82
gülləbaran etməklə iki islamı qətl, bir qoca əlil islamı, iki həddi-buluğa çatmamıĢ
qızı anaları ilə birlikdə əsir alıb kəndi də yandırıb talan edirlər. Ġslamlar bu halı
görüncə bayram mərasimini buraxıb baĢqa kəndlərə qaçırlar. AtıĢma sədasına
Dəmirçilər kəndinə səyahətə getmiĢ Ġsrafil bəy Nuri bəy yanında da yarısı
odlanmıĢ kəndin imdadına gəlməklə erməniləri tüfəng atəĢilə qaçmağa məcbur
edirlər. Ermənilərin qonĢuluq və vətəndaĢlıq hüququna riayətsizliyini eĢidən
müsəlmanlarda bir az intibah əmələ gəlir, hər tərəfdən müsəlman könüllü əsgərləri
hücuma keçib Əskipara adlı kənddə böyük müharibəyə baĢlayırlar. Bu müharibədə
müsəlmandan 4 nəfər qətl olunur. Ermənilər dəxi 80 nəfər tələfat verib bir çox
cəbbəxana və hərbi ləvazimatlarını qoyub qaçmağa məcbur olurlar.
Əskipara müharibəsinə baĢçılıq edən islam atlıları gündüz müharibə edir,
gecələr isə müsəlmanları balaca kəndlərdən böyük islam kəndlərinə köçürürdülər.
Bu dəfə köçən kəndlər Əskipara, Ayrım, Fərəhli, Bağanis və sairlərdir. Bu ayda
dəxi elə bir hadisə olmayıb, ancaq Karvansara ermənilərinin təcavüzlərini
yatırtmaq üçün gedən 30 kazak dəstəsinə sursat verilməyərək geri qaytarılır. Bu
səbəbdən yanvarın 31-də polkovnik və yanında olan bir neçə kazak dəstəsi
Karvansaraya yollanır.
Bu aralıqda dəxi Zəyəm mahalında erməni-müsəlman vuruĢması elan edildi.
Belə ki, Çardaxlı adlı erməni kəndinin sakinləri müsəlman kəndlərinə hücum
etdikləri vaxt aralıqda yerləĢən ĠrmaĢlı və Ayıblı müsəlman kəndlərinin mühafizə
dəstələrinə rast gələrək böyük müharibə baĢlanır. QonĢuluqda bulunan islam
kəndlərindən mühafizəçilər köməyə gəldikdə erməni dəstələri davam gətirməyib
qaçmağa üz qoyurlar. Müsəlmanlardan bir nəfər öldürülür və on bir baĢ at
oğurlanır. Ermənilər isə bir çox tələfat verdikdən sonra, on beĢ nəfərin meyitini
müharibə meydanında qoyub qaçırlar. Qazax uyezdində bir çox kəndlər dağılıb
yansa da, indiyə qədər məĢhur olanı 12 kənddir: Əlibəyli, Haccalı, Kazımlı,
KöhnəqıĢlaq, Yaradullu, Həqbəli, Sofulu, Cəfərli, Çaxmaqlı, Qızılhacılı, Xeyrimli,
Bağanis Ayrım.
Qazax uyezdində üç dəfə müharibə olmuĢdur. Birisi Əlibəyli davası ki,
ermənilərin tələfatı barədə məlumat yoxdur. Müsəlmanlardan da tələfat olmayıbdır.
Ancaq sakitlik üçün gəlmiĢ kazakların iki nəfərini ermənilər öldürmüĢlər. Ġkincisi
Tatlı müharibəsidir. Bu müharibə bütün günü davam edir və iki nəfər müsəlmanın
həlakı ilə baĢa çatır. Ermənilərin tələfatı isə əlli nəfərə kimi təxmin edilirdi. 3-cü
Əskipara müharibəsidir ki, onda müsəlmanların tələfatı 4 nəfər, ermənilərin tələfatı
80 nəfərə yaxındır. Bu üç müharibədən sonra Qazax uyezdi hökumət qüvvəsi
tərəfindən nəzarət altına alınır və bir növ sakitlik yaranır. Fevral ayının beĢinci
günü Qazaxda dükanlar və evlər qoĢun tərəfindən axtarıldıqda kazaklar və
draqunlar müsəlmanlara çox böyük zərər vururlar. Belə ki, bir evi təftiĢ üçün 50
nəfər soldat girib, hər nə tövr olursa olsun, əllərinə keçən ev əmlakını oğurlamaqda
idilər. Soldat ayağı düĢmüĢ evlərdə sınmamıĢ lampa və bu kimi əĢyalar
qalmamıĢdı.
