eleqant, qeyri-adi, xoşagələn, simpatiyalı, stilli, ecazkar,
məftunedici, rəngarəng, dəbdəbəli, əla və ilaxir.
7. Məsələn, “xiyar kimi soyuq” – buna bənzər sürtük müqayisələr istifadə
etməyin. Təravətli misallara can atın, şəxsən özünüzə məxsus olan müqayisələr
yaradın. Özünəməxsus olmağa mərdliyiniz çatsın.
27 Dinamik ataksiya – əzələlərin hərəkəti arasında ahəngin pozulması
28 Sine qua non (lat. “conditio sine qua non” ifadəsindən ixt.) – mütləq şərt
29 Kuper Piter (1791–1883) – amerikalı sahibkar və filantrop, 1879-cu ildə
Nyu-Yorkda fəhlələri ümumsavad fənləri üzrə hazırlaşdırmaq üçün Kuper
İttifaqını təşkil etmişdi.
30 Dağüstü moizə – Matfeydən Yevangeliyada deyilir ki, İsa Məsih bu
moizəni (b.e. 30-cu illərə yaxın) dağın ətəyində öz şagirdlərinə və camaat
kütləsinə söyləyibdir. Matfey İsa Məsihin təlimini beş hissəyə bölür, Dağüstü
moizə onlardan birincisidir və İsa Məsihin əsas etibarilə mənəvi təlimini əks
etdirir.
31 “Tamaşaçı” (“The Spectator”) – C.Addisonun və R.Stilin – erkən ingilis
maarifçiliyi epoxasının məşhur jurnalistləri – nəşr etdirdikləri mənəvi-satirik
jurnal. 1711-ci ilin martından 1712-ci ilin dekabrına qədər nəşr edilib.
32 Pastva – bir kilsəyə mənsub olan dindarlar
33 Sufrajizm – XX əsrin əvvəllərində İngiltərədə kişilərlə bərabər qadınlara
seçki hüququnun verilməsini tələb edən qadın hərəkatı
34 Messa – kilsədə ibadət zamanı çalınan musiqi
35 Eyni səsləndiyi üçün Merilend ştatı nəzərdə tutulur.
36 Cənubi Karolina ştatı nəzərdə tutulur.
37 Şimali Karolina ştatı nəzərdə tutulur.
38 Rod-Aylend ştatı nəzərdə tutulur.
39 Polip – bağırsağı boşluqlular sinfindən olan xırda dəniz heyvanı
40 Xrizalida – sürfə (həşəratların)
41 Cum grano salis (lat.) – “duzlu”, ironiyalı
42 Elokvensiya – bəlağət, fəsahət (nitqdə)
43 Affektar – süni olaraq həyəcanlı
44 “Şirin ət” – boğaz uru və mədəaltı vəziləri
45 Summum bonum (lat.) – ali nemət
46 Qrattan Henri (1746–1820) – ingilis hökumətinə qarşı İrlandiya liberal
müxalifətinin lideri
downloaded from KitabYurdu.org