bilməzdilər. “Mən ən yaxşı adamlarımı sərəncamımızda olan ən yaxşı hərbi
texnika ilə təmin etdim, – deyə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə
komandanlıq edən admiral Ernest C.Kinq bildirmişdi, – və onların qarşısında ən
ağıllı vəzifə qoydum. Edə biləcəyim nə vardısa, budur”.
“Əgər gəmini batırarlarsa, – deyə admiral Kinq davam edirdi, – mən onu
qaldıra bilməyəcəyəm. Əgər o batırılmış olarsa, mən bunun qarşısını ala
bilməyəcəyəm. Dünən baş verənlərə təəssüflənməkdənsə, mən öz vaxtımı, yaxşı
olar ki, sabahın problemlərinin həllinə sərf edim. Bundan başqa, əgər mən özümə
belə şeylərlə bağlı narahat olmağa izin versəm, elə də çox çəkmərəm”.
Həm müharibə, həm də dinclik dövründə düzgün və yanlış düşüncə tərzi
arasında fərq aşağıdakından ibarətdir: düzgün düşüncə tərzi səbəb və nəticələrin
təhlilinə əsaslanır ki, bu, məntiqi konstruktiv planlaşdırmaya aparır; yanlış
düşüncə tərzi çox vaxt gərginliyə və əsəb sarsıntılarına gətirib çıxarır.
İkinci Dünya müharibəsi dövründə hərbi formada olan bir cavan adam –
harada isə Avropada – faydalı dərsi mənimsəmişdi. Onun adı Ted Bengermino
idi. Bu adam hərbi şəraitdə özünü psixiki travmalara çatdırmışdı.
“1945-ci ilin aprelində mən, – deyə Ted Bengermino yazır, – həkimlərin
“yoğun bağırsağın iltibahı” adlandırdıqları xəstəliyə tutulacağımdan bərk narahat
olurdum. Bu azar mənə dözmək mümkün olmayan ağrı verirdi. Əgər həmin vaxt
müharibə qurtarmasaydı, əminəm ki, sağlamlığımı tamamilə itirəcəkdim.
Mən tamamilə əldən düşmüşdüm. 94-cü piyada diviziyasının dəfn
komandasında unter-zabit kimi xidmət edirdim. İşim döyüşdə həlak olanların,
itkin düşənlərin və hospitala qoyulanların hamısı üçün uçot kartlarını
doldurmaqla bağlı idi. Həmçinin həlak olmuş və elə döyüş gedə-gedə də tələm-
tələsik dərin olmayan məzarlarda basdırılmış həm müttəfiqlərin, həm də
düşmənlərin əsgərlərinin cəsədlərini qazıb torpaqdan çıxartmalı idim. Vəzifəmə
həm də həlak olanların şəxsi əşyalarını yığmaq və ölənlərin valideynlərinə, yaxın
qohumlarına göndərilməsinə göz qoymaq daxil idi. Ciddi səhvə yol verə
biləcəyimizlə bağlı qorxu məni daim qarabaqara izləyirdi. Bütün bunlara necə
tab gətirə biləcəyim məni bərk narahat edirdi. Mənə işgəncə verən bu fikir idi ki,
öz yeganə oğlumu – oğlum on altı aylıq idi, amma mən onu heç vaxt
görməmişdim – nə vaxt qucağımda saxlaya biləcəyəm. Başımı o qədər itirmiş və
heydən düşmüşdüm ki, çəkim otuz dörd funt azalmışdı. Havalanmaq həddində
idim. Öz əllərimə baxdım. Onlar skeletin qollarını xatırladırdı. Taleyimə evə əlil
qayıtmaq yazıldığı barədə fikirdən dəhşətə gəldim. Tam ümidsiz vəziyyətə
çatmışdım və uşaq kimi ağlayırdım. O qədər sarsılmışdım ki, hər dəfə tək qalanda
göz yaşları yanaqlarımla bulaq kimi axırdı. Ardendə döyüşdən sonra normal
adam ola biləcəyimə bütün ümidlərimi itirdiyimçün tez-tez ağlayırdım.
Əvvəl-axır hospitala düşdüm. Bir hərbi həkim mənə həyatımı büsbütün
dəyişən məsləhət verdi. Hərtərəfli müayinədən sonra o, bu qənaətə gəldi ki,
xəstəliyimin əsasında psixiki pozuntu durur. “Ted, – deyə o, mənə müraciət etdi,
– istəyirəm ki, sən öz həyatına qum saatına olduğu kimi baxasan. Sən bilirsən ki,
minlərlə qum dənəciyi qum saatının üst hissəsində olur və onların hamısı yavaş-
yavaş və nizamla ortadakı dar boğazdan keçir. Əgər sən və ya mən elə etsək ki,
müəyyən vaxt ərzində həmin deşikdən bir dənədən çox qum keçsin, onda saat
xarab olacaq. Sən, mən və qalan insanların hamısı da bu qum saatına bənzəyir.
downloaded from KitabYurdu.org
Biz səhər ayağa qalxanda həmin gün yerinə yetirməli olduğumuz yüzlərlə iş çıxır.
Və əgər biz həmin işləri bir-bir müəyyən vaxt kəsiyində yerinə yetirmək əvəzinə
(bir qum dənəciyinin dar deşikdən keçdiyi kimi), hamısını eyni vaxtda eləməyə
can atsaq, onda fiziki və ya psixiki qüvvəmizi laxlada bilərik”.
Mən həmin unudulmaz, hərbi həkimin məsləhət verdiyi gündən etibarən bu
fəlsəfəni həyada tətbiq edirəm. “Bir qum dənəciyi – bir vaxt vahidində... Bir iş –
bir müəyyən vaxt kəsimində”. Bu məsləhət məni müharibə dövründə xilas etdi; o,
mənə həmçinin də dinc həyatda kömək elədi. Mən Baltimorda Kommersiya
Kredit Kompaniyasında işləyirəm. İşimdə elə müharibə dövründə də qarşımda
peyda olan eyni problemlərlə üzləşdim – eyni vaxtda həddən çox işi yerinə
yetirməli idim, lakin onların öhdəsindən gəlmək üçün sərəncamımda vaxt
həddən artıq az idi. Bizim səhmlərimiz qiymətdən düşdü. Fəaliyyətimizə yeni
formalar tətbiq etməli idik. O vaxtlar yeni, açılan və bağlanan, ünvanlarını
dəyişən və sair səhmdar cəmiyyətləri təşkil olunurdu. Qeyzlənmək və
əsəbiləşmək əvəzinə, həkimin dediklərini xatırladım: “Bir qum dənəsi – bir vaxt
vahidində, bir iş – bir müəyyən vaxt kəsimində”. Bu sözləri özlüyümdə təkrar
edə-edə öz vəzifələrimi ən rasional surətdə yerinə yetirirdim. Artıq mən öz işimi
edərkən hərbi şəraitdə az qala axırıma çıxan özümü itirmək və çaşbaş qalmaq
halına düşmürdüm”.
Bizim həyat tərzimizin ən dəhşətli şərhlərindən biri budur – ölkəmizin
xəstəxanalarında çarpayıların, demək olar, yarısı əsəbi və psixiki pozuntulardan
əziyyət çəkən, qalaqlanan dünənki və qorxunc sabahkı günlərin həddən ziyadə
ağır yükünün sındırdığı pasientlər tərəfindən tutulmuşdur. Axı bu adamların
əhəmiyyətli dərəcədə əksəriyyəti həyatdan sakitcə həzz ala və xoşbəxt ola, onları
əhatə edənlərə fayda gətirə bilərdilər, əgər onlar İsa Məsihin “Sabahkı gün
haqqında narahat olmayın” tövsiyəsinə və ya Uilyam Oslerin “Bu günün
“bölməsində” yaşayın” məsləhətinə qulaq asmış olsaydılar.
Siz və mən indiki saniyədə iki əbədiyyətin kəsişməsində dayanmışıq: ucsuz-
bucaqsız keçmişin və dünyanın axırının ən sonuncu məqamına qədər irəli
uzanan gələcəyin. Biz, çox güman, həm bu, həm də digər əbədiyyətdə yaşaya
bilmərik – xeyr, heç saniyənin bir anı qədər də. Buna nail olmağa çalışmaqla biz
öz fiziki sağlamlığımızı və əqli qüvvəmizi sarsıda bilərik. Buna görə də gəlin
yaşaya bildiyimiz, çox güman, yeganə – indiki məqamdan yuxuya gedəcəyimiz
ana qədərki zaman kəsiyində yaşamaqla kifayətlənək. “Hər bir kəs özünün, necə
ağır olmasa da, yükünü gecə gələnə qədər aparmağa qadirdir, – yazırdı Robert
Luis Stivenson. – Bizlərdən istənilən birimiz öz işimizin hətta ən ağırını da bir
günün ərzində yerinə yetirməyə qabildir. Bizlərdən istənilən birimiz
ətrafımızdakılara münasibətdə qəlb zərifliyi, səbirlə, sevgi ilə, xoş niyyət və
mehribanlıqla gün batana qədər yaşaya bilər. Həyatın əsl mənası da məhz elə
bundan ibarətdir”.
Həqiqətən də, həyat bizdən yalnız bunu tələb edir. Lakin xanım E.K.Şilds
naümid vəziyyətə çatdırılmışdı və hətta intihar həddində idi – o, sübh açılandan
günəş qürub edənə qədər yaşamağı öyrənənə qədər.
“1937-ci ildə mən ərimi itirdim, – öz əhvalatını mənə danışan missis Şilts
demişdi. – Çox dərin qüssə içində idim. Yaşamaq üçün vəsaitim, demək olar, yox
idi. Keçmiş sahibkarıma, Kanzas-Siti şəhərindəki “Rouç-Fauler” firmasının
downloaded from KitabYurdu.org