29
istifadənin idarə edilməsində hakimiyyətin bütün şaxələri iştirak edir: prezident,
nümayəndəlik (qanunvericilik), icra və məhkəmə orqanları. Onlardan hər biri öz
funksiyalarını icra edir və ekoloji sahənin nizama salınması üçün xüsusi
səlahiyyətləndirilmiş bölmələri vardır.
30. Ə
traf mühitin mühafizə
si fə
aliyyə
tinin proqnozu və
planlaş
dırılması
Təbiətdən istifadənin təsərrüfat mexanizmində vacib yer təbiətin mühafizə
edilməsi üzrə fəaliyyətin proqnozlaşdırılması və planlaşdırılmasına və təbii
ehtiyatlardan səmərəli istifadəyə və ya ekoloji-iqtisadi proqnozlaşdırma və
planlaşdırmaya ayrılır. Təbiətdən istifadənin plan-proqnozunun hazırlanmasının
ə
həmiyyətli xüsusiyyətlərindən biri planlaşdırma obyektinin həm sosial-iqtisadi,
həm də təbii proseslər və hadisələrlə bağlı olmasıdır.
Ümumilikdə ekoloji-iqtisadi proqnozlaşdırma dövlət tərəfindən ətraf
mühitin mühafizəsi sahəsində aparılan siyasətin nəzərə alınması ilə qurulur. Bu
siyasətin əsas istiqamətləri aşağıdakılardır:
•
təbii resurslara bütün növlərinə dövlətin mülkiyyət prioriteti;
•
ölkənin bütün ərazisində mühafizə edilən təbii resursların sisteminin
yaradılması ilə birgə ətraf mühitin, canlı və cansız təbiət obyektlərinin mühafizəsi;
•
ətraf mühitin vəziyyətinə, mühafizəsinə və təbii resursların istifadəsinə
dövlət nəzarəti;
•
layihələndirilən, tikilən və istismar edilən təsərrüfat obyektlərinin dövlət
ekoloji ekspertizası;
•
təbiətdən istifadənin ödənişli olması, təbiətin mühafizə edilməsi üzrə
fəaliyyətə güzəştli kreditlərin verilməsi və ona verginin qoyulması, təbii resursların
qənaətinin, enerji saxlanılmasının, istehsalat və istifadə tullantıların emalı və
istifadə edilməsinin stimullaşdırılması daxil olmaqla ətraf mühitin mühafizəsinin
təmin edilməsinin iqtisadi mexanizmi;
•
təbiətin mühafizəsinə dair qanunvericiliyin pozulmasına görə məsuliyyət
tədbirlərin sisteminin təkmilləşdirilməsi.
Proqnoz və proqramların hazırlanması zamanı digər metodlarla birgə
proqram-mə
qsə
d metodundan istifadə edilir (normativ, balans və s.). Proqnoz,
hesablamalar ekspert qiymətləndirməsi, modelləşdirmə və s. metodlarından istifadə
etməklə yerinə yetirilir. Ətraf mühitin mühafizəsi üzrə milli proqramların və
planların hazırlanması demək olar ki, bütün MDB ölkələrində aparılır. şə yeni
investisiya layihələri buraxılır. Bu prosesə TAC S “Yeni Müstəqil Dövlətlərdə
ə
traf mühitin mühafizəsi sahəsində ümumi siyasətin hazırlanması” layihəsinin
yerinə yetirilməsi, digər beynəlxalq təşkilatlar tərəfindən maliyyə və texniki
yardım bu prosesə səbəb olmuşdur.
.
Ekoloji-iqtisadi proqnozlaşdırma və planlaşdırma sistemində prioritet
dayanıqlı inkişaf ideyasının reallaşmasına məxsusdur. Dayanaqlı inkişaf
iqtisadiyyatın təkamülünü, sosial problemlərin həllini, ətraf mühitin
keyfiyyətinin qorunmasını, beynəlxalq təhlükəsizliyin təmin edilməsini təklif
30
edir. Bu, qlobal strategiyadır, buna görə də onu uğurla həyata keçirmək tək bir
ölkədə deyil, bütün dünyada mümkündür. Lakin hər bir ölkə dayanıqlı inkişaf üçün
öz milli strategiyasını müəyyən etməlidir. Dayanıqlı inkişaf konsepsiyası BMT-nin
(Rio de Janeyro, 1992) rəsmi mövqeyi qismində qəbul edilmişdir. “21-ci əsr üzrə
gündəlikdə” ayrı-ayrı ölkələrin inkişaf strategiyasının hazırlanmasına dair
tövsiyələr,strategiyanın hazırlanma və reallaşdırılma prinsipləri verilmişdir. Rusiya
Federasiyasının dayanıqlı inkişafının dövlət strategiyası hazırlanmışdır.
