1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə29/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

60 
 
Tez vaxtda özünü göstərdi. Böyük Ģəhid Ġrəvanda Ģöhrətli, diplomlu böyük-böyük 
vəkillərin  qarĢısında  öhdəsinə  götürdüyü  böyük  və  çətin  iĢləri  həmiĢə 
müvəffəqiyyətlə  həll  edirdi.  Fəzl  və  bacarığına  əlavə  edilən  alicənablığı, 
millətpərvərliyi,  rəhmdilliyi  mərhumun adını  hər  kəsin ürəyində  həkk etdirdi.  Bir 
çox vəkillər kimi pula, dövlətə əsla tamah etməyib, özü mənən və cismən nəcib və 
nəcibzadə  olduğunu  büruzə  verirdi...  Könlü  tox,  niyyəti  ali,  ümidi  böyük,  fikri 
geniĢ idi. Nitqinin gücündə, ağıl və kamalda nə mərtəbə nümunəyə layiq idisə də, 
qeyrət  və  düĢüncələrində,  səy  və  ciddi-cəhddə,  millət  və  qeyrətlilikdə  o  dərəcə 
təqdirəlayiq idi. Hər gün evinə bir çox fəqir, yoxsul müsəlmanlar gəlib ərz-hallarını 
pulsuz  yazdırardılar.  Dərdlərinə  pulsuz  dərman  alardılar.  Bu  qədər  məĢğuliyyəti 
olsa da, camaatın elə bir iĢi olmazdı ki,  mərhum  həmən  iĢin  mərkəzində olmasın. 
Elə bir gün olmazdı ki, milləti üçün bir xeyirli iĢin tədbiri ilə məĢğul olmasın. Bu 
səbəb ilədir ki, ali məqamlı Ģəhid belə ciddi, əhəmiyyətli bir xidmətlə məĢğul ola-
ola  millət  övladlarının  tərbiyə  və  təhsilini  əsla  yaddan  çıxarmazdı.  Millətin 
salamatlığını  və  tərəqqisini  düĢünüb,  birinci  qapı,  ən  birinci  vasitə,  zəmanənin 
tələbinə  görə  açılacaq  məktəb  olduğunu  bilirdi.  Axırda  vəkillik  iĢinin  ağırlığına 
baxmayaraq,  Qafqazda  birinci  dəfə  müsəlman  "Leyli"  məktəbi  "pansion"  açdı. 
Zabitliyi,  vəkilliyi  ilə  bərabər  pedaqoq  silkinə  də  girdi.  Ömürlərini  müəllimlikdə 
çürüdüb  Qafqazın  bu  qədər  böyük  Ģəhərlərində  bir  müsəlman  pansionu  aça 
bilməyən  müəllimlərə  ən  ibrətbəxĢ  bir  nümunə,  bir  müəllim  oldu.  Pansionunu  az 
vaxtda  tərəqqi dərəcəsinin ən üst  mərtəbəsinə  çıxardı.  Günlərinin bütün saatlarını 
gah  vəkillikdə,  gah  məktəb  müfəttiĢliyində  keçirərdi.  Axırda  həmin  ilin  keçmiĢ 
mart ayında Ġrəvan müsəlmanlarına vəkalətən Peterburqa getməyi lazım bildi. 
Bu əhəmiyyətli  və  bu böyük  iĢ qeyrətli  və  bilikli bir ağıl  sahibinə  möhtac 
olduğundan  o  mərhuma  həvalə  olunması  üçün  qərar  verildi.  Bu  xüsusda  elə  bir 
Ģəxs gərək idi ki, bu nazik və məsuliyyətli iĢi öhdəsinə götürüb vəzifəsini layiqi ilə 
ifa  edə  idi.  Ġrəvanlılara  bu  barədə  əsla  zəhmət  olmadı.  Zira  gözlərinin  qabağında 
dağ kimi  səbatlı, aslan kimi cəsur, Xızr kimi sirlər açan,  həqiqət  kimi zəhmətkeĢ 
Məhəmmədqulu  bəy  var  idi.  Zavallı  cavan!...  Mərhum  ümum  camaatın  ittifaq  və 
seçkisi ilə bir neçə yoldaĢla Peterburqa getdi. 
Millətin hər növ ehtiyacını Ģəxsən kəramətli caniĢin qraf Voronsov cənabına 
söyləyib,  daxiliyyə  nazirinə  ərz-hal  etdi.  Biçarə  millətin  hüququnu  hökumət 
idarələrində  mühafizəyə  ixtiyar  sahibi  olduğu  üçün  dili  və  qələmi  ilə  çalıĢdı. 
Məqsədi,  hər  halda,  müsəlmanların  hüququnu  baĢqa  qonĢuları  və  ermənilərlə 
bərabər  səviyyədə  etmək  idi.  Mərhumun  ali  xahiĢi  məhz  Qafqaziyada  təkcə 
rəhbərlik  və  böyüklük  edən  ermənilərə  xoĢ  gəlmədi.  Ölüm  kağızları  yazdılar. 
Öldürmək, Ģəhid etmək xəyalına düĢdülər. Mərhumu Peterburqdan gələndən sonra 
gözləyirdilər  ki,  hər  tövr  olsa  öldürsünlər.  Mərhum  iĢin  bu  cəhətini  də  baĢa 
düĢmüĢdü. Lakin bir neçə araqarıĢdıran erməninin divar dalına girib alçaqlar kimi 
onu  öldürəcəklərindən  qorxmazdı.  Bu  iĢləri  bilə-bilə  yenə  vəkilliyinə,  məktəbinə 
davam etmək istərdi. Lakin bir kimsədən kömək görmədi. Axırda çarəsiz məktəbi 