83
Qazaxda və ətrafında olan müsəlmanların hərbi yaraqlarını nə ki var yığıb
onları bıçağa belə həsrət qoyurdular. Ermənilər isə bu vaxta kimi nə tüfəng, nə də
top vermiĢdilər.
Qazax uyezdinin hadisələri barədə əlimdə bir sıra məlumat vardır. Fəqət, ən
əvvəl bu hadisələri hansı tərəfin camaatı baĢladığını lazımi qaydada məlum
edilmədiyindən aĢağıda yazılmıĢ məktubun dərcini lüzumlu gördüm. Erməni-
müsəlman hadisələri hər tərəfdə baĢ verdikcə Qazax müsəlmanları daim qonĢuları
ilə sülh və saziĢə gəlmək arzusunda idilər. Ermənilər isə zahirən sülh tərəfdarı
olsalar da, gizlində paçka ilə tüfəng və sair hərbi silah tədarük edirdilər.
Ermənilərin belə hərəkətləri müsəlmanları bəzi fikirlərə saldı. Bir tərəfdən
də erməni dükançıları öz dükanlarında olan mallarını dağ kəndlərinə və müdafiəsi
möhkəm olan Dilican və Karvansara tərəfə aparmaqda idilər. Ġslamların bu ağır
günlərində ġəmsəddin pristavı erməni Mesrop bəy bir neçə islam libasında olan
ermənilərlə gəlib Qazağa çatdıqda tüfənglərinə patron qoyub, yaxına gedən
müsəlmanlara atmağa baĢlayırlar. Müsəlmanlar da təbii ki, onların atəĢinə cavab
verməklə bir qədər atıĢma olur. Bir azdan sonra Mesrop və atlılar qaçırlar. Bu
qayda ilə qazaxlarda ədavətin əsasını qoyurlar. Odur ki, yuxarıda deyilən üç böyük
müharibəyə meydan verilib, ermənilərə nə qədər can və müsəlmanlara da çoxlu
mal zərəri yetiĢir. Əlimə yetiĢən məlumatlar müsəlmanların iĢdən kənar olmaları
və xəbərsizliyi səbəbindən bu qədər xəsarətlərə düĢəcəklərinə tam bir sübut ola
bilir. Belə ki, müharibədən əvvəl ermənilərin Tatlı kəndinin rəisi Arsen Arsenov və
keĢiĢ Kiniqor Yaradullu Kərbəlayı Novruz Məhəmməd oğlu və baĢqalarının evinə
gəlib müsəlmanları xam salmaqdan ötrü sülh və barıĢıqdan söz açıb - "hər yerdə
müharibə olsa da, biz bu çayda müharibə baĢlamayaq," - deyib yalançı
mehribançılıqlar edirlər.
Müsəlmanlar isə belə sözlərə inanmaqla öz istirahətlərində idilər. Bunlara
sübut üçün Qazax tərəfindən 600 nəfər müsəlman könüllü atlısı ermənilərin hərbi
mərkəzi olan Tatlı kəndini dağıtmağa getdikdə müsəlmanlar Quranı-Ģərifi qabağa
çıxarıb - "Bizim qonĢulara rəhm eyləyin," - deməklərini nəzərə qoymaq olar.
Ermənilərin dəxi fitnəkarlıq üçün dörd gün həmən hadisədən sonra Yaradullu
kəndinə gəlib - "Bax, biz sizlə dost olduğumuz üçün xəbər veririk. Əgər
istəyirsiniz salamat qalasınız, bu gecə bu kəndlərdən yığıĢıb gedin! Axırda baĢqa
yerlərdən gəlmiĢ ermənilərin sizə zərəri yetiĢər," – sözlərini sübut kimi demək olar.
Belə sifariĢlərdən sonra islamlar gecə daĢınıb islam kəndlərinə dolmuĢdular. Sabah
həmən "dost" ermənilər Yaradullu kəndinin arabaçılarının qabağını kəsib 5 nəfərini
öldürür, 9 nəfərini isə əsir aparırlar. Müsəlmanların 9 vaqona qədər arpa və
buğdasını yollarda qarət edib kəndlərini bütünlüklə yandırırlar. Bu müharibələrin
ən dəhĢətlisi Qaraqoyunlu müharibəsidir ki, ermənilər 300-ə qədər tələfat verib
daha hərbə giriĢməyə qüvvələri qalmamıĢdı. Bunu da deməliyik ki, bu
müharibələrdə müsəlmanların əlində hərbi silah lazımi miqdarında olsaydı, Qazax
mahalında ermənilərin yalnız məğlub adları qalacaqdı.
Dostları ilə paylaş: |