1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə34/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

70 
 
qarnını  paralayanda  məsum  çocuqların  qanlı  baĢları  eĢiyə  çıxırmıĢ.  Müsəlman   
xanım övrətləri, qızları erməni vəhĢilərinin əlində qalıb o tərəf bu tərəfə
 
qaçmaqda 
idilər. Qaçanların dediyinə görə, bir neçə övrəti diri saxlamıĢlar. 
Qeyd:  Hörmətli  müxbirimizin  göndərdiyi  CavanĢir  əhvalatının  arasında 
ürək  sıxan  Ümidli  faciəsini  layiqincə  oxuyub  istifadə  edə  bilmədim.  Zira,  bəzi 
sətirləri,  guya  su  tökülüb,  bütünlüklə  qaralanmıĢdı.  Ona  görə  Ümidli  əhvalatı 
müxtəsərcə yazılır. 
Mənim  zənnimcə,  bu  səhifələrə  su  tökülməyibdir.  Ancaq  hörmətli  müxbir 
Ümidlidə  alçaldılan  xanım-bacıların ağrılı  faciəli  hallarına  davam gətirə bilməyib 
bu  müsibət  vərəqlərini  ağlaya-ağlaya  yazdığından  böyləcə  qaralmıĢdır.  Mən  isə  o 
səhifələrin  üstündən  ağlaya-ağlaya  keçib  hörmətli  oxucuların  da  ağlamasına  razı 
olmadım. 
Mülahizə. BəĢər tarixinə nəzər salsaq görərik ki, indiyə qədər heç bir xalq 
qadın  tayfasına  bu  qədər  cəfa  etməmiĢdir  ki,  ermənilər  Ümidli  camaatına  etdilər. 
Bir ananın qabağında üç-dörd balasını qurban edib, balalar əl-ayaq çaldıqda ananı 
gözləri yaĢ ilə dolu bir halda bihörmət etmək insafmıdır?!. 
Budurmu  erməni  mədəniyyəti!!  Bu  xəbis  rəftarla  istiqlaliyyət  həvəsində 
olan  bir  millətin  axırı  nə  olacaqdır,  xəyalındayam.  150-yə  qədər  övrət  və  kiĢini 
doğrayıb  bir-biri  üstə  qalayıb  atəĢ  ilə  yaxmaq  mədəniyyətli  bir  millətə 
yaraĢandırmı? 
Necə  ki,  mən,  əvvəlcə,  bizim  tarixin  bitərəf  olduğunu  yazmıĢdım,  yenə 
yazmaqdayam. Bununla belə ermənilərin bu tövr həddən artıq olan cəfalarına qarĢı 
qələm və hissiyyatda bitərəflik niĢanəsi görülmür. 
Bircə  CavanĢirdə  olan  məzlumiyyət  layiqincə  yazılsa  idi,  islamların 
məzlumiyyətini isbat üçün kifayət edərdi, zənnindəyəm. Ancaq biz həmiĢə sülhün 
arzukeĢi  olduğumuzdan  bir  para  əhvalatları  yazmayıb  örtülü  qoyduq.  Ancaq 
burasını  yazmaq  istəyirik  ki,  hər  yerdə  olduğu  kimi  CavanĢir  bəyləri  və  polis 
qulluqçuları  ermənilərin  hər  nöqtədə  planlarının  həyata  keçirilməsində  onlara 
böyük kömək göstərmiĢlər. 
Bunu  -  xalqın  qəlbinə  müsibət  dağı  kimi  çəkən  belə  bir  vəziyyəti  bizim 
tariximiz  heç  vaxt  gizlətməyəcəkdir.  Yazıb,  tarix  edib,  millətin  gələcəyi  üçün  bir 
vətən  və  millət,  həm  də  bir  məzlumiyyət  yadigaranəsi  kimi  qoyacaqdır.  Əvət, 
qoyacaqdır. 
Həqiqətən,  o  zamanlar  ki,  ermənilər  Həsənqaya,  Yarımca  və  Sistola 
kəndlərinin  ermənisini  köçürüb  üçüncü  sahəyə  apardılar,  o  vaxt  bəylər  də  qeyrət 
edib Ümidli müsəlmanlarını köçürüb islam çox olan yerdə sakin etdirsəydilər, əsla 
bu  faciələr  baĢ  verməzdi.  O  vaxtlar  bir  nəfər  qeyrətli,  bir  nəfər  islam  qanı  olan 
bəylərdən  demədilər  ki,  cənab  Pivovarov,  Ümidli  camaatını  mühafizə  altında  bir 
yerə  köçürün  ki,  tələf  olmasınlar.  Belə  bir  adam  tapılmadı.  At  belində  gəzən,  əl 
quĢu  pərvaz  etdirən  bəylərdə  qeyrət  qanı  olsa  idi,  Ümidli  kəndinin  altı  aylıq 
gəlinləri, 12 yaĢında qızları Hayıstan vəhĢilərinin əlində qalmazdı. Ya Peyğəmbər, 


71 
 
baĢ  qaldır  məzarından!!!...  BaĢ  götürünüz,  ricət  ediniz,  baxınız,  sizin  nəcib 
ümmətinizin  adı  ilə  nə  qədər  binamuslar  törənmiĢdir  ki,  əsla  islamiyyətdən 
xəbərləri yox imiĢ. 
Nəticə.  Ümidli  kəndi  ilə  bərabər  o  vaxt  dağılan  kəndlər  bunlardırlar: 
Ümidli,  Ġmarət  Qərvənd  kəndləri.  YetiĢən  məlumatlara  görə  Ümidli  kəndində 
ölənlərdən  baĢqa,  bu  kənddə  can  tələfatı  yoxdur.  Mal  zərəri  isə  həddən  artıqdır. 
Bunlardan sonra ermənilər Tərtər dərəsindəki bütün islam köylərini dağıdıb, sonra 
Xaçın dərəsinə keçirlər. 
Yanvar xəbərləri. 1906-cı ilin baĢlanğıcı. Yanvar ayında erməni dəstələri 
hər  tərəfdən  yığılıb  Xaçın  dərəsindəki  ġıxavənd  kəndinə  tökülürlər.  Bir  çox 
atıĢmadan  sonra  camaatı  kənddən  çıxarıb,  qətl-qarətdən  sonra  məscid  və  minbəri 
odlayıb  bu  iki  dərədə  milli  amallarına  bir  xatimə  çəkirlər.  Bununla  yenə  rahat 
olmayıb öz  vəhĢi hərəkətlərində  davam edirlər. Bu dəfə  ermənilər  müsəlmanların 
Dağbasar  kəndlərini  dağıtmaq  fikrilə  Papravənd  kəndinə  hücum  etmək  üçün  qəti 
qərara  gəlirlər.  Üçüncü  sahədə  ermənilərin  planı  Dağbasar  kəndlərini  dağıdıb 
yavaĢ-yavaĢ  aĢağı  kəndlərə  yürüĢ  etmək  idi.  Papravənd  kəndi  zəngin  və  sərvətli 
olduğu  kimi,  bir  çox  müharibə  edici  cavanları  da  var  idi.  Bu  kənd  erməni 
sərhədində yerləĢən yaraĢıqlı bir kənddir. 
Papravənd müharibəsi.  Papravənd kəndi müharibə üçün yararlı cavanlara 
malik  olduğundan  ermənilər  bu  kəndi  baĢqa  CavanĢir  kəndlərinə  bərabər 
tutmayaraq  çoxlu  əsgər  tədarükündə  idilər.    Ona    görə    çoxlu    əsgərin    yığılıb  
toplanmasından    sonra  onları  məĢhur  erməni  komandanı  Hamazaspın  rəhbərliyi 
altına verib, 1906-cı il yanvarın birinci günü Papravənd kəndinə hücuma baĢladılar. 
Bir  gün  axĢama  qədər  Ģiddətli  müharibə  olur.  Mühasirədə  olan  islamlarla 
daĢnaksutyun  və  erməni  könüllüləri  arasında  bir  günlük  Ģiddətli  müharibədə 
ermənilər  məğlub  olaraq  pəriĢan  halda  axĢam  Ağdərə  adlanan  erməni  kəndinə 
çəkilirlər.  Bu    əhvalat  ətraf  müsəlmanlarına  yetiĢən  kimi,  hər  tərəfdən  imdada  
gəlməyə  baĢlamıĢdılar.  Müsəlmanlar  əvvəlcə  kəndin mühafizə qoĢununu artırıb 
hər  tərəfə  kəĢfiyyat  qolları  çıxarırlar.  Sabah  yanvarın  ikisində  ermənilər  də 
qüvvələrini  bərpa  edib  hücuma  baĢladılar.  Həmən  gün  atıĢma  çox  Ģiddətli  oldu. 
Erməni  tərəfindən  ara-sıra  top  da  atılırdı.  Erməni  əsirinin  dediyinə  görə,  həmən 
gün  müsəlmanların  üstünə  ermənilər  15000  (on  beĢ  min)  patron  atmıĢlar. 
Ermənilər  həmin  günkü  müharibədə  hərb  elminin  hər  nöqtəsinə  əl  atsalar  da, 
müsəlmanların  müharibə  meydanında    mahir olduqlarından   yenə    müvəffəqiyyət 
qazana bilməyib axĢam bir çox tələfat ilə geri çəkilməyə məcbur olurlar. Bu halda 
müsəlman  cavanları  mühasirə  xəttini  yarıb  qaçmağa  üz  qoyan  erməni  firqələrini 
təqib  etməyə  baĢlayırlar.  Erməniləri  can  qorxusu  pəriĢan  etdiyindən  bütün  hərbi  
ləvazimatlarını  töküb  qaçmaqda  idilər.  Erməni  əsgərlərinin  son  dərəcə  pəriĢan 
olmaları bundan  bilinir ki,  əsgərlər  yüngül   olsun  deyə  çiyinlərindəki arxalıqları 
da  yerə  atıb  qaçırdılar.  Tökülən  əĢyaların  içində  hərb  meydanının  xəritəsi  və 
Hamazaspa yazılmıĢ məktublar, müharibəyə dair jurnallar da var idi. Bundan baĢqa 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə