1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi


-ci il 30 noyabr hadisələri, yaxud Fivovarovun idarə üsulu



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə32/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

66 
 
1905-ci il 30 noyabr hadisələri, yaxud Fivovarovun idarə üsulu. Noyabr 
ayının axırında Hacıqərvənd sakini məĢhur Qoçaq Əsgərxan adlı bir Ģəxs əmisinin 
ailəsini yaylaqdan gətirmək üçün 20 nəfər silahlı islamla gedərkən ermənilər xəbər 
tutub Tərtərin Sərsəng körpüsünün yanında yolu kəsirlər. 
Cənab  Pivovarov  Ģikayətçi  müsəlmanların  iĢinə  heç  bir  tədbir  görməyərək 
onları vəhĢi ermənilərin öhdəsinə buraxmıĢdı. Bu vaxtlarda CavanĢir uyezdinin hər 
tərəfində  sülh-barıĢıq  pozulub  hər  tərəfdə  iğtiĢaĢlar  baĢ  verirdi.  Yollarda  gediĢ-
gəliĢ  kəsilmiĢ,  səhərdən  axĢama,  axĢamdan  səhərə  kimi  CavanĢirin  karvanlarla 
dolu olan iĢlək yolları bir sükunət, bir cansız səhra Ģəklinə düĢmüĢdü. 
O  gediĢ-gəliĢi  kəsilməyən  yollarda  Ģeytanlardan,  bir  də  erməni  yol 
kəsənlərindən baĢqa bir insan görünmürdü. 
Kəndlər bir-birindən əlaqəni kəsdiklərindən ərzağa möhtac olan kəndlərə üç 
ay ərzində heç nə gəlmədiyindən aclıq və digər tərəfdən can qorxusu islamları öz-
özünə dəhĢətə salırdı. 
CavanĢir  bəyləri  isə  naçalnik  Pivovarovla  hər  gün  bir  ziyafətxanədə  keyf 
çəkməkdə, gün keçirməkdə idilər. 
25 noyabr, 1905 
 
1905-ci  ilin  27  noyabrında  baĢ  verən  Dəmirli  faciəsi.  27  noyabrda 
daĢnaksutyun orduları hər tərəfdən cəm olub Madagiz, Çaylı, Namis və sair erməni 
köylülərindən  təĢkil  olunmuĢ  bir  könüllü  ordu  da  onlara  qoĢulub  sübh  vaxtı 
Dəmirli kəndini mühasirə etdilər. Bu Dəmirli kəndi üç tərəfdən erməni köyləri ilə 
əhatə  olunub  yalnız  kəndin  qərb  tərəfi  Çıraqlı  adlı  islam  köyünə  bitiĢik  idi. 
Ermənilər  əvvəlcə  üç  tərəfdən  kəndə  hücum  edib  mühüm  mövqeləri  tuturlar. 
Kəndin iĢğalı zamanı qabağa çıxan dörd çobanı öldürməklə min beĢ yüz qoyun ələ 
keçirib  erməni  köylərinə  göndərirlər.  Sonra  da  kəndin  imarətləri  beĢatılan 
tüfənglərlə atəĢə tutulur. Bu vaxt kənddə ancaq dörd nəfər kiĢi var imiĢ. Xəmirləri 
qeyrət qanı ilə yoğrulmuĢ silahlı kiĢilər kəndin münasib mövqelərində qərar tutub, 
on min camaatın qarĢısında axĢama qədər kəndi mühafizə edirlər. Qalan camaat isə 
ailələrini götürüb düzlərə və Çıraqlı kəndinə dağılmağa davam edirlər. 
Dörd  nəfər  silahlı  adam  axĢama  qədər  kəndi  mühafizə  edir,  patronları  və 
hərbi  ləvazimatları  tükəndikdən  sonra  qaçıb  canlarını  qurtarırlar.  Ermənilər 
qiymətli əĢyalarını qarət etdikdən sonra kəndi odlayıb yandırırlar. 
Dəmirli  camaatını  sərvət  və  dövləti  demək  olar  bütün  uyezd  kəndlərindən 
üstün  idi.  Camaatının  əksəri  beĢ  yüz  qoyun  sahibi  imiĢ.  Kənd  camaatı  əliboĢ 
Çıraqlı kəndinə pənah aparandan sonra uyezdin naçalniki yüz kazakla gəlib kəndi 
                                                                                                                                      
xidmətdə  qalmasını  tələb  edərdilər.  Bunlara  səbəb  dəxi  Pivovarovun  onlarla  həmstul  və  həmpiyalə 
olmasıdır, zənnindəyəm. Bu da CavanĢir familiyası! Cənab qubernator da bəylərin qəlbini sındırmamaq 
üçün Pivovarovun xidmətdə qalmasını lazım bilir. 
 


67 
 
od  içində  tapır.  Ġki  min  miqdarında  talan  edilmiĢ  qoyundan  ancaq  500  baĢ  tapıb 
sahiblərinə qaytarır. 
Bu müharibədə müsəlmandan can tələfatı 8 nəfər, ermənidən isə 40 nəfərə 
qədər olmuĢdur. Uyezd naçalnikinə Ģikayət etdikləri kimi, qarət olunan müsəlman 
malları erməni kəndlərində necə ki var üzə çıxıb, qarətçiləri də adı ilə məlum olsa 
da, polis belə iĢlərə əsla cavab verməyib narahatlıq da keçirmədi. 
Belə  vəhĢi  hərəkətlərə  polisin  fikir  verməməsi  həqiqətdə  canilərə  Ģərik 
çıxması  kimi  nəzərə  gəlirdi.  Həqiqət  gözü  ilə  bu  iĢlərə  diqqət  edilsə,  yenə  haqq 
polisin tərəfindədir. 
Zira, erməni terrorları polisə, bir dəqiqə də olsa, düz və ədalətlə iĢ görməyə 
macal  verməzdi.  Digər  tərəfdən  qarınqulu,  nəfsini  güdən  polis  məmurları 
ermənilərin  puluna  aldanıb  məzlum  müsəlmanların  fəryadlarına  baxmaq  və 
eĢitmək  belə  istəməzdilər.  Məzlum  müsəlmanlara  gəldikdə  nə  terrorları,  nə  də 
ermənilərə  qarĢı  hərb  tədarükləri,  nə  də  tamahkar  polis  məmurlarını  doyuracaq 
qədərində pulları, nə də ermənilərin idarə rəisləri kimi rəisləri və bəyləri var idi. 
Müsəlmanların  isə  terror  tədbiri  əvəzinə  bir  firqə  məzlumu,  hərb  silahı 
yerinə  qədim  piltə  ilə  açılan  tüfəngləri,  pul  yerinə  hökumət  məmurlarının 
laqeydliyindən  peyda  olan  ciyər  qanı,  qeyrətli  rəislər  yerinə  iblis  xislətli  arsız 
bəyləri vardı. Bundan ötrüdür ki, müsəlman hər yerdə əzilməkdə, ailəsinin əlindən 
tutub  o  kəndə,  bu  kəndə  qaçmaqda  idi.  Hər  gündə  bir  faciəni  eĢidib  qəmli-qəmli 
"ah!" deyib dizlərini qucaqlayan müsəlmanları Kolanlı müsəlmanlarının dağılması 
artıq dərəcədə pəriĢan və heyrətdə qoymuĢdu. 
Bunları nəzərə alan müsəlmanlar ümumi bir Ģura edib bu iĢləri müzakirəyə 
qoymaq üçün bir çox təĢəbbüslərdə olsalar da, bəylərin həyasızlığından bir nəticə 
alınmadı. 
CavanĢir müsəlmanlarının Ģurada deyiləcək ehtiyacları, yaxud nəticəsiz 
təsəbbüsləri.  CavanĢir  müsəlmanları  ermənilərin  hər  yerdə  təcavüzlərini  görüb 
özlərinin  nəhayət  dərəcədə  silahsız  olduqlarından  aĢağıda  yazılmıĢ  bəndləri  icra 
etmək  üçün  ümumi  bir  Ģura  keçirirlər.  ġurada  danıĢılan  bəndlər  bunlardan 
ibarətdir: 
1.
 
 Müsəlmanlar  özləri  üçün  bir  qədər  sürətli  atan  tüfəng  və  sair  silahlar 
alsınlar. 
2.
 
Müsəlmanlar  artıq  müdafiə  vəziyyətində  qalmayıb,  hücuma  keçsinlər 
və erməniləri qovmağa baĢlasınlar. 
3.
 
 Müsəlmanlar  harda  müharibə  olsa  malla,  canla  ora  gedib  vuruĢmağa 
borclu olsunlar. 
Bəylərin  müsəlman  Ģurasını  dağıtması,  yaxud  1905-ci  il  31    noyabrda 
baĢ verən Çıraqlı və Hacıqərvənd xəbərləri. 
CavanĢir bəyləri  müsəlmanların Ģurasından  xəbərdar olub, bir çoxunu hədə 
ilə  dağıdıb,  onları  birləĢməyə  və  ermənilərə  qarĢı  təcavüzə  baĢlamağa  imkan 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə