120
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Avropa Birliyinin nümayəndə heyətini qəbul etmişdir
7 iyul 2004-cü il
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev iyulun 7-də Prezident sa-
rayında Avropa Birliyinin genişlənmə məsələləri üzrə komissarı Yaneş Potoçnikin
başçılığı ilə bu təşkilatın nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimiyyətlə salamlayan Prezident Ilham Əliyev Brüsseldə Ya-
neş Potoçnik ilə keçirdiyi görüşü və apardığı danışıqları məmnunluqla xatırladı.
Azərbaycanın Avropa Birliyinin yeni qonşuluq siyasətinin bir hissəsi olduğu-
nu vurğulayan dövlətimizin başçısı, bu təşkilatın ölkəmizə və regiona olan ma-
rağını xüsusilə qeyd etdi. O, əmin olduğunu vurğuladı ki, ölkəmizin bu proqram
çərçivəsində əməkdaşlığı daha uğurlu olacaqdır.
Prezident Ilham Əliyev Azərbaycanın Avropa strukturlarına inteqrasiyası-
nın siyasətimizin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu siyasətin
gələcəkdə də davam edəcəyini söylədi.
Azərbaycan Prezidenti Avropa Birliyinə daxil olan ölkələrlə təkcə enerji
sahəsində deyil, digər sahələrdə də işbirliyinin davam etdiriləcəyini bildirdi, enerji
sahəsində əməkdaşlığa dair məsələlərin bu yaxınlarda Bakıda səfərdə olan Yuna-
nıstanın Prezidenti və NATO sammiti zamanı Türkiyənin Prezidenti və Baş naziri
ilə səmərəli şəkildə müzakirə olunduğunu diqqətə çatdırdı. Prezident Ilham Əliyev
qeyd etdi ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir və hazırda sənayenin bir çox
sahələrində böyük uğurlar əldə edilmişdir.
Dövlətimizin başçısı görüşdə iştirak edən Avropa Birliyinin Cənubi Qafqaz üzrə
xüsusi nümayəndəsi Heyki Talvitiyenin də fəaliyyətini yüksək qiymətləndirirdi,
Yaneş Potoçnikə Azərbaycana ilk səfərində uğurlar dilədi.
Cənab Yaneş Potoçnik ölkəmizdə səmərəli görüşlər keçirdiyini bildirərək
dedi ki, Avropa Birliyi Azərbaycanın potensialını yüksək qiymətləndirir. Avro-
pa Birliyinin genişlənməsindən sonra baş verən proseslər barədə Prezident Ilham
Əliyevə məlumat verən qonaq Türkiyənin Avropa ailəsinə yaxınlaşması üçün
məsləhətləşmələr aparıldığını da söylədi. Onun sözlərinə görə, Avropa Birliyinin
genişlənməsi reallıqlarla hesablaşmağı və qonşularla siyasəti yeni əsaslarda qurma-
ğı tələb edir. Hazırladıqları hesabatda Cənubi Qafqaz ölkələri, xüsusilə mühüm coğ-
rafi-siyasi əhəmiyyətə malik olan Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə
geniş yer ayrılmışdır. Bu ilin sentyabr ayında Avropa Birliyi yeni qonşuluq siyasəti
proqramı çərçivəsində əməkdaşlığa dair sənədlər paketini də müzakirə edəcəkdir.
Bu sənədlərdə enerji sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdır. Bun-
dan başqa, terrorizmə qarşı mübarizə, yoxsulluğun azaldılması və Avropa Birliyinin
121
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
öz qonşuları ilə siyasətinin bir sıra ümumi cəhətləri də müzakirə olunacaqdır.
Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın perspektivlərinə
dair ətraflı fikir mübadiləsi aparıldı.
Baş nazirin müavini Abid Şərifov, Azərbaycanın Avropa Birliyi yanında
nümayəndəliyinin başçısı səfir Arif Məmmədov görüşdə iştirak edirdilər.
122
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Avropa Komissiyasının sədri Romano Prodinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
17 sentyabr 2004-cü il
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev Prezi-
dent sarayında Avropa Birliyi Komissiyasının sədri Romano Prodinin başçılıq etdi-
yi nümayəndə heyətini qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı Ilham Əliyev cənab
Romano Prodi ilə Belçikada keçirdiyi görüşü məmnunluqla xatırlatdı və həmin
görüşün çox səmərəli olduğunu nəzərə çarpdırdı. Prezident Ilham Əliyev dedi
ki, Azərbaycan-Avropa Birliyi əlaqələri çox uğurla inkişaf edir, ölkəmiz bu
əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Dövlətimizin
başçısı bildirdi ki, Avropa Birliyi ilə əlaqələr Azərbaycanın xarici siyasətinin əsas
istiqamətlərindən birini təşkil edir və bu sahədə yeni-yeni uğurlar əldə olunur.
Avropa Birliyinin yeni qonşuluq siyasətinin böyük əhəmiyyət daşıdığı-
nı vurğulayan Prezident Ilham Əliyev bu siyasətin Azərbaycan-Avropa Birli-
yi münasibətlərində çox önəmli istiqamətlərdən biri olduğunu nəzərə çatdırdı.
Dövlətimizin başçısı Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsinin təyin
olunmasının əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət göstərdiyini
vurğuladı.
Azərbaycan ilə Avropa Birliyi arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə
əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Prezident Ilham Əliyev bu əlaqələrin
gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu nəzərə çatdırdı. Azərbaycanın
Avropanın bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı ölkəmizin Avropa
strukturlarına inteqrasiyasının xarici siyasətimizin prioritetlərindən biri olduğunu
bildirdi.
Azərbaycan ilə Avropa Birliyi arasında iqtisadi sahədə, xüsusilə energetika
sahəsində çox uğurlu əməkdaşlıq həyata keçirildiyini bildirən Prezident Ilham
Əliyev siyasi sahədə dialoqun yüksək səviyyədə olduğunu vurğuladı.
Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Romano Prodinin Azərbaycana
səfəri əlaqələrimizin daha da inkişaf etməsi və möhkəmləndirilməsi işinə kömək
göstərəcəkdir.
Səmimi qəbula və Avropa Birliyi ilə münasibətlərə dair söylədiyi fikirlərə görə
Prezident Ilham Əliyevə təşəkkür edən qonaq Azərbaycana səfərindən çox böyük
məmnunluq duyduğunu vurğuladı. Siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın
yeni qonşuluq siyasətinin tərkib hissələrindən biri olduğunu nəzərə çatdıran qo-
naq dedi ki, bu siyasətin həyata keçirilməsi Azərbaycan ilə Avropa Komissiyası