Daha ətraflı göstəriciləri illik proqnozdadır – buna çirkləndirici maddələrin
icazə verilmiş tullantıların limitləri, təbii resursların istifadə göstəriciləri, ətraf
mühitin mühafizəsinə yönəldilmiş kapital yatırımları həcminin hesablanması,
təbiətin mühafizəsi üzrə tədbirlərin siyahısı və onların yerinə yetirilməsinə çəkilən
xərclər, tapşırıqları regionlara, ayrı-ayrı nazirlərə, idarə və müəssisələrə
çatdırılması aiddir. Dövlət səviyyəsində vaxt müddətləri üzrə və xüsusilə vacib
təbii komplekslərin və ekoloji sistemlərin konkret ekoloji-iqtisadi proqnozlaş-
dırmaları, proqnozlar, proqramlar, planlar, adətən, sahələrarası və regionlararası
olurlar. Dayanıqlı inkişafın məqsəd və tapşırıqları, hər şeydən əvvəl, təbii
resursların istifadəsinin və ətraf mühitin mühafizəsinin milli proqramında
konkretləşdirilir.
Tə
biə
tin mühafizə
sinin planlaş
dırılması və
planlaş
dırılması obyekti ayrı-
ayrı təbii kompleks və ekoloji sistemlərdir. Təbii komplekslərdə əsasən təbiətin
mühafizəsi sxemləri tərtib edilir, onlara təbii mühitin müasir qiymətləndirilməsi,
antropogen təsir şəraitində təbii proseslərin proqnozu, təbii mühitin
stabilləşdirilməsi və yaxşılaşdırılması üçün zəruri olan tədbirlər kompleksi daxil
edilir. Hər şeydən əvvəl, xüsusən mühafizə edilən təbii ərazilərin uzunmüddətli
inkişaf proqnozu və səmərəli yerləşdirilməsi lazımdır.
Təbiətin mühafizə edilməsi üzrə proqnozlaşdırma və planlaşdırma ərazi və
sahə səviyyəsində icra edilir. Dövlət səviyyəsində ərazi proqnozlaşdırılması və
planlaşdırılması əsaslandırılmış ekoloji inkişafı və ərazinin ekoloji həcmini nəzərə
almaqla ölkənin istehsal gücünün yerləşdirilməsini təmin etmək üçündür. Yerlərdə
ə
traf mühitin mühafizənin plan-proqnozları müvafiq icraedici orqanlar tərəfindən
inzibati-ərazi vahidlər arasında ictimai ekoloji təşkilatların iştirakı ilə hazırlanır.
31. Ə
traf mühitdə
n istifadə
fə
aliyyə
tinin hüquqi tə
nzimlə
nmə
si
Təbiətdən istifadənin dövlət tənzimlənməsinin əsası təbii mühitin hüquqi
müdafiə
sini təmin edən ekoloji qanunvericilikdir. Təbiətdən istifadənin və təbiətin
mühafizəsi üzrə fəaliyyətin hüquqi tənzimlənmə sistemi SSR ərazisində sovet
hakimiyyəti qurulduqdan sonra formalaşmağa başlamışdır (1917). Torpaq, yeraltı
sərvətlər, balıq resursları, qoruqlar haqqında dekretlərə müvafiq olaraq təbii
resursların əsas növləri dövlət (ümumxalq) mülkiyyətinə çevrilir. Bu inzibati-
hüquqi aktlar təbiətin mühafizəsi üzrə fəaliyyətin reqlamentasiyasında da nəticə
etibarı ilə əhəmiyyətli rol oynamışlar. Təbii resurslardan səmərəli istifadə
məsələləri iqtisadi artım sürətinin ümumdünya səviyyəsi nöqteyi-nəzərdən təhlil
edilirdi, onların mühafizəsinin gücləndirilməsi isə iqtisadi potensial qurulanadək
bir müddətlik uzadılırdı