61 
 
dağıdıb,  vəkilliyi  də  boĢlayıb  Parisə  getməyə,  oradan  millətinə  baĢqa  cür  xidmət 
etməyə məcbur oldu. 
O millət aĢiqi, o qeyrət sahibi istərdi ki, bacısı oğlu Heydəri və baĢqalarını 
Parisə  aparmaqla  qafqazlılara  bir  təlim-tərbiyə  qapısı  da  açsın.  Ġstərdi  ki, 
Qafqazdan tələbə getməyə vasitə olub, bir dairə içində sığınıb qalan müsəlmanlara 
o elm və hünər mənbəyi olan Fransa dövlətinin paytaxtı Paris Ģəhərini tanıtdırsın. 
Elə  bu  fikirlərlə  də  avqustun  25-də  Ġrəvanı  tərk  edib  Tiflisə  getdi.  Orada  lazımi 
iĢlərini görüb bacısı oğlu Heydər ağa ilə Batuma yollandı ki, gəmi ilə Parisə getsin. 
Batumda  gəmi  biletini  alıb  bir  saat  sonra  yola  düĢməsinə  intizar  oldu.  Bu  arada 
dostlarına  açıq  məktub  yazmaq  istədi.  Bir  dükandan  bir  qədər  açıq  məktub  alıb, 
bəzi dostlarına aĢağıdakı məzmunda kağızlar yazdı: "Batumdayıq. Bilet aldıq. Bir 
saat  sonra  firəng  gəmisinə  minib  Parisə  yollanırıq.  Vətənim,  millətim  heç  vaxt 
yadımdan çıxmayacaqdır. Xidmət məkan və yer ilən deyil, insanın özüylədir..." Bu 
axırıncı  məktubunu  poçt  qutusuna  buraxıb,  oradan  yemək  yeməyə  gedəcəkdi  ki, 
erməni komitəsi tərəfindən göndərilmiĢ üç nəfər alçaq erməni gizləndikləri divarın 
dalından çıxıb qəflətən o millət fədakarını xəncərlə parça-parça doğrayıb qaçdılar. 
Yüz  illərcə  Ġrəvan  quberniyasının  təkcə  yetirdiyi,  qafqazlıların  fəxr  edəcəyi  bu 
qeyrət  mücəssəməsi,  bu  millət  gözünün  iĢığı  hələ  41  yaĢında  ikən  bir  neçə  xain 
alçağın xəncərləri ilə doğrandı. 
Cənnətlik  Ģəhidin  mübarək  doğranmıĢ  bədəni  iki  gün  Batumda  qaldıqdan 
sonra  sentyabrın  birində  Batum  müsəlmanlarının,  Ġran  konsulunun  və  baĢqa 
bəyzadələrin  iĢtirakı  və  bacısı  oğlu  Heydərin
*
  müĢayiəti  ilə  Tiflisə  göndərildi. 
Tiflis  camaatı  mərhumun  cənazəsini  çox  böyük  ehtiramla  təntənəli  surətdə 
vağzalda  qarĢıladılar.  Oradan  böyük  dəstə  ilə  məscidə  aparıb  sentyabrın  2-də 
doğma  bacısının  yanında  torpağa  və  əbədi  mənzilinə  təslim  etdilər.  Mərhum 
Məhəmmədqulu  bəyin  xalis  və  doğru  müsəlman  olduğu  son  nəfəsində  xəncərlər 
altında  dediyi  bu  sözlərlə  qoy  hamıya  məlum  olsun.  BaĢından  bir  neçə  yara 
aldıqdan  sonra  yıxılır,  sonra  qalxıb  divara  söykənib  "Allahuməsəlli  əla 
Məhəmmədən  və  ali  Məhəmməd.  ƏĢhədü  ən  la  ilahə  illləllah.  ƏĢhədü  ənnə 
Məhəmmədən rəsulüllah. Xudavəndə, Ģahid ol, əziz millətimə bir an da xidmətdən 
geri  durmadım",  dedikdə  qatillər  ürəyinin  baĢından  bir  xəncər  vurub  qan  içində 
yerə sərdilər. Allah onun bacısı oğluna, qardaĢına, bütün baĢqa müsəlmanlara qəlb 
mətanəti, mərhəmət əta buyursun! 
                                                           
*
 Mərhum Məhəmmədqulu bəyin özü ilə Parisə apardığı bacısı oğlu Heydər ağa ilə Ģəhərimizdə Ģəxsən 
görüĢüb kiçikliyində bir sağlam düĢüncə sahibi olduğunu layiqincə düĢündüm. Ən ağıllı, ən həlim bir 
cavan olduğundan onu dayısının xatirəsi münasibətilə oxuculara təqdim edirəm. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə