1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə33/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

68 
 
verməyib yenə əvvəlki hallarda qalmağa vadar edirlər. Bu vaxt 31 noyabr yetiĢib 
Hacıqərvənd və Çıraqlı faciələri baĢ verdi. 
Necə  ki,  yuxarıda  deyilib  yazılmıĢdı,  bu  kənd  ki,  Çıraqlı  və  Hacıqərvənd 
kəndlərindən ibarətdir, bütün silahlı adamları Əsgər xanın əmisi ailəsini yaylaqdan 
qaytarmaq  üçün  getmiĢdilər.  Ermənilər  bundan  istifadə  edərək  bir  neçə 
daĢnaksutyun  və  könüllü  əsgərlərdən  ibarət  bir  ordu  ilə  noyabrın  31-də  sübh 
zamanı  o  kəndləri  mühasirəyə  alıb  atəĢə  tuturlar.  Silahsız  camaat  kəndləri 
müdafiəyə  qadir  olmadıqlarından  bir  çox  atıĢmadan  sonra  övrət-uĢaqları  götürüb 
Pürxud  kəndinə  çəkilirlər.  Bu  kəndlərdə  tələf  olan  islamların  sayı  10  nəfər, 
ermənilərdən qətl  edilən 100 nəfərə  qədərdir. Çıraqlı və Hacıqərvənd kəndlərinin 
qətl-qarət  xəbəri əvvəlinci  və ikinci  sahəyə  yetiĢən kimi iki yüz  atlıdan ibarət  bir 
müsəlman dəstəsi imdada gəldikləri vaxt yolda tökülüb Çaylı adlı erməni kəndini, 
o cümlədən yüz böyük imarət dağıtsalar da, islamların qarət olunmuĢ mallarını geri 
almağa müvəffəq olmadılar. Zira, o zaman erməni dəstələri sovuĢub getmiĢdilər. 
Qeyd: Hörmətli müxbirimiz Yusifbəyov cənablarına! 
Hörmətli  cənab!  Siz  göndərdiyiniz  CavanĢir  faciələrinə  bir  neçə  yerdən 
əlimizə  keçən  məlumatlardan  əlavə  etdiyim  kimi,  burada  da  bir  neçə  əlavə  söz 
deməkdə özümü ixtiyarlı və üzrlü hesab edirəm. 
Əzizim!  Siz  öz  CavanĢir  bəylərinizi  bu  qədər  tərif  etməkdə  yəqin  ki, 
camaatı  onların  ləyaqətli  rəftarından  xəbərdar  etmək  istəyirsiniz?  Əfəndim! 
Qafqazın  hər  nöqtəsində  ki,  erməni-müsəlman  faciəsi  zühur  etmiĢ  o  yerlərin 
rəisləri  son  dərəcə  soyuq  hərəkət  edib  millətin  barəsində  nəhayət  dərəcədə 
xəyanətlər də etmiĢlər. Çox olub, böyüklərdən qeyrət sahibləri çıxmıĢdır. Bununla 
bərabər,  qeyrəti  olmayanların  qələbəsi  olmuĢdur.  Sizin  də  yazılarınızdan  məlum 
olur ki, CavanĢir bəyləri biqeyrətlik mərtəbəsinin axırına qədər əl aparmıĢlar. 
Onları  tərif  etməkdə  çox  da  təlaĢ  eyləmə!  CavanĢir  bəylərindən  bir  neçəsi 
də Zəngəzurda otururlar. O cənablar da millətin halını çox pəriĢan etdilər. Bir neçə 
dəfə "ĠrĢad'" vasitəsilə onlara intibahnamə yazdımsa da, özlərinə layiq də cavablar 
aldım.  Mənim  zənnimcə,    yer  üzündə  mərhum  Əhməd  bəy  CavanĢirdən  baĢqa 
Gəncə  quberniyasında  CavanĢir  familiyasını  daĢıyan  bir  zati-qeyrət  qalmamıĢdır. 
Ġncimə, əziz qardaĢım! 
Hacıqərvənd və Çıraqlı kəndlərinin axır  halları. Bu kəndlər dağıldıqdan 
sonra  cənab  naçalnik  Pivovarova  xəbər  göndərirlər.  Cənab  Pivovarov  müavinini 
göndərir  ki,  "beĢ  kazak  ilə  get,  hərgah  müsəlmanların  Ģikayəti  doğrusa,  həll  et". 
Pivovarovun islam qatili olan müavini Smorodski "beĢ kazakla getmək olmaz, zira 
iĢ  təhlükəlidir"  -  deyib  yarı  yoldan  geri  qayıdır.  Budur  polisin  islamlara  etdiyi 
kömək. Budur onun müsəlmanlarla rəftarı? Baxın, bilin, ey müsəlmanlar!! 
Müxtəsər,  Çıraqlı  və  Hacıqərvənd  yanıb  qurtarır.  Camaat  Pürxud  kəndinə 
toplanıb  oranın  da  ermənilər  tərəfindən  əhatə  olunduğunu  düĢünüb,  kəndi  dübarə 
boĢaldıb,  ikinci  sahədə  olan  müsəlmanların  yanına  daĢınırlar.  Ermənilər  həmən 
kəndi  də  qarət  edib  sonra  yandırırlar.  Bunlardan  məlum  olur  ki,  oktyabr  ayının 


69 
 
üçündən  baĢlayıb  dekabr  ayına  qədər  Dəmirli,  Çıraqlı,  Hacıqərvənd  və  Pürxud 
kəndləri yanıb qurtardı. Bu vaxt Tərtər dərəsində Ümidli kəndindən baĢqa bir islam 
kəndi  qalmadı.  Bu  kənd  də  uyezdin  müsəlman  sakini  olan  hissəsinin  qırx 
verstliyində olub hər tərəfdən erməni kəndləri ilə əhatə edilmiĢdir. 
Məlum olsun ki, Ümidli kəndinin faciəsi bütün kəndlərin faciəsindən ağrılı 
və  yandırıcıdır.  Ümidli  kəndi  camaatına  ermənilərdən  olunan  əziyyətlər  indiyə 
qədər bir xalqa, bir millətə edilməmiĢdir. Heç bir tarixdə insandan insana bir belə 
zülm-sitəmin  rəva  göründüyü  yazılmamıĢdır,  zənnindəyəm.  Ümidlilər  məzlum 
oldular. Ümidlilər kimi dağılan, malı, canı tələf olan Qafqazda görünməmiĢdir. 
Ümidli  kəndinin  kədərli  halı.  Ümidli  camaatı  yuxarıda  adı  çəkilən 
kəndlərin  ermənilər  tərəfindən  dağıdıldığını  görüb,  onlar  da  köçüb  getmək 
həvəsinə  düĢdülər.  Bu  xəyal  ilə  Ġsmayıl  adlı  kəndxudalarını  Tərtərə  -  uyezd 
naçalnikinin yanına göndərib onların mühafizəsi altında köçüb getməsi üçün kazak 
istəsələr  də,  cənab  Pivovarov  min  cür  üzr  gətirib  mühafizə  qoĢunu  vermədi. 
Kəndxuda: 
-  "Bundan  sonra  müsəlmanların  Ümidlidə  oturacağı  müĢküldür"  desə  də, 
cənab  naçalnik  cavab  vermir.  Kəndxuda  məyus  halda  Ümidli  kəndinə  qayıdır. 
Ümidli  camaatı  öz  aralarında  götür-qoy  edib  bəxtə  bəxt,  hər  nə  olursa  köçüb 
getməyə qərar verirlər. 
Ümidli  camaatının  köçüb  getmələri  və  qətl  olmaları.  Ümidli  camaatı 
mühafizə  qoĢunundan  naümid  olandan  sonra  1905-ci  il  dekabr  ayının  26-da 
qiymətli əĢyalarını arabaya yığıb qaramal və sürülərini götürüb, ailələrinin əlindən 
yapıĢıb yola çıxırlar. Heyvalı adlanan erməni kəndinin yanından keçdikdə Abram 
bəy
*
  Həsən  Cəlalov  bunlara  rast  gəlib  gecə  vaxtı  onların  yol  getməsini  eyib  edib, 
gecəni Heyvalıda qalıb sübhdə getmələrini təvəqqe etdi. Bədbəxt, sadədil Ġsmayıl 
kəndxuda  erməninin  Ģeytan  dilinə  inanıb  Heyvalıda  qalmağı  camaata  məsləhət 
görür və çönüb Heyvalı kəndinin yanında düĢür, arabaları və yükləri də düĢürürlər. 
Gecə soyuq olduğundan bir az atəĢ yaxıb qızındıqları vaxt pusquda olan bir dəstə 
daĢnaksutyun vəhĢilərinin Ģeypur sədası eĢidilir. 
Bu  Ģeypur  sədası  eĢidilsə  də,  Ġsmayıl  kəndxudanın  ağlına  bir  Ģey  gəlmir. 
Zira,  öz  etdiyi  yaxĢılıqlarına  xatircəm  idi.  Bu  halda  daĢnaksutyunlar  Ümidli 
camaatının dörd tərəfini mühasirə edib atəĢə tutarlar. 
Bu  halı  görən  əliboĢ  camaat  bir-birinə  qarıĢıb  nə  edəcəklərini  bilmirlər. 
Əvvəlcə  kiĢiləri  övrətlərindən  kənar  edib  qoyun  kimi  baĢlarını  kəsir,  sonra 
övrətlərin bir hissəsini saxlayıb, bir hissəsini də öldürürlər. 
Bu  qarıĢıqlıqda  həmən  insan  sallaxanasından  ancaq  30  nəfər  canını 
qurtarmıĢdır  ki,  bu  sözləri  nəql  eyləyirlər.  Ermənilər  hamilə  övrətlərin  xəncər  ilə 
                                                           
*
 Abram Həsən Cəlalov Vanik adlı erməni kəndinin kəndxudası imiĢ ki, ġuĢa müharibəsində ermənilərə 
azuqə yetiĢmədikdə Ġsmayıl kəndxuda onlara nə qədər buğda, Ģəkər, neft və sair ləvazimat verib imiĢ ki, 
o yaxĢılığa xatircəm olub qırx evdən ibarət Ümidli camaatını qan dəryasında boğdurmuĢdur. YaxĢılıq 
edənlərin aqibətini hər yerdə belə gördüm. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə