1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə37/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   33   34   35   36   37   38   39   40   ...   54

76 
 
Birinci  dəstədə  Hacı  Səməd  Qocayev,  Əbil  bəy  Qapanlinski,  beĢ  nəfər 
erməni ilə ki, Atans və baĢqalarıdır. Ġkinci dəstədə yenə pristav və müavini, Həsən 
bəy Fətəlibəyov üç nəfər erməni ilə ki, adları məlum adamlardır. 
Müxtəsər, bu tövr ilə vəkillər öz vəzifələrini ifa üçün getdikdə sülh camaatı 
da öz evlərinə dağılırlar. Bu vaxtda Nağı Ağahüseyn oğlunun dəyirmanı qarĢısında 
düĢən erməni cənazələrini gətirməyə gedən Həsən bəy Fətəlibəyovu atəĢə tuturlar. 
Ermənilərin  xəyalınca  «cənazələri  gizlədirlər»  -  deyib  atəĢ  açırdılar.  Bu  vaxt  hər 
tərəfdə cənazə və əsirləri təhvilə alan müsəlmanları bombardman edirdilər. 
Bu iĢlərdən məlum olurdu ki, ermənilər hələ sülh xəbərini eĢitməmiĢlər və 
yainki  eĢidib  əməl  etmək  istəməmiĢlər.  Bu  vaxt  Verdiyevin  dəstəsində  gedən  üç 
müsəlmanı  öldürürlər.  Faytonçuları  Məhəmmədəli  Mirzə  oğlu  qaçmaqla  özünü 
xilas  etmiĢdir.  Bu  xəbər  yayılan  kimi  müsəlman  məhəlləsinə  gedən  ermənilərə 
hücum edirlər və digər tərəfdən, vağzaldan gələn ermənilərə də həmlə edirlər. Bu 
vuruĢmada  müsəlmanlardan  8  nəfər  qətl  olur,  o  cümlədən  qubernski  məclisinin 
üzvü  Axund  Molla  Nəcəfquluzadə  cənabları  (Allah  ona  rəhmət  eləsin). 
Müsəlmanlardan  yalnız  Serebrakovun  dəstəsində  gedənlər  salamat  qalırlar. 
Müsəlman  hissəsində  yenə  bu  miqdarda  erməni  tələf  edilmiĢdi.  Cinayət  yerində 
sərilmiĢ  erməni  cənazələrinin  yanında  tapılan  iki  ədəd  bomba  sərdarın  müavini 
yüksək mənsəbli general Malamaya təqdim edilir. 
Ümumi sülhün pozulması, yaxud ermənilərin cavabı. Ermənilər bu sülh 
pozulandan  sonra  hökumət  adamlarına  və  müsəlmanlara  bir  çox  bəhanədə 
bulundular. Bir parası «biz bu xəbəri hələ ermənilərimizə xəbər verməmiĢdik, ona 
görə  bu  cinayət  üz  verdi»,  -  söyləməkdə  idilər.  Bir  parası  «bu  sülhü  hnçaqistlər
7
 
komitəsi bağladığından, daĢnaksutyun komitəsi çalıĢıb pozdu», - söyləyirdilər. 
Müsəlmanlar  isə  bu  sözlərə  istər-istəməz  inanmaqda  və  susmağa  məcbur 
olmaqda  idilər.  Dövlət  adamlarına  gəldikdə  bu  xəbərə  inanar-inanmaz  yenə  bir 
sülh məclisinin tədarükündə idilər. 
Bu  hadisələrin  hamısından  sonra  bir  neçə  sülh  məclisində  hazır  olmuĢ 
bitərəf hökumət qulluqçuları iĢə müdaxilə edib, bir sülh məclisi təĢkil etdilərsə də, 
ermənilər  yenə  həmən  məclisə  çox  rəğbətsiz  gəlməkdə  idilər.  Belə  ki,  axırda 
gəlməklərini tamamilə kəsdilər. Fəqət, müsəlmanlar safdil olub, hər əsrdə sülh və 
barıĢığın arzusunda olduqlarından kəmali-rəğbət ilə sülhə iqdam edirdilər. 
Bu  məclis  qubernski  idarəsinin  üzvü  Mixaylovun  sədrliyi  altında  açılıb 
əsirləri dəyiĢmək məsələsi kamilincə həll edildi. Və əsirlər məsələsindən ötrü yenə 
iki heyət təĢkil edildi, birinci mirovoy sudya Çernits və Andriyans bəy Serebrakov 
və digəri qubernski idarəsinin üzvü Mixaylov, Əli Əkbər bəy Rəfibəyovdan və Əli 
Əsgər  Xasməmmədovdan  ibarət  idi.  Əvvəlinci  heyətin  səyi  ilə  ayın  24-də 
Andriyans  bəylə  tutulmuĢ  üç  nəfər  müsəlman,  ikinci  heyətin  səyilə  isə  Xocayev 
adlı  bir  erməni  qaytarıldı.  Müsəlmanların  əlinə  düĢmüĢ  gürcü  əsirləri  isə 
əvvəlcədən azad edilmiĢdi. Onların hamısı qarət əsnasında əsir edilmiĢdilər. 


77 
 
Bu  vaxt  müsəlman  əlinə  əsir  düĢüb  xidmətçisi  ilə  hifz  edilmiĢ  bir  erməni 
xanımı ermənilərə qaytarıldısa da ermənilər bir neçə səbəbə görə qəbul  etmədilər.  
Ermənilər  əlinə    əsir  düĢmüĢ  müsəlmanların  bir  çoxunu  əvvəlcədən,  yaxud 
sonradan tələf edib buraxmadılar. 
Müxbirin yazısından iqtibas olunmuşdur. 
 
Təzə  bir  sülh,  yeni  bir  general-qubernator.  Gəncəyə  yeni  təyin  edilmiĢ 
general-qubernator  FliĢer  cənabları  ermənilərin  keçmiĢ  sülhlərə  rəğbətsizliklərini 
görüb təzə bir sülhverici heyətin təĢkilinə əmr verdi. Bu əmri-müqəddəsdən sonra 
on  iki  nəfər  hərbi  zabitlərin  iĢtirakı  ilə  hər  tərəfdən  on  iki  vəkil  olmaq  Ģərti  ilə 
polkovnik Ġsayeviçin sədrliyi altında sülh müqavilələri yazılmağa baĢlandı. 
Sülhün  Ģərtləri.  Hərgah  bir  tərəfin  vəkilləri  bir  məsələnin  həllində  aciz 
qalırsa, yaxud bir qərəzə görə iĢi təxir edirsə, bu məsələnin həlli on iki nəfər hərbi 
zabitə  həvalə  edilməliydi.  Bunlardan  sonra  bir  çox  Ģərtlər  dəxi  elan  edildi.  Bu 
qarıĢıq komissiyanın ardınca Ģəhərdə sakitlik bir növ bərpa edildi. Sonra adı qeyd 
olunan  heyət  iĢlərin  əncamında  nöqsana  yol  verdiklərindən,  vəkillər  də  öz 
vəzifəsini  ifada  qüsurlu  olduqlarından  ötrü  camaat  da  əvvəlki  halətinə  buraxıldı. 
Bu vaxtda hökumət də çalıĢıb Gəncədə və ümum quberniyada idarəsini Ģücaət və 
igidliklə  məĢhur  olan  generallar  təyinilə  özlüyündə  gücləndirdi.  O  cümlədən 
general Alftanı ümum quberniyaya, general Levitskini Qazax uyezdinə, insanlığın 
qatili QalaĢçapovu ġuĢa uyezdinə təyin etdi. Tərəfləri sakit etmək üçün generallar 
dəxi təsirli tədbirlər qəbul edib bir sıra əməllərdə bulundular. 
ĠĢin  sübutu,  yaxud  ümumi  intibah.  Bu  hadisələrdə  qeyd  edilmiĢdir  ki, 
müharibəni  ermənilər  saat  9-da  baĢlayıb  -  iki  saatdan  sonra  müsəlman  məhləsinə 
də  sirayət  etmiĢdir.  Bunları  neçə  yerdə  bir  sıra  sübutlarla  yazmıĢıq,  yenə  nainsaf 
ermənilər "müsəlmanlar noyabrın 18-də qəflətən bizə hücum etdilər" kimi iftiraları 
deməkdən  əsla  çəkinmirlər.  Bu  səbəbdən  hörmətli  müxbir  aĢağıda  yazılmıĢ 
sübutları  da  əlavə  edib  öz  əziz  millətini  erməni    iftirasından    qurtarmaq    və  iĢi  
sübut    etmək  istəmiĢdir.  Ermənilərin  söylədiyi  kimi,  müsəlmanların  əvvəlcədən 
qırğın  fikri  olsa  idi,  vağzal  yolundakı  üç  minə  qədər  ermənidən  biri  də  salamat 
qurtarmazdı. Zira, ermənilər hər tərəfdən öz hissələrinə keçmək istəsə idilər, labüd 
erməni-müsəlman  arasında  sərhəd  olan  daĢnaksutyun  vəhĢilərinin  Gəncədə 
müsəlmanlara verdiyi xəsarətləri icmaları yazmaqdan çəkinməyəcəyəm. 
1.
 
Noyabrın  səkkizində  beĢ  daĢnaksutyun  Bəhmənli  sakini  Abbas  Həsən 
oğlunu Dərəbağın bağında öldürmüĢlər. 
2.
 
QoĢa  çinar  adlanan  erməni  hissəsində  heç  bir  səbəb  olmadan  Əmir 
Aslan  Əli  PaĢa  oğlunu,  Cabbar  Hüseyn  oğlunu,  Rüstəm  Ġsmayıl  oğlunu,  Rza 
Cəbrayıl  oğlunu  və  Molla  Cəlilli  kəndinin  baĢqa  sakinlərini  gülləbaran  ediblər. 
Canilər  isə  Avetis  Oqanesov,  papaqçı  QriĢa,  Vaso  Amospirov  və  baĢqalarından 
ibarət imiĢ. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə