bir çoxu məktəbi bitirəndən sonra özünün uzun ömür yolunu birtəhər keçərək
heç öz söz ehtiyatını zənginləşdirməyə, sözlərin mənasının müxtəlif çalarlarına
yiyələnməyə və sözləri səlis və aydın tələffüz etməyə şüurlu surətdə cəhd belə
etmirlər. Onlar iş yerində və küçədə eşitdikləri çeynənmiş cümlələri işlətməyə
vərdiş edirlər. Bunda təəccüblü heç nə yoxdur ki, onlar tez-tez tələffüzün ənənəvi
qaydalarını, bəzən isə hətta ingilis dili qrammatikasının əsas qaydalarını belə po-
zurlar. Və əgər alim dərəcəsi olan adamlar bu cür səhvlər edirlərsə, onda öz
təhsilini iqtisadi çətinliklər üzündən yarımçıq qoymağa məcbur olanlardan nə
gözləmək olar?
Çox illər bundan əvvəl mən Roma Kolizeyində düşüncələrə dalaraq
dayanmışdım. Tanımadığım, ingilis müstəmləkələrindən birində yaşayan bir
ingilis mənə yaxınlaşdı. Özünü təqdim elədi və Əbədi Şəhərdə öz həyatı haqqında
danışmağa başladı. O heç üç dəqiqə də danışmamışdı ki, kobud qrammatik
səhvlərə yol verməyə başladı. Həmin səhər o, yataqdan qalxaraq çəkmələrini
təmizləmiş və nöqsansız təmiz pal-paltar geyinmişdi ki, özünəhörmət hissinə
dəstək versin və ünsiyyətdə olacağı adamların etimadını qazansın. Amma cüzi də
olsun cəhd etməmişdi ki, öz ifadələrini nöqsansız qursun və cümlələri düzgün
tələffüz eləsin. Məsələn, o, qadınla söhbət edəndə şlyapasını qaldırmasaydı,
xəcalət çəkərdi, amma o, qrammatika qaydalarını pozduğundan və diqqətli
dinləyicilərin eşitmə hissini təhqir etdiyindən heç utanmadı və ümumiyyətlə,
buna heç fikir də vermədi. Bununla da o, özünün kim olduğunu və cəmiyyətdə
tutduğu yeri müəyyən etdi. Onun qeyri-düzgün ingilis dili bütün aləmə
təkzibolunmaz surətdə sübut edir ki, o, mədəni insan deyildir.
Harvard Universitetinin rektoru olmuş doktor Çarlz U.Elliot bildirmişdir:
“Kişi və qadının təhsilinin zəruri hissəsi kimi mən yalnız bir mənəvi qazancı
tanıyıram. Mənim nəzərdə tutduğum doğma dilin dəqiq və incəliklə istifadə
olunmasıdır”. Bu, mühüm bəyanatdır.
Onun üzərində düşünün.
Lakin soruşa bilərsiniz ki, sözləri gözəl və dəqiq işlətmək üçün onları necə
mənimsəmək olar? Xoşbəxtlikdən, söhbət istifadə etmək lazım olan vasitə
haqqında gedəndə burada sirli və çoxbilmiş heç nə yoxdur. Bu vasitə polişinelin
sirridir. Linkoln onu heyrətamiz uğurla istifadə edirdi. Heç bir amerikalı heç vaxt
sözlərin bu qədər uğurlu birləşməsini yaratmamışdı və nəsrdə misilsiz musiqi
kimi səslənən təkrarolunmaz ifadələr deməmişdi: “Kinlə heç kəsə, hamıya şəfqət
qəlbiylə”. Anası – hər hansı görkəmli qabiliyyətləri olmayan qadın, atası isə –
sadə savadsız dülgər olan Linkolna söz vergisi təbiətdən bəxş edilmişdimi? Belə
bir ehtimalı qəbul etmək üçün əsas yoxdur. Linkolnu konqresə seçəndə o,
Vaşinqtonda rəsmi anketi doldurarkən təhsiliylə bağlı suala yalnız bir sifətin
(cümlə üzvü) köməyi ilə cavab vermişdi: “Qeyri-kifayətdir”. Bütün həyatı ərzində
o, məktəbə heç bir il də getməmişdi. Bəs onun müəllimi kim idi? Kentukkinin
meşələrində Zaxariya Birni və Kaleb Xezel, İndiana ştatının Pindcin-Krik
qəsəbəsində Ezel Dörsi və Endrü Krouford – bunların hamısı pionerlərin bir
məskənindən digərinə köçən, oxumağı, yazmağı və hesabı öyrənməyi toyuq,
qarğıdalı və buğdaya dəyişməyə hazır olan şagirdlər tapanda özlərini zorla
dolandıra bilən sərgərdan müəllimlər idi.
downloaded from KitabYurdu.org
Linkoln onlardan təvazökar maddi yardım və kiçik mənəvi dəstək aldı. Eyni
qədər də o, öz ətrafından əxz etmişdi.
