10. Zalı maksimal işıqlandırın. Elə dayanın ki, işıq düz sizin üzünüzə düşsün
və dinləyicilər sifətinizdəki ifadələrin hamısını görə bilsinlər.
11. Hansısa mebel predmetlərinin arxasında dayanmayın. Stolları və stulları
bir tərəfə çəkin. Səhnəni çox vaxt dolduran əşyaları və zir-zibili yığışdırın.
12. Əgər səhnədə dəvət olunmuş qonaqlar əyləşiblərsə, onda onlar, dəqiq ki,
vaxtaşırı hərəkət edəcəklər və onlar hər dəfə azacıq da olsa hərəkət edəndə
mütləq sizin dinləyicilərinizin diqqətini cəlb yayındıracaqlar.
Auditoriya hərəkət edən istənilən əşyaya, heyvana və ya adama baxmaq
təhrikinə müqavimət göstərə bilmir. Buna görə də özünüz üçün çətinlik və
konkurensiya yaratmağınız nəyinizə gərəkdir?
Səkkizinci fəsil
Çıxışı necə başlamalı
Bir dəfə mən Şimali-Qərb Universitetinin keçmiş rektoru, doktor Linna
Harold Haudan bu sahədə öz çoxillik təcrübəsinə əsaslanaraq natiq üçün ən vacib
nəyi hesab etdiyini soruşdum. Bir dəqiqə susandan sonra o cavab verdi: “Diqqəti
özünə dərhal cəlb edən maraqlı, qəribə başlanğıc”. O, öz çıxışını nə ilə başlamalı
və yekunlaşdırmalı olduğunu, demək olar ki, əvvəlcədən planlaşdırırdı. Eyni şeyi
Con Brayt, Qladston, Vebster, Linkoln edirdi. Sağlam düşüncəli və təcrübəli
natiqlərin faktiki olaraq hamısı eynilə bu cür hərəkət edirdi.
Bəs yenicə başlayan? Nadir hallarda. Planlaşdırma vaxt alır, ağılın güc
verməsini və iradənin cəmlənməsini tələb edir. Beyinin işi – bu, əzablı prosesdir.
Tomas Edison öz emalatxanalarının divarlarında üzərində Coşua Reynoldsa
məxsus olan bu sözlər yazılmış lövhəciklər bərkitmişdi: “Düşüncə prosesiylə
bağlı olan çətinliklərdən qaçmaq üçün insanın əl atmadığı elə bir fənd yoxdur”.
Yenicə başlayan natiq məqamında ilham gələcəyinə ümid edir və nəticədə
bəlli olur ki, ona çoxsaylı çala və gölməçə olan yolla getmək lazım gəlir.
Miskin qulluqçuluqdan Britaniya imperiyasında ən varlı və nüfuzlu qəzet
mülkiyyətçisinə qədər yol keçən mərhum lord Nortkliff deyirdi ki, Paskalın
aşağıda göstərilən üç sözü (ingiliscədə) ona uğur qazanmaqda əvvəllər
oxuduqlarının hamısından çox kömək etmişdir:
“Öncədən görmək – idarə etmək deməkdir”.
Siz öz çıxışınızı planlaşdıranda həmin möhtəşəm deviz stolunuzun üstündə
olmalıdır. Beyniniz dincəlmiş halda olanda nədən başlayacağınızı öncədən
görməyə çalışın ki, səsləndirəcəyiniz hər bir sözü dərk edəsiniz. Bütün hər şey
qurtarandan sonra özünüz haqda – onu artıq heç nəyin silə bilməyəcəyi vaxt –
necə təəssürat qoyacağınızı öncədən görməyə cəhd edin.
Hələ Aristotelin dövründən bu mövzuda yazılan kitablarda nitqin üç hissəyə
bölündüyü göstərilirdi: giriş, nitqin özü və yekun. Lap elə yaxın keçmişə qədər
giriş öz astagəlliyi ilə çox vaxt – və bunu özünə qıymaq olardı – kabrioletdə
gəzintiyə bənzəyirdi. Bu halda natiq xəbərləri bildirir və eyni zamanda da
dinləyiciləri əyləndirirdi. O, yüz il əvvəl çox vaxt cəmiyyətdəki indiki zamanda
qəzet, jurnal, radio, televiziya, telefon, kinoteatrın doldurduğu boşluğu
doldururdu.
Lakin situasiya radikal surətdə dəyişmişdir. Dünyanı yenidən qurublar.
İxtiralar son yüz ildə həyatı Valtasardan və Novaxudonasordan
47
başlayaraq
bütün dövrlərdə edildiyindən çox dəyişdirib. Avtomobil, təyyarə, radio, televiziya
downloaded from KitabYurdu.org
sayəsində biz daha sürətlə gedirik və natiq zəmanənin bu səbirsiz tempindən
geri qalmamalıdır. Əgər siz girişdən başlamaq istəyirsinizsə, onda mənə inanın
ki, giriş afişa kimi qısa olmalıdır. Adi müasir auditoriyanın xoşuna bax bu gələrdi:
“Sizin deməyə sözünüz var? Yaxşı. Ancaq bacardıqca tez və bacardıqca
bərbəzəksiz. Heç bir ritorika! Bizə tezcə faktları çatdırın və öz yerinizə əyləşin”.
Vudro Vilson sualtı müharibə ilə bağlı ultimatum barədə çox vacib məsələ ilə
əlaqədar konqres qarşısında çıxış edəndə öz çıxışının mövzusunu elan etdi və
auditoriyasının diqqətini bu məsələ üzərində yalnız aşağıda göstəriləcək sözlərin
köməyi ilə cəmləşdirdi: “Bizim ölkəmizin xarici siyasət münasibətlərində elə bir
situasiya əmələ gəlmişdir ki, onun haqqında sizə səmimi surətdə danışmaq
mənim birbaşa vəzifə borcumdur”.
Çarlz Şvab Nyu-Yorkda Pensilvaniya klubunda çıxış edərkən artıq ikinci
cümlədən məsələnin məğzinə keçdi: “Hazırda Amerika vətəndaşlarının
beynindəki əsas məsələ aşağıdakı sualdır: işgüzar fəallıqda bu gün mövcud olan
zəifləmə necə başa düşülməlidir və bizi gələcəkdə nə gözləyir? Şəxsən mən
nikbin köklənmişəm...”
“Neşnl Keş Recister” kompaniyasının kommersiya direktoru çıxışlarının
birində öz əməkdaşlarına belə müraciət etmişdi. Onun nitqinin girişində cəmi üç
cümlə var idi və onları dinləmək asan idi; çünki onlar enerji və perspektivlə dolu
idi: “Sizin aranızda sifariş alanlar gərək, nəzərdə tutulduğu kimi, bizim fabrikin
borusundan tüstü çıxmasının qeydinə qalsınlar. Axırıncı iki yay ayı ərzində bizim
borudan çıxan tüstünün həcmi ətraf peyzaja kölgə salmaq üçün edəcək qədər
olmayıb.
İndi, ağır günlər arxada qalanda və işgüzar fəallığın bərpa olunması
mövsümü başlayanda biz sizə qısa, lakin qəti xahişlə müraciət edirik: biz
bacardıqca çox tüstü istəyirik”.
Təcrübəsiz natiqlərə öz çıxışlarının girişində bu dərəcədə tərifli sürət
yığmaq və yığcamlığa çatmaq müyəssər olurmu? Təcrübəsiz və kvalifikasiyasız
natiqlər öz çıxışlarını iki uğursuz yoldan biri ilə başlayırlar. Gəlin onları müzakirə
edək.
Çıxışınızın əvvəlində, necə deyərlər,
gülməli əhvalat danışmaqdan ehtiyatlanın
Natiqliyə yenicə başlayan hansısa təəssüfə layiq səbəblər üzündən tez-tez
belə zənn edir ki, o gərək dildən zirək ola. O, öz təbiəti etibarilə ensiklopediya
kimi ciddi, yumor hissindən tamamilə məhrum adam da ola bilər. Bununla belə,
o, çıxışını başlayan məqamda ona Mark Tvenin ruhundan vəhy gəldiyini təsəvvür
edir. Ona görə də o, çıxışını, ələlxüsus da əgər o, dəvətli nahardan sonra çıxış
etməli olursa, gülməli əhvalat danışmaqla başlamağa can atır. Bəs nə baş verir?
İyirmiyə qarşı bir qoymaq olar ki, bu, yenicə peyda olan nağılbazın danışdığı və
hekayət etmək manerası lüğət kimi ağır olacaqdır.
Onun hekayəti dəqiq ki, uğurlu olmayacaq. Ölməz Hamletin ölməz sözləri ilə
ifadə etsək, onun “miskin və kütbeyin” olduğu bəlli olacaqdır.
Əgər hekayətçi öz yerləri üçün haqq ödəmiş olan dinləyicilərin qarşısında bir
neçə belə səhvə yol verərsə, onu fitə basmağa başlayarlar və zalda o, öz ünvanına
xoşagəlməz sözlər eşitməli olacaqdır. Lakin dinləyicilər, adətən, natiqə simpatiya
ilə yanaşırlar və buna görə də onlar sırf filantropik mülahizələrdən çıxış edərək
downloaded from KitabYurdu.org