Bir dəfə mən Londonda, Ontario əyalətində olanda Kanadanın baş naziri
orada çıxış edirdi. Birdən uzun şüvüllə silahlanmış xidmətçi bir pəncərədən o
birisinə keçə-keçə zalın havasını dəyişməyə başladı. Nə baş verdi? Dinləyicilərin,
demək olar, hamısı bir nəfər kimi müəyyən vaxt ərzində çıxış edəni saya almır və
diqqətlə xidmətçiyə sanki o, nəsə bir möcüzə göstərirmiş kimi baxırdılar.
Dinləyicilər hərəkət edən əşyalara baxmaq təhriki ilə mübarizə aparmağı
bacarmır və ya etmirlər ki, bunlar eyni şeydir. Əgər çıxış edən bu həqiqəti yadda
saxlamış olarsa, o, özünü bəzi xoşagəlməz hallardan və lazımsız dilxorçuluqdan
xilas edə bilər.
Birincisi, o, barmaqlarını fırlatmaqdan, paltarının ora-burasını düzəltməkdən
və diqqəti çıxışından ayıran başqa əsəbi hərəkətlərdən özünü saxlaya bilər.
Mənim yadımdadır ki, Nyu-Yorkun zallarından birində dinləyicilər tanınmış bir
natiq danışa-danışa əli ilə nəsə döyəcləyəndə düz yarım saat ərzində onun
əllərinə baxıblar.
İkincisi, natiq, əgər bu mümkündürsə, öz dinləyicilərini elə bir şəkildə
oturtmalıdır ki, onlar gecikənlərin zala daxil olduqlarını görməsinlər və bununla
da fikirləri yayınmasın.
Üçüncüsü, natiqlə birlikdə səhnədə heç kim olmamalıdır. Raymond Robins
bir neçə il əvvəl Bruklində bütöv bir silsilə mühazirə oxumuşdu. Başqaları ilə
birlikdə səhnəyə mən də dəvət olunmuşdum. Bunun natiqə münasibətdə
ədalətsizlik olacağını hesab edərək bu dəvətdən imtina etdim. Birinci axşam fikir
verdim ki, səhnədə əyləşənlərin bir çoxu bütün vaxtı yerlərində qurcalanır,
ayaqlarını ayaqlarının üstünə aşırır və bu kimi hərəkətlər edirdi. Buna görə də
auditoriya nəzərlərini tez-tez natiqdən ayırıb həmin adama yönəldirdi. Mən bunu
Robinsə danışdım və sonrakı axşamlarda o, səhnədə artıq tək olurdu.
Devid Belasko səhnəyə qırmızı rəngli güllərin qoyulmasına icazə vermirdi,
çünki onlar diqqəti həddən artıq çox cəlb edir. Əgər belədirsə, onda natiq
danışdığı vaxt hansısa bir narahat adamın üzü dinləyicilərə tərəf əyləşməsinə
niyə icazə verməlidir? O, buna yol verməməlidir və o, ağıllıdırsa, onda buna yol
verməz də.
Əyləşmək məharəti
Məsləhət görülür ki, natiq çıxış edənə qədər dinləyicilərlə üzbəüz
əyləşməsin. Dinləyicilərin qarşısında köhnə deyil, təzə eksponat qismində peyda
olmaq məgər daha yaxşı deyilmi?
Lakin sizə əyləşmək lazımdırsa, onda biz bunu necə etmək lazım olduğunu
bilməliyik.
Sizə belə adamları görmək nəsib olubmu ki, onlar stul axtarışında öz
ətraflarına baxır, bunu yatmağa hazırlaşan ingilis yarış itini xatırladan
hərəkətlərlə müşayiət edirlər? Onlar öz ətraflarında fırlanır, nəhayət, stulu
tapanda isə bükülür və sanki qumla dolu kisə kimi ona çökürlər.
Necə əyləşmək lazım olduğunu bilən adam stula arxası ilə çevrilir, onu
ayaqları ilə tapır və sərbəstliklə, öz bədəninin hərəkətlərinə ciddi nəzarət edə-
edə stula oturur.
Təmkinlilik
Biz indicə paltarınızı dartışdırmamağı və ya zinət əşyalarınızı oynatmamağı
məsləhət görmüşdük, çünki bu, dinləyicilərin diqqətini yayındırır. Lakin bir
downloaded from KitabYurdu.org
səbəb də var. Bu cür davranış sizin zəifliyiniz və sizdə özünənəzarətin olmaması
təəssüratını yaradır. Sizin zahiri görkəminizə heç nə əlavə etməyən hər bir
hərəkət sizin haqqınızda təəssüratları yalnız pisləşdirir.
Neytral hərəkətlər mövcud deyildir. Qətiyyən. Buna görə də sakit dayanın və
öz fiziki vəziyyətinizə nəzarət edin. Bu, sizin psixiki və fiziki cəhətdən təmkinli
olduğunuzla bağlı təsəvvür yaradacaqdır.
Siz dinləyicilərin qarşısına çıxandan sonra danışmağa başlamağa tələsməyin,
zira bu, diletantlara xasdır. Dərindən nəfəs alın.
Öz dinləyicilərinizə göz gəzdirin və əgər haradansa səs-küy gəlirsə, o
kəsilməyənə qədər pauza edin.
Sinənizi gərin, hərçənd bunu dinləyicilərin qarşısına çıxmazdan əvvəl də
etmək olar. Niyə də bunu hər gün, təklikdə olanda etməyəsiniz? Onda siz bunu
qeyri-şüuri surətdə dinləyicilərin qarşısında da edəcəksiniz.
“Heç on nəfərdən biri də özündə, – deyə Lyuter H.Qalik “Effektiv ömür”
kitabında yazır, – ona ən yaxşı zahiri görkəm verən qədd-qamət formalaşdırmır...
Boynunuzu köynəyinizin yaxalığına sıxın”.
O, hər gün yerinə yetirmək üçün bax bu məşqi məsləhət görür: “Yavaş-yavaş
və mümkün olan qədər dərindən nəfəsinizi çəkin. Elə həmin məqamda da
boynunuzu köynəyinizin yaxalığına sıxın və onu bu vəziyyətdə saxlayın. Bu məşq
hətta qüvvə ilə edilmiş olsa belə, sizə ziyan gətirməyəcəkdir. Onun məqsədi belin
bilavasitə çiyinlərin arasında yerləşən hissəsini düzəltməkdən ibarətdir. Bu, sizin
sinənizin həcmini genişləndirər”.
Bəs siz əllərinizlə nə etməlisiniz? Onlar barədə unudun. Əgər onlar təbii
şəkildə yanlardan sallanarsa, bu, ideal olar. Əgər onlar sizə banan salxımı kimi
görünürsə, elə düşünməyin ki, heç olmasa kimsə onlara azacıq da olsa diqqət
yetirir və ya onlara hansısa bir maraq büruzə verir.
Əllərinizin kənardan görünüşü o vaxt lap yaxşı olar ki, onlar boşalmış halda
sizin böyürlərinizdə sallanmış olsun. Bu halda onlar minimum diqqət cəlb edəcək
və hətta sizə münasibətdə tənqidi köklənmiş adam da onların bu vəziyyətini
bəhanə edə bilməyəcəkdir. Bundan başqa, bu vəziyyətdə onları azad surətdə və
maneəsiz, eləcə də təbii şəkildə hərəkət etdirməklə, əgər zərurət yaranarsa, öz
nitqinizi müşayiət etmək mümkün olacaqdır.
Təsəvvür edin ki, siz çox həyəcanlısınız və zənn edirsiniz ki, əgər siz
əllərinizi arxanızda saxlasanız, onları cibinizə salsanız, yaxud tribunanın üstünə
qoysanız, bu, sizə utancaqlığınızı adlamağa kömək edəcəkdir. Siz bu halda nə
etməlisiniz? Sağlam təfəkkürdən istifadə edin. Mənə bu nəslin bir sıra görkəmli
natiqini dinləmək nəsib olmuşdur. Onların bir çoxu, hətta əksəriyyəti çıxış
etdikləri vaxt hərdən əllərini ciblərinə salardı. Brayan, Çonsi M.Depyu, Teddi
Ruzvelt belə edirdilər. Hətta Dizraeli kimi zərif, incə moda həvəskarı da hərdən
bu təhrikin öhdəsindən gələ bilirdi. Lakin əgər yaddaşım məni aldatmırsa, göylər
yerə düşmürdü və hava haqqında məlumatlara görə, növbəti gün günəş vaxtında
çıxırdı.
Əgər adamın deməyə sözü varsa və əgər o, bunu yoluxucu inamla deyirsə,
onda onun həmin məqamda əlləri və ya ayaqları ilə nə etdiyinin böyük
əhəmiyyəti, sözsüz ki, olmayacaqdır. Əgər onun başı ideyalarla, ürəyi isə
həyəcanla doludursa, onda bu ikinci dərəcəli detallar əsas etibarilə böyük rol
downloaded from KitabYurdu.org