gəlmirdilər. Bu adamlar yalnız bir məqsədlə gəlirdilər: onlar öz problemlərini
həll etmək istəyirdilər. Onlar mübahisə edərkən öz rəylərini müdafiə etmək
bacarığına yiyələnməyə və işgüzar iclaslarda çıxış edəndə onları huşlarını
itirmək dərəcəsinə çatdıran qorxudan yaxa qurtarmağa can atırdılar. Ticarət
agentləri dilə tutmaq mümkün olmayan müştərilərlə – belələri ilə görüşməzdən
əvvəl cəsarət toplamaq üçün kvartalın ətrafında üç dəfə dolanmayıb – iş görmək
bacarığını əldə etmək istəyirdilər. Onlar özlərini ələ almaq bacarığını və öz
qüvvəsinə inam hissini inkişaf etdirmək istəyirdilər. Onlar gördükləri işdə irəli
çıxmağa can atırdılar. Onlar daha çox pul qazanmaq və öz ailələrini təmin etmək
istəyirdilər. Hazırlaşmaları müqabilində onlar mütəmadi olaraq haqq
ödəyirdilər. Bu minvalla, əgər dərslər nəticə vermirdisə, onlar məşğələlərə
gəlmir və deməli, pul ödəmirdilər; mən isə təyin olunmuş maaş yox,
məşğələlərimdə iştirak edənlərin ödədikləri məbləğin müəyyən faizini
aldığımdan dolanışığımı təmin etmək üçün praktik olmalı idim.
O vaxt mənə belə gəlirdi ki, çox çətin şəraitdə dərs deyirəm, lakin indi başa
düşürəm ki, dəyərsiz təcrübə əldə etmişəm. Məndən öz şagirdlərimdə maraq
doğurmaq tələb olunurdu. Mən onlara öz problemlərini həll etməkdə kömək
etməli idim. Mən hər bir dərsi yaddaqalan və təəssüratlandırıcı etməli idim ki,
şagirdlərdə məşğələləri davam etdirmək istəyi meydana çıxsın.
Bu, aludəedici fəaliyyət idi. Və mən öz işimi sevdim. İşgüzar adamların
özlərinə inam hissini necə tez əldə etdikləri, onlardan bir çoxunun öz işlərində
necə sürətlə irəlilədikləri və “Dostları qazanmaq və insanlara təsir göstərmək
necə olar” qazanclarının artması məni heyrətə gətirirdi. Müvəffəqiyyət mənim
hətta ən nikbin gözləntilərimi də xeyli üstələdi. Hər axşam üçün mənə beş dollar
verməkdən imtina edən CİXA üç semestrdən sonra mənə gəlirdən hesablanan
faiz qismində hər axşam üçün otuz beş dollar ödəməyə başladı. İlk vaxtlar mən
yalnız natiqlik sənətini tədris edirdim, lakin tədricən, illər keçdikcə başa düşdüm
ki, yaşlı şagirdlərim dostlar qazanmaq və insanlara təsir göstərmək bacarığına da
eyni dərəcədə möhtacdırlar. Mən bu iş üçün yararlı olan dərs vəsaiti tapa
bilmədiyimdən insanların cəmiyyətdə münasibətləri haqqında kitabı özüm
yazdım. Kitab yazılmışdı – xeyr, o, adi qaydada yazılmamışdı. O ərsəyə gəlmişdi
və yaşlı dinləyicilərimin həyat təcrübəsi əsasında yaranmışdı. Mən onu
adlandırdım. Kitab istisnasız olaraq mənim dinləyicilərim üçün dərs vəsaiti kimi
yazılmış olduğundan, eləcə də mən heç kimin heç vaxt eşitmədiyi başqa dörd
kitab da yazdığımdan və onların belə geniş yayıla biləcəyini isə heç ağlıma da
gətirmədiyimdən məni hazırda sağ olan müəlliflər arasında ən heyrətlənmişi
hesab etmək olar.
İllər ötürdü və mən başa düşdüm ki, dinləyicilərimin ən böyük prob-
lemlərindən biri narahatlıqdır. Onların böyük əksəriyyəti işgüzar adamlar idi:
inzibatçılar, ticarət agentləri, mühəndislər, mühasiblər, bütün ixtisasların və
peşələrin nümayəndələri. Və onların əksəriyyətinin qarşısında problemlər
dururdu. Məşğələlərə xanımlar da gəlirdi: işləyənlər və evdar qadınlar. Və
onların da problemləri var idi. Tamamilə aşkar idi ki, narahatlığın aradan
qaldırılmasına kömək edəcək dərs vəsaiti zəruridir və mən yenə də müvafiq
kitab tapmağa cəhd etdim. Mən 5-ci avenyu və 42-ci küçənin tinində yerləşən
Nyu-York Mərkəzi Kitabxanasına yollandım və təəccübümə rəğmən aşkar etdim
downloaded from KitabYurdu.org
ki, kitabxanada “Narahatlıq” rubrikası altında siyahıda cəmi 22 kitab var.
“Qurdlar” rubrikası altında 189 kitabın olduğu da məni bərk heyrətləndirdi.
Qurdlar haqqında kitab narahatlıqla müqayisədə, demək olar, doqquz dəfə çox
idi
63
. Sarsıdıcıdır, elə deyilmi? Axı narahatlıq – bəşəriyyət qarşısında duran ən
vacib problemlərdən biridir və çox güman ki, ölkənin istənilən məktəbində və
kollecində “Narahatlığa necə son qoymalı?” kursları oxunmalıdır. Lakin mən
ölkənin heç bir tədris müəssisəsində bu məsələ ilə bağlı bir dənə də olsun dərs
vəsaiti tapa bilmədim. Təəccüblü deyil ki, Devid Siberi “Necə narahatlığı
üstələməli” kitabında yazırdı: “Biz yetkinlik mərhələsinə adlayarkən həyatın
sınaqlarına kitab qurdlarının baletdə çıxış etməyə hazır olmadığı qədər
hazırlıqsız oluruq”.
Və nəticədə nə olur? Bizim ölkəmizdə xəstəxana çarpayılarının yarısından
çoxunu əsəbi və emosional pozuntulardan əziyyət çəkən adamlar tutub.
Mən Nyu-York Mərkəzi Kitabxanasının rəflərində saxlanılan narahatlıq
haqqında həmin iyirmi iki kitabı oxudum. Bundan başqa, bu məsələ ilə bağlı
axtarıb tapa bildiyim kitabların hamısını aldım. Lakin kurslarımda dərs vəsaiti
qismində istifadə edə biləcəyim bir kitab da tapa bilmədim. Onda mən belə bir
kitabı özüm yazacağımı qərara aldım.
Mən bu kitab üzərində işə yeddi il bundan əvvəl başladım. Nə cür? Bütün
dövrlərin filosoflarının narahatlıq haqqında fikirlərini oxudum. Həmçinin
yüzlərlə tərcümeyi-hal oxudum – Konfutsidən tutmuş Çörçilə qədər. Müxtəlif
sahələr üzrə görkəmli insanlarla, məsələn, Cek Dempsi, general Omar Bredli,
general Mark Klark, Henri Ford, Eleonora Ruzvelt və Doroti Dikslə söhbətlər
apardım. Lakin bu yalnız başlanğıc idi.
Mən həmçinin bir iş də gördüm ki, bu, söhbət və mütaliədən daha vacib idi.
Mən narahatlıq problemi üzrə tədqiqatlar laboratoriyasında, demək olar, beş il
ərzində işlədim. Həmin laboratoriya bizim kursların nəzdində təşkil olunmuşdu.
Bu, dünyada, mənə məlum olduğu qədər, belə profilli birinci və yeganə
laboratoriyadır. Bizim fəaliyyətimiz aşağıdakından ibarət idi. Dinləyicilərimizə
narahatlıqla mübarizə ilə bağlı bir sıra qayda təklif edir və onlardan bu qaydaları
həyatda tətbiq etməyi, ardınca isə əldə olunan nəticələr barədə məşğələlərdə
məlumat verməyi xahiş edirdik. Başqa dinləyicilər narahatlıqla mübarizədə
keçmişdə istifadə etdikləri üsullar haqqında danışırdılar.
Nəticədə mən “Mən narahatlığı necə adladım” mövzusunda dünyada, belə
düşünürəm ki, istənilən bir kimsədən çox hekayə eşitmiş adam oldum. Bundan
başqa, ölkənin hər tərəfindən bu mövzu ilə bağlı mənə poçtla göndərilmiş
yüzlərlə əhvalat oxudum. Onlardan bir çoxu ABŞ və Kanadanın yüz yetmiş
şəhərində keçirilən kurslarımızda mükafatla təltif olunmuşdu. Beləcə, bu kitab fil
sümüyündən olan qüllədə yaradılmırdı. O həm də narahatlıqla necə mübarizə
aparmaq haqda akademik traktat da deyildir. Mən minlərlə yaşlı insanın
narahatlığı necə adladıqları ilə bağlı faktiki materiala əsaslanan, asan oxunan
qısa iş yazmağa çalışırdım. Bir şey aydındır: bu kitab praktiki vəsaitdir. Siz onu
öyrənməyə başlaya bilərsiniz.
Sevinclə sizə məlumat verirəm ki, bu kitabda şəxsiyyətləri heç kim
tərəfindən müəyyən edilə bilməyən, təxəyyülün məhsulu olan “mister B.” və ya
uydurulmuş “Meri və Con” haqqında hekayə tapmayacaqsınız. Kitab doğruçudur.
downloaded from KitabYurdu.org