1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə35/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

72 
 
bir  araba  patron,  nə  qədər  xəncər  və  beĢatılan  tüfənglər  müharibə  meydanında 
tökülüb  qalmıĢdı.  Bu  müharibədə  yaralılar  içində  yarasız  olub,  qorxusundan  can 
vermiĢ  nizami  əsgərlər  də  vardı.  Ermənilərin  yaralı  əsgərləri  onları  təqib  edən  
islam    könüllü  atlılarının  ayaqları  altında  qalmıĢdı.  Müsəlman  əlinə  keçən  bütün 
erməni  əsgərləri  Ümidli  kəndinin  Ģəhidləri  əvəzinə  qətl  edildi.  Bu  müharibədə 
ermənilərdən 120 nəfəri ölmüĢ, iki yüzü ağır yaralanmıĢ, müsəlmanlardan isə 15-i 
ölmüĢ, bir qədər də yaralanmıĢdı. Bu Papravənd müharibəsində müsəlmanlar bir az 
gözlərini  açıb  anladılar  ki,  erməni  millətinə  yalvarmaqla  yerində  oturmaz,  onlara 
qarĢı hərbi silah iĢlətmək lazımdır. 
Hadisələrin  icmalı.  CavanĢir uyezdində  müsəlmanlar əksəriyyətlə  məğlub 
olub  bir  çox  mal  və  can  tələfatı  vermiĢdilər.  Bu  iĢlərin  hamısı  bəylərin 
qeyrətsizliyindən  və  naçalnik  Pivovarovun  ermənilərin  tərəfini  saxladığından, 
müsəlmanların isə əksəriyyətlə silahsız olduqlarından baĢ vermiĢdi. Əsas səbəb isə 
CavanĢir bəyləri olmuĢdur. 
Müxbir yazısı hifz edilir. 
 
AĞRILI GƏNCƏ HADĠSƏLƏRĠ 
 
1905-ci  il  noyabr  ayının  birindən  baĢlanmıĢ  hadisələri  Əli  Əkbər  bəy 
Rəfibəyov  cənabının  topladığı  rusca  bir  jurnaldan  və  sair  məktublardan  tərcümə 
etdim. 
Ġndiyə  qədər  Qafqazın  bəzi  nöqtələrində  erməni-müsəlman  hadisələri  baĢ 
verib,  hamısından  da  Allahın  köməyi  ilə  mənim  əlimə  məlumat  yetiĢmiĢdir.  Bu 
məlumatlara  diqqətlə  nəzər  saldıqda  Gəncə  hadisələri  onlardan  çox  təəccüblüdür. 
Mən  Gəncə  hadisələri  ilə  baĢdan-baĢa  tanıĢ  oldum.  Bundan  əlavə  Gəncə 
hadisələrinə dair Alıbəyov cənablarının təkəbbürlü səyi ilə toplanmıĢ rusca əsəri də 
gözdən  keçirdim.  Hörmətli  Alıbəyov  Gəncədə  müsəlmanları  nöqsanlı  tutur. 
Möhtərəm  müxbirimiz  Əli  Əkbər  bəy  Rəfibəyovun  topladığı  məlumatı  gözdən 
keçirdikdə,  eyni  zamanda  hadisələrin  içində  olan  erməni  pristavı  Qamsaraqanın 
1905-ci il 26 sentyabr tarixli 8221 nömrəli və yenə onun 8048 nömrəli raportlarına 
nəzər  saldıqda  müsəlmanların  nə  qədər  məzlum,  nə  qədər  iğtiĢaĢdan  xəbərsiz 
olduqları meydana çıxır. Çıxır ki,  Ahbəyov kimi mühərririn də əsərində nə qədər 
səhvlər olduğunu aləmə bildirir. 
Bu  iĢləri  insafı  olan  erməni  və  müsəlman  inkar  edə  bilməz  ki,  Gəncədə 
daĢnaksutyunlar  nə  qədər  iğtiĢaĢa  müdaxilə  etdilər.  Mənim  bu  tariximin  məsləki 
yol  versə  idi,  yaxud  özlüyümdən  bitərəf  bulunmasaydım,  ermənilərin  narəva 
hərəkətlərini  bir  az  izah  edib  oxucuları  xəbərdar  edərdim.  Və  Alıbəyov 
cənablarının  da  yazdığı  əsərin  bir  neçə  sətrini  tərcümə  edib,  kimlərin  günahkar 
olduğunu  müsəlmanlara  və  o  cənabın  özünə  niĢan  verərdim.  Bu  qədər  var  ki, 
mənim məslək və əqidəm bunların heç birisinə yol vermədiyi kimi, bu hadisələrin 
baĢ verməsinə də mən təəssüf edənlərdənəm. 


73 
 
Hadisələr.  1905-ci  il  noyabr  ayının  18-də  Gəncə  uyezdi  Toxana  kəndinin 
sakini  Bayram  MəĢədi  Məhəmmədəli  oğlu,  Mehrəli  Zeynal  oğlu,  Əmrah  Həsən 
oğlu,  Mirzə  Məhəmməd  Əli  oğlu  gündüz  saat  6-7  radələrində  erməni  hissəsi 
Kolanlı  yolu  ilə  evlərinə  üç  at  yükü  buğda  apardıqları  vaxt  erməni  bağlarının 
arxasından üstlərinə Ģiddətlə güllə yağdırılır. 
Bu gülləbaran əsnasında Bayram Məhəmmədəli oğlu,  Mehrəli Zeynal oğlu 
öldürülür, yoldaĢları isə Ģəhərə qaçaraq polisə xəbər verirlər. YoldaĢlardan Bayram 
Həsən  oğlu  gülləbaran  zamanı  malları  ölənlərin  yanında  buraxıb  yolun  yuxarı 
səmtinə qaçarsa da, ermənilər onu da öldürmək qəsdilə təqib edirlər. 
Bərəkət  versin  ki,  bir  dəstə  erməni  və  müsəlman  kömürçüləri  yetiĢib 
zavallını xilas etməklə mallarını da alıb özünə tapĢırırlar. Bu əsnada Ģəhər tərəfdən 
gələn  kömürçülər  iki  islamın  qan  içində  düĢən  bədənlərini  görüncə  Molla  Cəlilli 
məhəlləsinə  qayıdaraq  onların  faciəli  vəziyyətinə  iĢarə  vurub,  araba  aparıb, 
cəsədlərini  gətirməyi  də  onlara  tövsiyə  edirlər.  Bu  ağrılı  xəbəri  Molla  Cəlilli 
camaatı  alınca  Salman  Mehdi  oğlu  və  Kərbəlayı  Məhəmməd  Ġbrahim  oğlunun 
baĢçılığı  və  iĢtirakı  ilə  bir  dəstə  müsəlman  cənazələri  gətirmək  üçün  yollanırlar. 
Camaat cənazələr düĢən yerə yaxınlaĢdıqda pristav Qamsaraqan müavini Əbil bəy 
Qapanlinski, Ģəhər müstəntiqi Leya Oqter, bir neçə də qorodovoylardan ibarət bir 
polis dəstəsini cinayət yerində hazır görürlər. 
Qətlə yetənlərin arxadaĢları istintaq olunduqda qatillərin Gəncə sakini QriĢa 
Santeryansın  oğlu  Avetis  Avetisov,  Qriqor  Tiyunovun  özləri  və  yoldaĢlarından 
ibarət  olduğu  meydana  çıxır.  Protokol  tərtib  ediləndən  sonra  faytonlara  minərək 
Ģəhərə  qayıdırlar.  Molla  Cəlillinin  müsəlman  əhalisinə  gəldikdə  Əbil  bəy 
Qapanlinskinin razılığı ilə ermənilərə düçar olmamaqdan ötrü düz yolla getməyib 
bağlar  arasından  getməyə  baĢlayırlar.  Lakin  pusquda  duran  ermənilər  onlara  atəĢ 
açırlar. ġiddətli atəĢ Yerivant Yegyayevin bağından edilirmiĢ. AtəĢin istiqamətinə 
uyğun  olaraq  müsəlmanlar  öz  məhəllələrinin  cənub-Ģərq  tərəfinə  çəkilib  atəĢdən 
sovuĢmağa məcbur olurlar. Güllələrin bütün Ģəhərə əks edən dəhĢətli Ģırıltısından 
erməni  bağlarından  yüzə  qədər  daĢnaksutyun  döyüĢçüsü  əldə  silah  üzə  çıxır. 
Ermənilərin  müsəlmanlar  üstünə  açılan  atəĢini  görən  daĢnaksutyun  döyüĢçüləri 
beĢ-beĢ, on-on ətrafda mövqe tutmaqla müsəlmanları atəĢə tuturlar. Bu vaxt atəĢin, 
yağmur  kimi  yağan  güllələrin  sədasını  Molla  Cəlillilər  eĢidincə  qardaĢlarını 
düĢməndən  xilas  etmək  üçün  ayaqlanıb  hərəkət  edirlərsə  də,  erməni 
komandirlərinin  nizam  altında  tərbiyə  almıĢ  əfsərlər  olduğundan,  islamların  isə 
hərbi hazırlıqları olmadığından müsəlmanlar müharibəsiz evlərinə qayıdırlar. 
Pristav  Qamsaraqan
*
  iĢin  bu  dərəcədə  ağır  hal  almasını  görüncə,  nəhayət, 
polismeysterə  xəbər  verir.  Polismeyster  Həsən  bəy  isə  sabiq  general-qubernator 
TaqaĢvili  cənabına  bu  atıĢmaların  hamısı  barəsində  ərz-hal  göndərir.  General 
bunun  ardınca  komandir  sotnı  Orlovun  komandası  altında  əlli  kazak  göndərib  bu 
                                                           
*
 Qamsaraqan erməni məzhəbindədir. 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə