Cənab Oliver Lodc öz nitqlərində tez-tez pauzalar edirdi – mühüm fikirləri
söyləyəndən həm əvvəl, həm də sonra. O hətta bir cümlədə üç-dörd pauza edirdi,
lakin onları təbii surətdə və şüursuz olaraq edirdi. Yalnız cənab Oliverin natiqlik
fəndlərini öyrənən adam bunu sezə bilərdi.
“Öz susmağınla, – deyirdi Kiplinq, – sən danışacaqsan”.
Susmaq – nitqdə dərrakə ilə istifadə edildiyi hallarda olduğu qədər heç vaxt
qızıl olmur. Bu çox güclü, həddən artıq vacib silahdır ki, ona saymazyana
yanaşasan, öz aramızdır, təzə-təzə natiqliyə başlayanlar ondan istifadə etmirlər.
Holmenin “Döyüşkən nitqlər” kitabından gətirilən hissədə mən natiqin
uğurla pauza edə biləcəyi yerləri qeyd etmişəm. Demirəm ki, bunlar susmaq
lazım gələn YEGANƏ, yaxud bunun üçün ən yaxşı yerlərdir. Mən yalnız bunu
deyirəm ki, bu cür etmək olardı. Pauza üçün yerlər möhkəm və sərt qaydalarla
təyin olunmur. Hər şey çıxışın məzmunundan, natiqin temperamentindən və
əhvali-ruhiyyəsindən asılıdır. Bu gün siz nitqin bir yerində pauza edə bilərsiniz,
sabah isə elə həmin nitqin başqa bir yerində.
Sitatı pauzalarsız oxuyun, sonra isə mənim göstərdiyim pauzaları edərək
oxuyun. Onların nə cür effekt verəcəklərinə baxın.
“Malların satışı – bu, döyüşdür (susun və qoy döyüş ilə bağlı fikir
dinləyicilərin şüurunda özünə yer eləsin) və yalnız döyüşçülər uda bilərlər onu
(susun və bu fikrin yer eləməsinə vaxt verin). Bu şərt bizim xoşumuza gəlməyə
bilər, lakin onu biz yaratmamışıq və biz onu dəyişə bilmərik (pauza). Adına
ticarət deyilən oyuna girəndə mərdliyinizi cəmləyin (pauza). Əgər siz bunu
etməsəniz (pauzanı bir qədər uzadın), siz hər dəfə hədəfdən yana vuracaqsınız
(pauza). Topu ötürməkdən qorxan bir nəfər də indiyədək heç vaxt qol vurmağa
müyəssər olmayıb (susun və fikrinizin özünə yer etməsinə imkan verin). Bunu
yadda saxlayın (susun və yenə də fikrinizin özünə yer etməsinə imkan verin).
Topu bacarıqla oyuna daxil edən və ya onu son zərbəni endirmək üçün ötürən
həmin oyunçu... (bir az çox susun ki, həmin oyunçu haqqında deyəcəyinizə
marağı artırasınız) ürəyində möhkəm qətiyyətlə həmişə qələbəyə doğru gedən
oğlandır”.
Aşağıdakı sitatları sərrast və düşüncə ilə oxuyun. Harada təbii surətdə pauza
etdiyinizi müşahidə edin.
“Amerikanın möhtəşəm səhrası Aydahoda, Nyu-Meksikada və ya Arizonada
yerləşmir. O, orta təxəyyüllü adamın şlyapasının altında yerləşir. Möhtəşəm
Amerika səhrası – natural yox, daha çox əqli səhradır”.
C.S.Noks
“İnsanın bütün bəlalarına çarə olacaq bir əlac yoxdur; buna hər şeydən ən
yaxın olanı aşkarlıqdır”.
Professor Foksuell
“Mənim yarınmalı olduğum iki varlıq mövcuddur – bu, ilahi Tanrı və
Qarfilddir. Mən Qarfildlə burada yaşamalı oluram, ilahi Tanrıyla o dünyada”.
Ceyms A.Qarfild
Belə də baş verə bilər ki, natiq mənim bu fəsildə verdiyim göstərişlərə əməl
edər və bununla belə, bir qucaq səhvə yol verər. O, auditoriya qarşısında şəxsi
söhbətdə olduğu kimi danışa bilər və bu vaxt xoşagəlməz səslə çıxış edər,
downloaded from KitabYurdu.org
qrammatik səhvlər buraxar, yöndəmsiz olar, özünü təhqiredici tərzdə aparar və
yerinə düşməyən bir çox hərəkətə yol verə bilər.
Hər bir adamın gündəlik danışıq manerası bir çox düzəlişlərə möhtacdır. Öz
təbii danışıq maneranızı təkmilləşdirin və sonra da bu metodu tribunaya keçirin.
Xülasə
1. Nitqdə sözlərdən başqa da nə isə var və həmin nə isə mühüm əhəmiyyət
kəsb edir.
Məsələ sizin NƏ dediyinizdə yox, NECƏ dediyinizdədir.
2. Natiqlərin bir çoxu öz dinləyicilərinə saymazyana yanaşır: onların
başlarının üzərindən döşəməyə baxır. Onlar, elə bil ki, özləri ilə danışırlar.
Auditoriya ilə natiq arasında kontakt, qarşılıqlı əlaqə yoxdur. Bu cür davranış
söhbəti öldürür, bu, ictimaiyyət qarşısında edilən çıxışı da öldürür.
3. Yaxşı çıxış – bu, hər şeydən əvvəl, müəyyən dərəcədə nəzərə çarpdırılan
danışıq tonu və sərbəstlikdir. Con Henri Smitin özü ilə necə danışardınızsa,
Birləşmiş xeyriyyəçilik fondunun iclasında elə o cür tonla da danışın. Axı fondun
üzvləri – onlar Con Henri Smitin cəmindən başqa nə isə deyillər.
4. İstənilən adam nitq söyləyə bilər. Əgər siz bunda şübhə edirsinizsə,
özünüz yoxlayın: tanıyıb-bildiyiniz ən cahil adamı vurub yerə sərin və o ayağa
qalxanda, çox güman, nə isə deyəcək, özü də kəkələməsiz-filansız deyəcəkdir. Biz
istəyirik ki, siz eynilə bu cür sərbəstliyə auditoriya qarşısında çıxış edərkən nail
olasınız. Özünüzdə bu keyfiyyəti formalaşdırmaq üçün təcrübə keçmək lazımdır.
Başqalarını təqlid etməyin.
Əgər siz özünüz olduğunuz kimi sərbəst danışırsınızsa, onda dünyada heç
kimə bənzəmirsiniz.
Çıxışa öz individuallığınızı, yalnız sizə xas olan maneranı qatın.
5. Dinləyicilərlə elə danışın ki, sanki onların indicə ayağa qalxacaqlarını və
sizə cavab verəcəklərini gözləyirsiniz. Əgər onlar sual vermiş olsaydılar, sizin
çıxışınız dərhal daha yaxşı olardı. Buna görə də təsəvvür edin ki, kim isə sizə sual
edib və siz ona cavab verirsiniz. Hündürdən deyin: “Siz soruşacaqsınız ki, mən
bunu haradan bilirəm. Mən sizə deyərəm...” Bu cür şeylər tamamilə təbii
görünür; sizin ifadə tərziniz bundan sonra rəsmi olmayacaq, bu, çıxışınıza istilik
gətirəcəkdir.
6. Çıxışınıza qəlbinizin bir parçasını qoyun. Sizə yer üzərində mövcud olan
qaydaların hamısından çox əsl emosional səmimilik kömək edər.
7. Bizim hamımızın ciddi söhbətdə qeyri-şüuri surətdə tətbiq etdiyimiz dörd
fənd mövcuddur. Amma siz ictimaiyyət qarşısında çıxış edərkən onları tətbiq
edirsinizmi? Adamların əksəriyyəti bunu etmir:
a) Siz cümlədə vacib əhəmiyyət kəsb edən sözləri vurğulayırsınızmı və az
əhəmiyyətlilərini onlara tabe edirsinizmi? Siz sözlərin hamısını, o cümlədən də
önlükləri və bağlayıcıları təqribən eyni cür səsləndirirsiniz, yoxsa “MassaÇUsets”
sözünü tələffüz etdiyiniz kimi, cümləni deyərkən nəyə isə vurğu edirsiniz?
b) Sizin səsinizin sədası balaca uşaq danışanda olduğu kimi növbə ilə
yüksələrək və enərək dəyişirmi?
c) Siz nitqinizin tempini elə də böyük əhəmiyyət kəsb etməyən sözləri
sürətlə və vurğulamaq istədiyiniz sözləri tələffüz etmək üçün daha çox vaxt sərf
etməklə dəyişirsinizmi?
downloaded from KitabYurdu.org