haqqında necə danışıldığındadır. Kvintilian bunu lap çoxdan, İngiltərə hələ
Romanın əyalət müstəmləkələrindən biri olduğu dövrdə demişdi.
Köhnə məsəllərin əksəriyyəti kimi bunu cum grano salis
41
qəbul etmək
lazımdır; lakin, bununla belə, yaxşı təqdim olunarsa, çox zəif çıxış böyük
təəssürat yarada bilər. Kolleclərdə keçirilən müsabiqələrdə mən tez-tez
görürdüm ki, ən yaxşı materialı olan natiq heç də həmişə qələbə çalmır. Daha çox
qalib o kəs olurdu ki, o, başqalarından yaxşı danışmağı bacarır və onun materialı
başqalarının materialından daha yaxşı səsləndirilirdi.
“Nitqdə üç şey əhəmiyyət kəsb edir, – deyə bir dəfə lord Morli bildirmişdi, –
kim danışır, necə danışır və nə danışır. Və bu üç şeydən ən az əhəmiyyət kəsb
edəni üçüncüdür”. Bu, şişirtmədir? Bəli, lakin onun arxasından həqiqətin işığı
süzülür.
Edmund Berk məntiq, arqumentasiya və quruluşuna görə o qədər kamil
nitqlər yazırdı ki, bunları indi onun ölkəsinin kolleclərinin yarısında klassik
nümunələr kimi öyrənirlər. Lakin Berk heç yerə yaramayan natiq idi. O, öz fikir
dürlərini təqdim eləmək, onları maraqlı və inandırıcı etmək qabiliyyətinə malik
deyildi. Buna görə də İcmalar Palatasında onu “nahar zəngi” adlandırırdılar. O,
tribunaya qalxanda palatanın üzvləri öskürməyə başlayır, ayaqlarını döyəcləyir
və zalı topa-topa tərk edirdilər.
Əgər siz polad gilizli gülləni bir kəsə var gücünüzlə atsanız, onun heç
paltarını da cırmayacaqsınız. Lakin siz barıtı donuz piyindən hazırlanmış şamın
oduna tutarsınızsa, siz həmin güllə ilə şam taxtasını deşə bilərsiniz. Təəssüflə
deməliyəm ki, donuz piyindən şam tipli bir çox çıxışlar polad gilizli, lakin ləms
halda deyilən nitqlərdən güclü təəssürat yaradır.
Buna görə də öz danışıq maneranıza çox ciddi göz qoyun.
Çıxış etmək manerası nədir
Universal mağaza sizin aldığınız malı çatdıranda nə edir? Məgər sürücü
paketi sizin həyətinizdə ataraq çıxıb gedir? Məgər nəyisə çatdırmaq – onu təqdim
etməklə eynidir? Teleqramı gətirən poçtalyon onu bilavasitə ünvanlandığı adama
çatdırır. Bəs bu, natiqlərin hamısına müyəssər olurmu?
Mənə izin verin, çıxış edən minlərlə adam üçün tipik olan bir nümunə
göstərim.
Bir dəfə necə oldusa, Myurrendə, İsveçrə Alplarındakı yay kurortunda
dincəlirdim. Mən Londonun bir kompaniyasına məxsus olan hoteldə yaşayırdım
və həmin kompaniya qonaqların qarşısında çıxış etmək üçün, adətən, iki lektor
göndərirdi. Əvvəl tanınmış ingilis yazıçı xanımı gəldi. O, “Romanın gələcəyi”
mövzusunda danışırdı. O etiraf etdi ki, mövzunu özü seçməyib və belə alındı ki,
haqqında danışdıqları özünü bunlar haqda danışmağa dəyməyən qədər az
maraqlandırırdı. O, tez-tələsik hansısa ayrı-ayrı qeydləri səsləndirdi və
dinləyicilərin qarşısında onlara heç bir maraq göstərmədən, gah onların başı
üstündən, gah öz qeydlərinə, gah da döşəməyə baxa-baxa dayanmışdı. O, öz
sözlərini elə bil havasız məkana monoton səslə, laqeyd görkəmlə tullayırdı.
Belə çıxış etmək, ümumiyyətlə, çıxış etməmək deməkdir. Bu, öz-özünlə
söhbətdir. Və dinləyicilərlə heç bir kontakt yoxdur. Yaxşı çıxış üçün isə ən əsası –
məhz auditoriya ilə kontaktın hiss olunmasıdır. Dinləyicilər hansısa ismarışın
bilavasitə natiqin beynindən və ürəyindən onların şüuruna və ürəklərinə
downloaded from KitabYurdu.org
çatdırıldığını hiss etməlidirlər. İndicə qələmə aldığım nitq eyni müvəffəqiyyətlə
qumlu susuz Qobi səhrasında da söylənə bilərdi. Və həqiqətən də, nitq elə
səslənirdi ki, sanki canlı adamlar qrupu qarşısında deyil, belə bir yerdə səslənir.
Materialın təqdim olunması eyni vaxtda həm çox sadə, həm də mürəkkəb
prosesdir. Bu prosesi çox vaxt yanlış başa düşür və yanlış həyata keçirirlər.
Yaxşı çıxışın sirri
Yaxşı çıxışın necə olmalı olduğu barədə çoxlu cəfəngiyat və boş laqqırtı
yazılıb. Onu hər cür qaydalar və rituallarla hörüb-toxuyub və ona nə isə sirlilik
veriblər. Köhnədəbli elokvensiya
42
– bu dəhşət, ilahi və insani olana söyüş nitqə
yöndəmsiz görkəm verirdi. Kitabxanaya və ya kitab mağazasına yollanan işgüzar
adamlar orada natiqlik sənəti haqda tamamilə yararsız olduğu bəlli olan kitablar
tapırlar. Başqa sahələrdə nail olunan tərəqqiyə baxmayaraq, bəzi şagirdləri
indinin özündə də Vebsterin və İnqersollun yüksək bəlağətli, bizim dövrümüzün
ruhundan uzaq olan köhnəlmiş nitqlərini deklamasiya etməyə məcbur edirlər.
Vətəndaş müharibəsi dövründən etibarən ABŞ-da ictimaiyyət qarşısında
çıxışların tamamilə yeni məktəbi meydana çıxmışdır. Nitq zamanın ruhuna
müvafiq olaraq teleqram kimi sadə və aydın olmuşdur. Müasir auditoriya nə
vaxtsa dəbdə olan söz atəşfəşanlığına dözməyəcəkdir.
Müasir auditoriya – qoy işgüzar iclasda toplaşan on beş və ya tentin altında
min nəfər olsun – istəyir ki, natiq şəxsi söhbətdə olduğu kimi sadə və sanki bir
nəfərlə danışdığı manerada çıxış etsin.
Həmin manerada, amma həmin səs gücü ilə yox, əks-təqdirdə, onu, sadəcə
olaraq, eşitməyəcəklər. Qırx nəfər dinləyicinin qarşısında çıxış edən natiq təbii
təsir bağışlamaq üçün bir nəfərlə söhbət etdiyindən qat-qat çox enerji sərf
etməlidir. (Eyni prinsip üzrə, binanın damında qoyulan heykəlin də ölçüləri
böyük olmalıdır ki, yerdə dayanan müşahidəçi onu adi ölçülü fiqur kimi qəbul
edə bilsin.)
Mark Tven Nevadada filiz yataqlarından birində mühazirəsini başa
çatdıranda qoca qazmaçılardan biri ona yaxınlaşdı və soruşdu:
“Bu, sizin danışığınızın təbii manerasıdır?”
Auditoriyaya məhz bu lazımdır: bir qədər həyəcanlı “təbii danışıq manerası”.
Birləşmiş xeyriyyə fondunun iclasında dəqiqliklə elə danışın ki, elə bil Con
Henri Smitin özü ilə danışırsınız. Axı fondun üzvləri – onlar Con Henri Smitlərin
cəmindən başqa bir şey deyildir. Həmin kişi və qadınlarla ayrı-ayrılıqda söhbət
əsnasında yerinə düşən fəndlər onlarla kollektiv kimi söhbətdə məgər işə
yaramır?
Mən indicə bir yazıçı xanımın çıxışını qələmə almışdım. Bu xanımın çıxış
etdiyi elə həmin zaldaca mənə bir neçə gündən sonra məşhur fizik cənab Oliver
Lodcu dinləmək həzzi qismət oldu. Onun mövzusu “Atomlar və aləmlər” idi. O,
buna yarım əsrdən çox düşüncə və zəhmətini, təcrübə və tədqiqatlarını həsr
etmişdi.
Dedikləri onun ürəyindən, beynindən gəlirdi, onun həyatının bir hissəsi idi,
bu, onun demək çox istədiyi bir şey idi. O, tamamilə unutmuşdu ki (mən buna
görə Tanrıya minnətdarlıq edirdim), dinləyicilərə yalnız atomlar haqqında
danışmaq, dəqiq, aydın və inandırıcı şəkildə danışmaq lazımdır. O, səmimi-
qəlbdən çalışırdı ki, biz onun gördüklərini görək və onun duyduqlarını hiss edək.
downloaded from KitabYurdu.org