sağlam və əhəmiyyət kəsb edən mülahizələrə əsaslanaraq, hüquqları müdafiə
edəcəyini vəd edəndən sonra “Hüquqlar haqqında petisiya”nı pozmuşdur, bizə
isə deyirlər ki, o, duaları səhər saat altıda dinləməyə adət edib!
Məhz bu kimi mülahizələr, eləcə də I Karlın vandeyk manerasında geyinməsi,
onun gözəl sifəti və ucu bizə bənzər saqqalı, səmimi olaraq zənn etdiyimiz kimi,
onun indiki nəsildə populyarlığını şərtləndirmişdir”.
Maraq yoluxucudur
İndiyə qədər biz auditoriya üçün maraq kəsb edə bilən materialların müxtəlif
növlərini nəzərdən keçirirdik. Burada deyilmiş təkliflərin hamısına mexaniki
surətdə əməl etmək və Kokker üzrə
57
olduğu kimi çıxış etmək olar, amma bu
çıxış ləms və darıxdırıcı olacaq. Dinləyicilərin diqqətini ələ almaq və onu
saxlamaq – bu, incə emosiyalar və əhvali-ruhiyyə ilə bağlı olan vəzifədir. Bu,
buxar maşınını istismar etməyə heç nə ilə oxşamır və burada heç bir dəqiq
göstəriş vermək mümkün deyil.
Yadda saxlamaq lazımdır ki, maraq yoluxucudur. Əgər maraq sizin özünüzə
hopmuşdursa, onda o, dəqiq ki, dinləyicilərinizi də bürüyəcəkdir. Bir müddət
əvvəl Baltimorda mənim kurslarımın məşğələlərində bir centlmen ayağa qalxdı
və dinləyicilərə bildirdi ki, Çesapiks körfəzində dəniz xanı balığının ovlanmasının
indiki metodları əvvəlki kimi tətbiq olunarsa, onda bu balıq yox olacaq və bu,
vur-tut bir neçə ildən sonra baş verəcəkdir! O, öz predmetini bilirdi.
Bu, onun üçün vacib idi və o, bu haqda çox ciddi şəkildə danışırdı.
Onun həm xarici görkəmi, həm də manerası bunu təsdiq edirdi. O danışmağa
başlayanda mənim heç ağlıma da gəlməzdi ki, həmin körfəzdə bu növ balıq var.
Mənə belə gəlir ki, həmin məqamda dinləyicilərin əksəriyyəti bunu bilmirdi və
ona görə də maraq göstərmirdilər. Amma natiq çıxışını qurtarmazdan qabaq
bizlərdən hər biri onun qayğısının hansısa bir payını özündə hiss elədi. Dəniz
xanı balığının qanunun köməyi ilə qorunması üçün yerli hakimiyyətə müraciət
imzalamaq istəyi, mənə belə gəlir ki, bizim hər birimizin ürəyindən keçirdi.
Bir dəfə mən o vaxt İtaliyada səfir olan Riçard Uoşbern Çaylddan yazıçı kimi
uğurunun sirrinin nədən ibarət olduğunu soruşdum. O cavab verdi: “Həyat məni
o qədər narahat edir ki, mən sakit qala bilmirəm. Mən insanlara bunun haqqında
danışmağa, sadəcə olaraq, borcluyam”. Belə müəllifi həyəcansız dinləmək və ya
oxumaq qeyri-mümkündür.
Necə olmuşdusa, mən Londonda bir natiqin çıxışını dinləmişdim. O, çıxışını
qurtaranda iştirak edənlərdən biri, tanınmış ingilis yazıçısı E.F.Benson qeyd etdi
ki, çıxışın axırı onun xoşuna gəldi, özü də birinci hissədən xeyli çox xoşuna gəldi.
Mən ondan bunun səbəbini soruşanda o cavab verdi:
“Belə təəssürat yaranırdı ki, natiq öz çıxışının axırında daha maraqlı idi, mən
isə entuziazmla və maraqla danışan natiqə həmişə inanıram”.
Hamı bu cür hərəkət edir və siz bunu yadda saxlamalısınız.
Xülasə
1. Bizi adi şeylər haqqında qeyri-adi faktlar maraqlandırır.
2. Bizi hər şeydən çox özümüz maraqlandırırıq.
3. Başqasını özü və öz maraqları haqqında danışmağa sövq edən və diqqətlə
dinləməyi bacaran adam hər yerdə yaxşı həmsöhbət hesab olunacaq, hətta özü az
danışsa da.
downloaded from KitabYurdu.org
4. Adamların həyatından etibarlılıq çələngi ilə əhatə olunmuş şayiə və
nağıllarla dinləyicilərin diqqətini, demək olar, həmişə qazanmaq və saxlamaq
olar. Natiq az sayda sualları nəzərdən keçirməli və onları dinləyicilər üçün sırf
insani nöqteyi-nəzərdən maraq kəsb edən hekayələrlə aydınlaşdırmalıdır.
5. Konkret olun. “Yoxsul, lakin vicdanlı” sistemi üzrə çıxış edən natiqlər
məktəbinə qoşulmayın. Martin Lyuterin uşaqlıqda çətin tərbiyə olunan və tərs
olduğu barədə danışanda bunu adi şəkildə demək lazım deyil. Bu barədə
məlumat verin, ardınca isə deyin ki, müəllimlər onu gündə on beş dəfə
kötəkləyirdi. Bu göstərici sizin bəyanatınızı yalnız aydın etməyəcək, onu həm də
təəssüratlandırıcı və maraqlı edəcəkdir.
6. Öz nitqinizi obrazlar yaradan cümlələr, həmçinin də gözləriniz önündə
şəkillərin bütöv bir silsiləsini doğuran sözlərlə zənginləşdirin.
7. Maraq yoluxucudur. Maraq, əgər o çıxış edənin özünə hopubsa,
auditoriyanı, tamamilə dəqiq ki, bürüyəcəkdir. Lakin mövcud qaydalara mexaniki
qaydada riayət etmək yolu ilə dinləyicilərin marağını qazanmaq qeyri-
mümkündür.
On ikinci fəsil
Cümlə qurmaq üslubunuzu
yaxşılaşdırın
Yaşamaq üçün işi və vəsaitləri olmayan bir ingilis Filadelfiyanın küçələriylə
iş axtara-axtara gəzirdi. O, tanınmış biznesmen Pol Gibbonsun kontoruna girdi və
onu dinləməyi xahiş elədi. Gibbons tanımadığı, görkəmi açıq-aşkar onun xeyrinə
olmayan adamı şübhə ilə gözdən keçirdi. Pal-paltarı köhnə və çox geyilmiş idi,
onun bütün görkəmində maliyyə iflasının izləri açıq-aydın özünü büruzə verirdi.
Qismən maraqdan, qismən də yazığı gəldiyindən Gibbons onu dinləməyə razılıq
verdi. Əvvəl Gibbons ona on dəqiqə ayırmağı qət etmişdi, amma dəqiqələr
saatlara çevrildi, söhbət isə hələ də davam edirdi. Görüş bununla başa çatdı ki,
Gibbons “Dillon Rid” kompaniyasının Filadelfiyadakı filialının işlər müdirinə zəng
etdi və bu şəhərin aparıcı maliyyəçilərindən biri olan Teylor naməlum adamı
lençə dəvət etdi və ona uyğun iş tapdı. Görkəmindən açıq-aşkar iflasa uğradığı
məlum olan adam belə qısa vaxt ərzində bu uğura necə nail oldu?
Sirri açmaq olar: ingilis dilini bilməsi sayəsində.
Demə, Oksfordu bitirəndən sonra o, işgüzar tapşırıqla Amerikaya gəlibmiş.
Lakin burada onun işi düz gətirmir və bunun nəticəsində o yaşamaq üçün hər
şeyini itirərək düzdə qalır. Amma gözə dəyən görün nə idi: onun nitqi o qədər
nöqsansız və incə idi ki, onu dinləyənlər tezliklə onun dabanı getmiş çəkmələri,
nimdaş paltosu və tüklü sifəti barədə unudurdular. Onun danışıq üslubu özü
üçün elə bil yüksək işgüzar dairələrə buraxılış vəsiqəsi oldu.
Bu adamın əhvalatı müəyyən dərəcədə qeyri-adidir, lakin o, əsas həqiqəti
illüstrasiya edir ki, bu məhz budur: hər gün bizim barəmizdə necə danışığımıza
görə mühakimə yürüdürlər. Sözlərimiz bizim ziyalılığımızı göstərir: onlar
diqqətli adama bizim hərləndiyimiz dairələrdən xəbər verir; onlar bizim
təhsilimizin və mədəniyyətimizin səviyyəsini göstərir.
Həm sizdə, həm də məndə ətraf dünya ilə cəmi dörd kontakt üsulumuz
vardır. Bizim haqqımızda nə etdiyimiz, xarici görkəmimiz, bizim nə dediyimiz və
bunu necə dediyimizin əsasında mühakimə yürüdürlər. Bununla belə, insanların
downloaded from KitabYurdu.org