Tarixləri yadda saxlamağın ən yaxşı üsulu onları yaddaşda artıq özünə
möhkəm yer tutmuş əlamətdar tarixlərlə assosiasiyalaşdırmaqdır. Məsələn,
amerikalı üçün Süveyş kanalının 1869-cu ildə açıldığını yadda saxlamaq birinci
gəminin həmin kanaldan ABŞ-da Vətəndaş müharibəsi qurtarandan dörd il sonra
keçdiyini yadda saxlamaqdan çətindir.
Əgər amerikalı Avstraliyada ilk insan məskəninin 1788-ci ildə salındığını yadda
saxlamağa çalışsa, bu tarix onun başından maşında pis bərkidilmiş bolt kimi çıxıb
uça bilər; bu, 1776-cı il iyulun 4-ü ilə assosiasiyalaşdırılsa və həmin hadisənin
Müstəqillik Deklarasiyası imzalanandan on iki il sonra baş verdiyi yadda
saxlanarsa, onu yaddaşınızda möhkəmlətmək şansı daha çox olar. Bu, zəifləmiş
bolta qaykanı burmaq kimidir – o, yerində qalacaq.
Telefon nömrəsini yadda saxlamaq lazım gələndə bu prinsipi nəzərdə
tutmaq faydalıdır. Məsələn, bu kitabın müəllifinin müharibə dövründə
telefonunun nömrəsi 1776 idi. Onu yadda saxlamaq heç kim üçün çətin deyildi.
Əgər siz telefon kompaniyasından 1492, 1861, 1865, 1914, 1918 kimi nömrələr
ala bilsəniz, sizin dostlarınız telefon kitabçasını eşələməli olmayacaqlar. Əgər siz
onlara telefon nömrənizi solğun şəkildə bildirmiş olarsınızsa, onlar onun 1492
olduğunu unuda bilərlər, lakin əgər siz belə desəniz, məgər bu, onların başından
heç çıxa bilər: “Mənim telefon nömrəmi yadda saxlamaq sizin üçün çətin
olmayacaq – 1492, Kolumbun Amerikanı kəşf etdiyi ildir”.
Bu sətirləri oxuyan Avstraliya, Yeni Zelandiya və Kanada sakinləri 1776,
1861, 1865 rəqəmlərini, əlbəttə, öz ölkələrinin əlamətdar tarixləriylə
əvəzləyəcəklər.
Aşağıda göstərilən rəqəmləri ən asan necə yadda saxlamaq olar?
a) 1564 – Şekspirin doğulduğu il;
b) 1607 – Amerikada, Ceymstaunda ilk ingilis məskəninin əsasının
qoyulması;
c) 1819 – kraliça Viktoriyanın doğulduğu il;
d) 1907 – Robert E.Linin doğulduğu il;
e) 1789 – Bastiliyanın alınması ili.
Sırf mexaniki surətdə təkrar edərək ilk otuz ştatı onların İttifaqa daxil
olduqları ardıcıllıqla yadda saxlamaq sizə, əlbəttə, yorucu görünəcək. Lakin
onları hansısa bir tarixi hadisə ilə əlaqələndirin və onda siz onları tez və çətinlik
çəkmədən yadda saxlayacaqsınız. Aşağıdakı abzası cəmi bir dəfə oxuyun. Oxuyub
qurtarandan sonra on üç ştatı düzgün ardıcıllıqla sadalaya bilib-bilməyəcəyinizi
yoxlayın:
“Bir dəfə şənbə gününün axşamı Delaverdən olan cavan qadın Pensilvaniya
dəmir yolu ilə kiçik səyahət üçün bilet aldı. O, çamadana Nyu-Cersidən aldığı
sviter qoydu və rəfiqəsi Corciyaya Konnektikutda baş çəkdi. Növbəti günün
səhəri evin xanımı və qonaq messada
34
iştirak etmək üçün Meris-
lend
35
kilsəsinə getdilər. Sonra onlar cənub xəttinin (kar layn)
36
qatarı ilə evə
qayıtdılar. Nahardan sonra onlar şimal xəttinin (kar layn)
37
qatarına mindilər və
adaya yollandılar (rod tu ze aylend)
38
”.
Öz çıxışınızın planını yadda necə saxlamalı
Biz nəyinsə haqqında yalnız iki səbəbdən fikirləşə bilərik – birincisi, xarici
stimulun nəticəsində, ikincisi, artıq bizə məlum olanla assosiasiya səbəbindən.
downloaded from KitabYurdu.org
Bu, ictimaiyyət qarşısında çıxışlara nəzərən aşağıdakılardır: birincisi, siz öz
fikirlərinizin ardıcıllığına hansısa xarici stimulun, məsələn, qeydlərin köməyi ilə
riayət edə bilərsiniz, amma kağızdan oxuyan natiq kimin xoşuna gələ bilər?
İkincisi, siz çıxışınızın hissələrini onları hafizənizdə artıq kök salmış nə ilə isə
assosiasiyalaşdırmaqla yadda saxlaya bilərsiniz. Onlar elə bir məntiqi ardıcıllıqla
yerləşməlidir ki, ikinci hissə qaçılmaz olaraq birincidən, üçüncü isə ikincidən bir
otağın qapısının o biri otağa apardığı qədər təbii olaraq çıxmalıdır.
Bu, sadə səslənir, ancaq bu, naşı, əqli qabiliyyətləri qorxu ilə buxovlanmış
adam üçün o qədər də sadə iş olmaya bilər. Lakin ifadənin ardıcıllığını təmin
edən bir üsul vardır ki, o, sadədir, öz işini tez və praktiki olaraq nöqsansız görür.
Mən mnemonik cümlələrin istifadə olunmasını nəzərdə tuturam. Misal göstərim.
Ehtimal edək ki, siz öz aralarında heç cür əlaqəli olmayan çoxsaylı mövzuya
toxunmaq istəyirsiniz. Onları yaddaşda saxlamaq çətindir. Eyni vaxtda, məsələn:
inək, siqar, Napoleon, ev və dini kultlar haqqında danışmaq necə mümkün ola
bilər? Gəlin baxaq ki, həmin mövzuları aşağıdakı cümlənin köməyi ilə bir-birinə
eyni zəncirin halqaları kimi pərçimləmək olarmı: “İnək siqar çəkirdi və
Napoleona şıllaq atdı, ev isə dini kultlarla birlikdə yandı”.
İndi bu cümləni əlinizlə örtün və bu suallara cavab verin: çıxışın üçüncü
hissəsi hansıdır? Beşinci? İkinci? Birinci?
Belə bir metod kömək edirmi? Bəli, kömək edir. Və öz yaddaşını yax-
şılaşdırmaq istəyənlərə onu tətbiq etmək təkidlə məsləhət görülür.
Beləliklə, fikirlərin istənilən dəstini bağlamaq olar və mnemonik cümlə nə
qədər sarsaqcasınadırsa, onu yadda saxlamaq bir o qədər asandır.
Tam iflasa uğrayan halda nə etmək lazımdır
Ehtimal edək ki, kilsə icmasının qarşısında çıxış edən məruzəçi xanım bütün
hazırlığına və gördüyü bütün ehtiyat tədbirlərinə baxmayaraq, nitqinin ortasında
qəfildən hər şeyi unudub və dinləyicilərin qarşısında daşlaşmış halda, davam
etmək iqtidarında olmayaraq dayanıb. Vəziyyət dəhşətlidir. Qüruru ona başını
itirmiş halda yerinə əyləşməyə və iflasa uğradığını etiraf etməyə yol vermir.
Xanım hiss edir ki, əgər onun xilasedici beş-on saniyə vaxtı olsaydı, o, çıxışının
növbəti, yaxud heç olmasa hansı isə bir hissəsini yadına sala bilərdi. Lakin beş-on
saniyəlik qorxunc sükut da dinləyicilərin nəzərində bəlaya bərabər görünərdi. Nə
etməli? Bir məşhur amerikalı senator bu yaxınlarda belə bir vəziyyətə düşəndə o,
dinləyicilərdən soruşdu ki, kifayət qədər hündürdən danışırmı, zalın axırında
onun səsi yaxşı eşidilirmi. O bilirdi ki, çox yaxşı eşidilir, lakin ona lazım olan bu
məlumatlar deyildi. Ona vaxt udmaq lazım idi. Və bu qısa fasilə ona fikri tutmağa
və nitqini davam etdirməyə kömək elədi.
Lakin mənə belə gəlir ki, bu cür “gəmi qəzasında” “xilasedici dairə” qismində
belə bir üsul hamısından yaxşı olardı: axırıncı sözü və ya axırıncı cümləni təzə
cümlənin başlanğıcına çevirin. Sonsuz bir zəncir alınacaqdır və nitq Tennison
bulağı kimi məqsədsiz olsa da, dayanmadan axacaq. Bunun praktikada necə
alındığına baxaq. Təsəvvür edək ki, işin uğurları barədə danışan natiq aşağıdakı
cümləni səsləndirəndən sonra əqli dalana düşmüş olur: “Orta qulluqçu ona görə
irəli çəkilmir ki, o, öz işinə az maraq göstərir, təşəbbüs azdır”.
“Təşəbbüs”. Növbəti cümləni “təşəbbüs” sözündən başlayın.
downloaded from KitabYurdu.org