olaraq zənn edirlər ki, əgər həmin məqamlar onların öz təsəvvürlərində
tamamilə aydındırsa, onda bu məqamlar dinləyicilər üçün də eyni dərəcədə
aydın olmalıdır.
Heç də belə deyil. Natiq öz ideyalarının üzərində müəyyən vaxt ərzində
düşünüb, lakin onun dinləyiciləri üçün bunların hamısı yenidir; onlar
dinləyicilərin üstünə qırma gülləsi kimi yağır. Bunlardan bəziləri onlara toxuna
bilər, lakin əksəriyyəti yan keçir. Dinləyicilər Yaqo
49
kimi “çox şeyi xatırlaya,
lakin heç nəyi dəqiq xatırlamaya” bilərlər.
Bir irlandiyalı siyasi xadim, deyirlər ki, çıxışlarla bağlı aşağıdakı məsləhəti
vermişdi: “Əvvəl publikaya danışın ki, ona nə danışmaq istəyirsiniz; sonra
danışmağa başlayın, ardınca isə ona artıq nə danışdığınızı danışın”. Elə də pis
fikir deyil. Həqiqətən də, çox vaxt məsləhət görürlər ki, “artıq danışdığınız barədə
danışasınız”.
Bunu, əlbəttə, qısaca, tez etmək lazımdır, yəni deyilənin yalnız icmalını və ya
xülasəsini vermək lazımdır.
Baxın, buna yaxşı bir nümunə. Natiq Çikaqo dəmir yolları sistemində rəhbər
işçilərdən biri idi:
“Qısa deyilərsə, cənablar, bu bloklaşdırıcı qurğunun istifadə olunması üzrə
şəxsi təcrübəmiz, onun şərqdə, qərbdə və şimalda tətbiq olunma təcrübəsi, onun
işinin əsasına qoyulan ağıllı prinsiplər, qəzaların qarşısının alınması sayəsində
bir il ərzində qənaət olunan vəsaitlər – bütün bunlar mənə həmin qurğunun
dərhal bizim cənub şöbəmizdə tətbiq edilməsini ən ciddi və qəti şəkildə məsləhət
görməyə imkan verir”.
Onun nə etdiyini siz sezə bildinizmi? Siz bunu onun nitqinin qalan hissəsinə
hətta qulaq asmadan belə görə və hiss edə bilərsiniz. O, bir neçə cümlədə əlli beş
söz istifadə etməklə öz nitqində işlətdiyi əsas müddəaların praktiki olaraq
hamısını cəmləşdirdi.
Məgər sizə belə gəlmir ki, bu cür xülasə kömək edir? Əgər kömək etdiyini
düşünürsünüzsə, onda bu metodla silahlanın.
Hərəkətə çağırış
İndicə sitat gətirilən sonluq hərəkətə çağırış edən çıxışın sonluğu üçün
parlaq illüstrasiyadır. Natiq nəyin edilməsini istəyirdi: öz dəmir yolunun cənub
şöbəsində bloklaşdırıcı qurğuların quraşdırılmasını. O, öz çağırışını qənaət
olunacaq vəsaitlərlə, həmçinin də bunun qəzaların qarşısını alacağı faktı ilə
əsaslandırdı. Natiq hərəkət tələb edirdi və o, bunu da aldı. Bu, təlim xarakterli
çıxış deyildi. Bu, müəyyən dəmiryol kompaniyasının direktorlar şurasında
səslənmişdi və bloklaşdırıcı qurğunun quraşdırılmasını, yəni nəyə çağırış
edilirdisə, onu təmin etdi.
Qısa səmimi kompliment
“Qüdrətli Pensilvaniya ştatı yeni zamanın gəlişini sürətləndirmək uğrunda
hərəkata başçılıq etməlidir. Bu, dəmirin və poladın qüdrətli istehsalçısı olan ştat,
ərazisində dünyanın ən iri dəmir yolu kompaniyasının olduğu və bizim kənd
təsərrüfatı ştatlarımız arasında üçüncü yerdə dayanan ştat – bizim
kommersiyamızın əsasını təşkil edir.
downloaded from KitabYurdu.org
Bu ştatın qarşısında hələ heç vaxt belə möhtəşəm perspektivlər açılmamışdı,
onun rəhbəredici rolu yerinə yetirməsi üçün imkan hələ heç vaxt belə parlaq
olmamışdı”.
Çarlz Şvab Nyu-Yorkda “Pensilvaniya” cəmiyyətində öz çıxışını bu sözlərlə
bitirmişdi. Onun dinləyiciləri özlərini məmnun, xoşbəxt, nikbin əhvali-ruhiyyədə
hiss edirdilər. Bu, çıxışa yekun vurmağın müsbət qiymətə layiq olan üsuludur,
lakin effektli olmaq üçün o, səmimi olmalıdır. Heç bir kobud riyakarlıq, heç bir
ekstravaqantlıq olmamalıdır. Bu cür sonluq, əgər onda səmimilik yoxdursa, saxta
təsir bağışlayacaqdır, son dərəcə saxta. Adamlar onu qəlp pul kimi qəbul etmək
istəməyəcəklər.
Yumoristik sonluq
Corc Kouenn deyirdi: “Siz dinləyicilərinizlə vidalaşanda onları gülən
vəziyyətdə qoyub gedin”. Əgər sizdə bunu etmək üçün qabiliyyət, eləcə də zəruri
olan material varsa, bu çox yaxşıdır. Bəs bunu necə etmək olar? Hamlet dediyi
kimi, sual bax bundadır. Hər bir adam öz yolu ilə getməlidir.
Təsəvvür etmək çətindir ki, Con Ueslinin sərdabası ilə bağlı təmtəraqlı
tədbirdə metodik kilsəsinin toplantısının iştirakçılarına nitqlə müraciət edən
Lloyd Corc onları gülə-gülə qoyub gedəydi.
Lakin onun bunu necə ağıllı etdiyinə, öz çıxışını necə hamar və gözəl
bitirdiyinə diqqət yetirin:
“Mən şadam ki, siz onun sərdabasının təmiri işini öz əlinizə götürmüsünüz.
Bunu alqışlamaq lazımdır. O, elə bir insan idi ki, səliqəsizliyə və təmizliyin
olmamasına xüsusilə nifrət bəsləyirdi. Mənə belə gəlir ki, bunu məhz o deyib:
“Qoy heç kim heç vaxt cır-cındır içində olan metodist görməsin”.
Beləsini siz məhz onun sayəsində heç vaxt görməmisiniz (gülüş). Onun
məzarını səliqəsiz vəziyyətdə qoymaq ikiqat qədirbilməzlik olardı. O, kilsədən
çıxanda və Derbşirdən olan bir qız qaçaraq qapıya yaxınlaşıb “Qoy Tanrı sizə yar
olsun, cənab Uesli!” – deyə qışqıranda onun qıza nə dediyi yəqin xatirinizdədir. O
cavab vermişdi: “Qadın, xeyir-duanın qiyməti daha artıq olardı, əgər sənin sifətin
və önlüyün daha təmiz olsaydı” (gülüş). Səliqəsizliyə onun münasibəti bax bu cür
idi. Onun məzarını səliqəsiz vəziyyətdə qoymayın.
Əgər o, bunu elə vəziyyətdə görsəydi, bu, onu daha çox kədərləndirərdi.
Onun qeydinə qalın. Bu, əlamətdar və müqəddəs sərdabadır. Bu məsuliyyət –
sizin üzərinizdədir” (alqışlar).
Poetik sətirli sonluq
Çıxışı yekunlaşdırmağın heç bir üsulu yumor, yaxud poeziya kimi yararlı
deyil, əgər onlar yerinə düşürsə. Həqiqətən də, əgər sizə çıxışınızın sonluğu üçün
yerinə düşən şeir tapmaq müyəssər olursa, bu, demək olar ki, idealdır. Bu,
çıxışınıza arzuolunan ətir, nəciblik, fərdilik, gözəllik vermiş olardı.
Harri Loder “Rotari” klubunun amerikalı deleqatlarının Edenburq
qurultayında çıxışını aşağıdakı şəkildə tamamladı:
“Siz evə qayıdanda isə sizlərdən bəziləriniz qoy mənə poçt açıqcası
göndərsin. Əgər bunu siz etməsəniz, mən sizə açıqca göndərəcəyəm. Bu
açıqcanın mənim tərəfimdən göndərildiyini siz asanlıqla başa düşəcəksiniz;
çünki onun üstündə marka olmayacaqdır (gülüş). Amma mən onun üstündə nə
isə yazacağam və təxminən orada bax bu olacaqdır:
downloaded from KitabYurdu.org