O, sənədli materiala əsaslanıb. “Elm özü ilə, – demişdi fransız filosofu Valeri, –
özünü doğrultmuş reseptlərin toplusunu təcəssüm etdirir”. Mənim kitabım da
özünü doğrultmuş, zamanın sınağından çıxmış və öz həyatımızı narahatlığın
caynağından xilas etməyə imkan verən reseptlərin toplusudur. Amma izin verin
sizi xəbərdar edim: siz kitabda təzə nə isə aşkar etməyəcəksiniz, amma gündəlik
həyatda, adətən, istifadə olunmayanı burada tapacaqsınız. Bu halda bizə təzə nə
isə heç tələb də olunmur. Kamil həyatı necə yaşamaq lazım olduğunu biz artıq
kifayət qədər bilirik. “Qızıl qaydanı” və Dağüstü moizəni biz hamımız oxumuşuq.
Bizim bəlamız savadsızlıqda yox, hərəkətsizlikdədir. Bu kitabın məqsədi – bir çox
qədim inkarolunmaz həqiqətləri bir daha illüstrasiya etmək, modernləşdirmək
və şöhrətə mindirmək, eləcə də sizi yerinizdən tərpətmək və onları tətbiq
eləməyə məcbur etməkdir.
Bu kitab sizə lazımdır, amma ona görə lazım deyil ki, onun necə yazıldığını
biləsiniz. Sizə fəaliyyət göstərmək lazımdır. Hə də, gəlin başlayaq. Əvvəl kitabın
birinci iki hissəsini oxuyun və əgər bundan sonra narahat olmağınıza son
qoymaq və həyatdan ləzzət almaq üçün sizə imkan verən yeni qüvvə və yeni
ilham aldığınızı hiss etməsəniz, onda bu kitabı zibil qutusuna atın. Belə olan
təqdirdə, o, sizin üçün faydasızdır.
Deyl Karnegi
63 İngiliscədə, narahatlıq – worry, qurd – worm
I Hissə
NARAHATLIQ HAQQINDA BİLMƏLİ OLDUĞUMUZ ƏSAS FAKTLAR
Birinci fəsil
Bu günün “bölməsində” yaşayın
1871-ci ilin yazında bir cavan oğlan əlinə kitab götürdü və öz gələcəyini
tamamilə dəyişən on yeddi sözü oxudu. O, tələbə-həkim olanda və Monrealda
ümumi profilli xəstəxanada praktika keçəndə onu aşağıdakı problemlər narahat
edirdi: buraxılış imtahanlarını necə versin, işləməyə hara getsin, öz həkimlik
praktikasını necə təşkil etsin, yaşamaq üçün vəsaiti necə qazansın.
Həmin gənc tələbə-həkimin 1871-ci ildə oxuduğu on yeddi söz ona öz
dövrünün ən məşhur terapevti olmağa kömək elədi. O, Con Hopkins
Universitetinin nəzdində, bütün dünyada məşhur olan Tibb Məktəbini təşkil etdi.
O, Oksfordda səhiyyə üzrə Kral Professoru adına – Britaniya imperiyasında tibb
üzrə alimin təltif oluna biləcəyi ən yüksək ada layiq görüldü. O, İngiltərənin kralı
tərəfindən zadəgan adına yüksəldildi. Və vəfat edərkən onun həyat tarixçəsindən
bəhs edən iki böyük, 1466 səhifədən ibarət cild buraxıldı.
Onun adı Uilyam Osler idi. Aşağıda Tomas Karleylin yazdığı, Uilyam Oslerə öz
həyatını azad etməyə kömək etmiş həmin on yeddi söz verilir:
downloaded from KitabYurdu.org
“Bizim hər birimizin əsas vəzifəsi – gələcəyin dumanlı uzaqlarına boylanmaq
yox, hazırda gördüyümüz istiqamətdə qüvvəmizi əsirgəmədən fəaliyyət
göstərməkdir”.
Üstündən qırx iki il keçəndən sonra, sakit yaz axşamında, universitet
parkında zanbaqların gül açdığı bir vaxt ser Uilyam Osler Yel Universitetinin
tələbələrinə müraciət etdi. Belə hesab edirlər ki, – demişdi o, – onun kimi bir
insan – dörd universitetin professoru və populyar kitabın müəllifi “xüsusi
keyfiyyətli beynin” yiyəsi olmalıdır. Bu, doğru deyil, bildirmişdi o. Demə, onun
dostları da bunu bilirdilər ki, o, “ən ortabab qabiliyyətlərə” malik imiş.
Bəs onun uğurunun sirri nədədir? O, həmin gün tələbələrə demişdi ki,
həmişə bu günün başqa günlərdən heç nə keçirməyən şəkildə ayrılmış
“bölməsində” yaşamağa can atdığı üçün uğura nail olub. O, nəyi nəzərdə tuturdu?
Ser Uilyam Osler Yel Universitetində çıxışından bir neçə ay əvvəl böyük
okean laynerində Atlantik okeanında səyahət etmişdi və bu gəminin kapitanı
körpücükdə dayanaraq düyməciyi basa bilərdi və həmin andaca mexanizmlərin
səsi eşidilir və gəminin ayrı-ayrı bölmələri hermetik şəkildə qapanmağa
başlayırdı ki, onlara su keçməsin. “Bizlərdən hər birimiz özü ilə, – demişdi doktor
Osler tələbələrə həmin müraciətində, – nəhəng laynerdən qat-qat gözəl
mexanizm təcəssüm etdiririk və həyata qədəm qoyaraq biz daha uzaq səfərə
üzməyə yollanırıq. Mən bunda təkid edirəm ki, hamınız sizə verilmiş mexanizmə
nəzarət etməyi və onu fırtınalardan müdafiə etməyi, yəni onun ayrı-ayrı
bölmələrini vaxtında bir-birindən təcrid etməyi öyrənməlisiniz. Öz səyahətinizin
təhlükəsizliyini siz yalnız bu halda təmin edəcəksiniz. Körpücükdə dayanın və
heç olmasa gəminin əsas bölmələrinin iş qabiliyyətli vəziyyətdə olmasını təmin
edin. Düyməciyi basın və siz həyatınızın hər bir mərhələsində dəmir qapıların
keçmişi – ölü dünənki günləri sizdən necə təcrid etdiyini eşidəcəksiniz. Başqa
düyməni basın və metal pərdə gələcəyi – hələ doğulmayan sabahkı günləri təcrid
edəcəkdir. Onda siz tam təhlükəsizlikdəsiniz – hazırkı gün üçün!.. Keçmişi təcrid
edin. Qoy ölü keçmiş öz meyitlərini dəfn etsin... Axmaqlar üçün məzara gedən
yolu işıqlandıran dünənki günləri təcrid edin... Sizin hazırda öz çiyinlərinizə
götürdüyünüz keçmişin yükünün üzərinə əlavə edilən gələcəyin yükü – bu hətta
ən güclüləri də yolda büdrəməyə məcbur edir. Keçmişi etdiyiniz kimi, gələcəyi də
o cür hermetik təcrid edin... İndiki gündədir gələcək... Yoxdur sabah. İnsanın xilas
günü – bu gündür. Enerjinin mənasız yerə sərf olunması, ruhi əzablar, əsəbi
narahatlıq – bütün bunlar gələcəyin dərdini çəkən adamın arxasınca daban-
dabana gedir... Beləliklə, gəminin bölmələrinin hamısını bərk-bərk qapadın,
laynerin burun və arxa hissələrini dəmir arakəsmələrlə ayırın. Keçmişdən və
gələcəkdən “hermetik arakəsmələrlə” ayrılmış vaxt kəsiyində yaşamaq vərdişini
özünüzdə tərbiyə edin”.
Məgər doktor Osler demək istəyirdi ki, sabahkı günə hazırlaşmaq üçün biz
heç bir səy göstərməməliyik? Xeyr. Heç də belə deyil. O, bu çıxışda yorulmaq
bilmədən yalnız bunu bildirir ki, sabahkı günə hazırlaşmağın ən yaxşı yolu – öz
qüvvə və qabiliyyətlərinin bu günün işinin ən yaxşı şəkildə yerinə yetirilməsi
üzərində cəmləşdirməkdir.
Müharibə dövründə bizim hərbiçilərimiz gələcək üçün planlar tərtib
edirdilər, lakin onlar narahat olduqlarını üzə vurmağa özlərinə izin verə
downloaded from KitabYurdu.org