Lakin kişilik kodeksi deyir: “Sonadək mübarizə et!”
Və yoxdur özünü məhv etməyə haqqın sənin.
Sən ac və bezmiş olanda da...
Çətin deyil hər şeyə son qoymaq...
Şeytanın ağzına girmək çətindir.
Sən mübarizədən yorulmusan? Bu nə deməkdir, utan!
Sən cavansan, cəsarətlisən, ağıllısan.
Sənə çətin idi, bilirəm, lakin bezmək lazım deyil,
Qüvvəni topla, qeyri-mümkün olanı elə və mübarizə apar!
Gətirəcək inadkarlıq qələbəni sənə,
Odur ki, ruhdan düşmə, dost!
Öz mərdliyini cəmlə, təslim olmaq çətin deyil.
Başı dik tutmaq çətindir.
Döyüldüyünə görə inildəmək və ölmək asandır,
Geri çəkilmək və sürünmək daha asandır.
Amma döyüşmək, artıq ümid görünməyəndə
Döyüşmək lazımdır.
Bax budur – paxıllıq doğuran qismət!
Və sən qorxunc əlbəyaxadan
Döyülmüş, yarımcan, çapıqla örtülmüş halda çıxsan da,
Bir dəfə də cəhd elə. Ölmək asandır.
Sağ qalmaq çətindir.
Xülasə
1. Biz heç vaxt heç nəyi öyrənmirik (bu lap qolf oyunu olsun, fransız dili və ya
natiqlik sənəti), tədricən kamilləşirik. Biz irəli qəfil sıçrayışlar və kəskin
yürüşlərlə hərəkət edirik. Məhz buna görə çox vaxt elə olur ki, biz bir neçə həftə
ərzində bir yerdə dayanır və hətta mənimsədiyimiz vərdişlərin bir hissəsini
itiririk. Psixoloqlar staqnasiyanın bu mərhələsini “hazırlıq əyrisində plato”
adlandırırlar. Biz uzun müddət inadkarcasına işləyə bilərik və bununla belə, bu
cür “platodan” tərpənə və yüksəlişi davam etdirə bilmərik. Bəzi adamlar bu
özünəməxsus təzahür barədə xəbərsiz olduqlarından bu cür “platolarda” ruhdan
düşür və səylərini dayandırırlar. Bu çox kədərlidir, axı onlar işləməkdə davam
etsəydilər, qəfildən aşkar edəcəkdilər ki, təyyarə tək yuxarı şığıdılar və qəfildən
qısa vaxt ərzində çox böyük uğur qazandılar.
2. Siz nitqin lap başlanğıcı ərəfəsində əsəbi həyəcan keçirmədən, ola bilsin ki,
heç vaxt çıxış etməyəcəksiniz. Lakin siz inadkarlıq göstərmiş olarsınızsa, tezliklə
bütün qorxulardan yaxa qurtaracaqsınız – bircə başlanğıcda olandan başqa. O da
nitqinizi başlayandan bir neçə saniyə sonra yox olacaqdır.
3. Professor Ceyms bildirir ki, gənc adamlar özlərinin elmləri mənimsəmək
qabiliyyətlərinə şübhə etməməlidirlər. Əgər tələbə vicdanla məşğul olarsa, “o,
biliklərin hansı sahəsini seçmiş olsa da, gözəl səhərlərin birində yuxudan
oyanaraq öz nəslinin ən kompetent adamlarından birinə çevrildiyini görəcəyinə
tamamilə ümid edə bilər”. Bu, Harvard Universitetinın məşhur alimi tərəfindən
bəyan edilmiş psixoloji həqiqət eynilə sizə və sizin danışmağı öyrənmək
istəyinizə aiddir. Bunda heç bir şübhə ola bilməz.
downloaded from KitabYurdu.org
Bu sahədə nailiyyətlər əldə etmiş adamlar, bir qayda olaraq, qeyri-adi
qabiliyyətlərin sahibi olmurdular. Onlar inadkarlığa və əyilməz qətiyyətə malik
idilər. Onlar geri çəkilmir və məqsədə çatırdılar.
4. Natiqlik sənətində uğurunuz barədə fikirləşin. Onda siz uğura nail olmaq
üçün zəruri olanı edəcəksiniz.
5. Əgər siz ruhdan düşərsinizsə, Teddi Ruzvelt kimi Linkolnun portretinə
baxmağa və eynilə bu cür şəraitdə Linkolnun nə edəcəyini özünüzdən soruşmağa
cəhd edin.
6. ABŞ Hərbi Dəniz Qüvvələrinin baş kapellanı Birinci Dünya müharibəsi
dövründə demişdi ki, hərbi keşişin uğurla çalışması üçün zəruri olanlar
bunlardır: göylərin vergisi, başını itirməmək, dözüm və mərdlik.
Altıncı fəsil
Yaxşı çıxışın sirri
Birinci Dünya müharibəsi qurtarandan dərhal sonra mən Londonda iki
qardaşla: Ross Smit və Kit Smitlə tanış oldum. Onlar lap yenicə Londondan
Avstraliyaya təyyarə ilə birbaşa uçuş həyata keçirmişdilər, əlli min dollar
mükafat almışdılar, bütün Britaniya imperiyasında sensasiya doğurmuşdular və
kral tərəfindən zadəgan adı ilə təltif olunmuşdular.
Tanınmış kinooperator, kapitan Herli çəkilişlər apara-apara uçuşun bir
hissəsini onlarla keçirmişdi. Mən onlara uçuş haqqında illüstrasiyalı mühazirə
hazırlamaqda kömək edirdim və onlara auditoriya qarşısında çıxış etmək
sənətini öyrədirdim. Onlar dörd ay ərzində Londonda, filarmoniyanın zalında
çıxış etdilər. Onlardan biri gündüz, o biri axşam vaxtı çıxış edirdi.
Hər ikisində təəssüratlar eyni cür idi: təyyarədə yanaşı oturaraq onlar Yer
kürəsinin yarısını dövrə vurmuşdular. Onlar sözbəsöz eyni şeyləri deyirdilər,
lakin onların mühazirələrinin eyni cür olduqları təsiri nə üçünsə yaranmırdı.
Hər bir çıxışda sözdən başqa da nə isə var və həmin nə isə çox əhəmiyyət
kəsb edir. Bu, individuallığın izidir. “Məsələ heç o qədər də sizin nə deməyinizdə
yox, bunu necə deməyinizdədir”.
Bir dəfə mən konsertdə bir cavan qadının yanında əyləşmişdim və bu qadın
notlar üzrə Şopenin “Mazurka”sını ifa edən Paderevskinin çıxışını diqqətlə
izləyirdi. Qadın sarsılmışdı. O başa düşə bilmirdi. Paderevski eynilə qadın özü bu
əsəri çalarkən götürdüyü notları götürürdü, lakin özünün ifası adi idi, onun isə –
ilhamlı, heyrətamiz dərəcədə gözəl. Paderevski auditoriyanı valeh etmişdi.
Məsələ təkcə onun götürdüyü notlarda yox, həm də onun həmin notları necə
götürməsində, hisslərdə, artistlikdə, ifaya qoyduğu şəxsi məlahətdə idi və
ortabab və dahi arasında fərq də elə bundadır.
Böyük rus rəssamı Bryullov bir dəfə şagirdinin etüdünə düzəliş edir.
Düzəldilmiş şəklə heyrətlə baxan şagird deyir:
– Siz yalnız azacıq toxundunuz və tamam başqa bir şey oldu!
– Sənət həmin bu azcadan başlayır, – deyə Bryullov cavab vermişdi.
Bu, rəssamlıq və Paderevskinin ifası ilə bağlı nə qədər ədalətlidirsə, o qədər
də natiqlik sənəti üçün ədalətlidir.
Eyni şey adam sözləri tələffüz edəndə də baş verir. İngilis parlamentində
belə bir köhnə məsəl dəbdədir ki, məsələ nə barədə danışıldığında yox, bunun
downloaded from KitabYurdu.org