Linkolnun İndiana ştatının səkkizinci məhkəmə dairəsində ünsiyyətdə
olduğu fermerlər və tacirlər, vəkillər və işləri məhkəmədə olanlar sözün magik
vergisinə malik deyildilər. Lakin Linkoln – bu, yadda saxlamağına dəyən vacib
faktdır – əqli qabiliyyətlərinə görə özünə tay və ya ondan aşağı olanlarla
ünsiyyətə vaxt itirmirdi. O, özünə dostları intellektual elita, bütün dövrlərin
müğənniləri və şairləri arasından seçirdi. O, Bernsin, Bayronun və Brouninqin
əsərlərindən bütöv səhifələri sinədəftər sitat deyə bilərdi.
O, Berns haqqında mühazirə yazmışdı. Bayronun şeirlərinin bir nüsxəsini öz
kabinetində, ikincisini isə evində saxlayırdı. Öz rəsmi kabinetində saxladığı nüsxə
onun tərəfindən o qədər çox istifadə olunmuşdu ki, onu ələ götürən kimi “Don
Juan” poemasının başlandığı səhifədən açılırdı. O hətta Ağ Evdə olarkən Vətəndaş
müharibəsinin faciəvi yükü onun qüvvəsini tükədəndə və onun sifətində dərin
qırışların əmələ gəlməsinə gətirəndə də yataqda uzanaraq Qudun şeirlərini oxu-
mağa vaxt tapırdı. Hərdən o, gecənin bir aləmində oyanır və kitabı açaraq
xüsusilə xoşuna gələn şeirləri oxumağa başlayırdı. O, yataqdan əynində bircə
gecə köynəyi və şapşapı ilə qalxaraq astaca zallardan keçib öz katibinin yanına
gəlir və şeirləri bir-birinin ardınca ona oxumağa başlayırdı. Prezident olanda o,
Şekspirdən böyük hissələri əzbərdən deməyə, hansısa bir aktyorun ifa
manerasını tənqid etməyə və bu və ya başqa əsərlə bağlı öz şərhini verməyə vaxt
tapırdı. “Mən Şekspirin bəzi pyeslərini yenə də oxudum, – deyə o, aktyor Hekketə
yazırdı. – Mən bunu xüsusi hazırlığı olmayan istənilən oxucudan çox etmirəm:
“Lir”, “III Riçard”, “VIII Henri”, “Hamlet” və xüsusilə də “Makbet”. Düşünürəm ki,
“Makbetə” tay ola biləcək heç nə yoxdur. Bu, heyrətamizdir!”
Linkoln poeziyaya sadiq idi. O, şeirləri yalnız yadda saxlamır və onları şəxsi
söhbətlərdə olduğu kimi camaat arasında təkrar etmir, həm də özü şeir yazmağa
cəhd edirdi. Öz bacısının toyunda özünün uzun poemalarından birini oxudu.
Sonralar, ömrünün ortalarında o, bir dəftəri özünün orijinal əsərləriylə
doldurmuşdu, lakin yaradıcılığının bu nümunələrindən o qədər utanırdı ki, hətta
ən yaxın dostlarına da onları oxumağa heç vaxt icazə vermirdi.
“Bu özüöyrənən, – deyə Robinson özünün “Linkoln ədib kimi” kitabında
yazır, – öz beynini həqiqi mədəniyyətin nümunələriylə zənginləşdirmişdi. Onu
dahi və ya talant adlandırın, lakin onun nailiyyətləri prosesi Erazm
Rotterdamskinin təhsili ilə bağlı professor Emertonun dediyi bu sözlərlə
xarakterizə oluna bilər: “Məktəbdə oxumaq artıq ona gərək deyildi – o, həmişə
yeganə effektiv olan pedaqoji metoda riayət edərək öyrənirdi: daim biliklərin
artırılmasına və praktiki fəaliyyətə yönəlmiş öz tükənməz enerjisinə
söykənərək”.
Bu yöndəmsiz, İndiananın Pidcin-Krik qəsəbəsində fermalarda bir günü otuz
bir sentə qarğıdalını dənələmək və donuzu kəsib-doğramaqla məşğul olan ilk
məskənçi Gettisburqda fani insanın nə vaxtsa söylədiyi ən gözəl nitqlərdən birini
söyləmişdi. Orada yüz yetmiş min adam döyüşürdü. Yeddi mini öldürülmüşdü.
Bununla belə, Linkoln öləndən dərhal sonra Çarlz Samner dedi ki, Linkolnun
nitqi bu döyüşlə bağlı yaddaş itən vaxtlarda da yaşayacaq və nə vaxtsa bu döyüş
downloaded from KitabYurdu.org