Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə47/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   43   44   45   46   47   48   49   50   ...   146

120

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

Avropa Birliyinin nümayəndə heyətini qəbul etmişdir 

7 iyul 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev iyulun 7-də Prezident sa-

rayında Avropa Birliyinin genişlənmə məsələləri üzrə komissarı Yaneş Potoçnikin 

başçılığı ilə bu təşkilatın nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları  səmimiyyətlə  salamlayan  Prezident  Ilham  Əliyev  Brüsseldə  Ya-

neş Potoçnik ilə keçirdiyi görüşü və apardığı danışıqları məmnunluqla xatırladı. 

Azərbaycanın  Avropa  Birliyinin  yeni  qonşuluq  siyasətinin  bir  hissəsi  olduğu-

nu  vurğulayan  dövlətimizin  başçısı,  bu  təşkilatın  ölkəmizə  və  regiona  olan  ma-

rağını xüsusilə qeyd etdi. O, əmin olduğunu vurğuladı ki, ölkəmizin bu proqram 

çərçivəsində əməkdaşlığı daha uğurlu olacaqdır.

Prezident  Ilham  Əliyev  Azərbaycanın  Avropa  strukturlarına  inteqrasiyası-

nın siyasətimizin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu siyasətin 

gələcəkdə də davam edəcəyini söylədi.

Azərbaycan  Prezidenti  Avropa  Birliyinə  daxil  olan  ölkələrlə  təkcə  enerji 

sahəsində deyil, digər sahələrdə də işbirliyinin davam etdiriləcəyini bildirdi, enerji 

sahəsində əməkdaşlığa dair məsələlərin bu yaxınlarda Bakıda səfərdə olan Yuna-

nıstanın Prezidenti və NATO sammiti zamanı Türkiyənin Prezidenti və Baş naziri 

ilə səmərəli şəkildə müzakirə olunduğunu diqqətə çatdırdı. Prezident Ilham Əliyev 

qeyd etdi ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir və hazırda sənayenin bir çox 

sahələrində böyük uğurlar əldə edilmişdir.

Dövlətimizin başçısı görüşdə iştirak edən Avropa Birliyinin Cənubi Qafqaz üzrə 

xüsusi  nümayəndəsi  Heyki  Talvitiyenin  də  fəaliyyətini  yüksək  qiymətləndirirdi, 

Yaneş Potoçnikə Azərbaycana ilk səfərində uğurlar dilədi.

Cənab  Yaneş  Potoçnik  ölkəmizdə  səmərəli  görüşlər  keçirdiyini  bildirərək 

dedi  ki,  Avropa  Birliyi  Azərbaycanın  potensialını  yüksək  qiymətləndirir.  Avro-

pa Birliyinin genişlənməsindən sonra baş verən proseslər barədə Prezident Ilham 

Əliyevə  məlumat  verən  qonaq  Türkiyənin  Avropa  ailəsinə  yaxınlaşması  üçün 

məsləhətləşmələr aparıldığını da söylədi. Onun sözlərinə görə, Avropa Birliyinin 

genişlənməsi reallıqlarla hesablaşmağı və qonşularla siyasəti yeni əsaslarda qurma-

ğı tələb edir. Hazırladıqları hesabatda Cənubi Qafqaz ölkələri, xüsusilə mühüm coğ-

rafi-siyasi əhəmiyyətə malik olan Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə 

geniş yer ayrılmışdır. Bu ilin sentyabr ayında Avropa Birliyi yeni qonşuluq siyasəti 

proqramı çərçivəsində əməkdaşlığa dair sənədlər paketini də müzakirə edəcəkdir. 

Bu sənədlərdə enerji sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdır. Bun-

dan başqa, terrorizmə qarşı mübarizə, yoxsulluğun azaldılması və Avropa Birliyinin 




121

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

öz qonşuları ilə siyasətinin bir sıra ümumi cəhətləri də müzakirə olunacaqdır.

Görüşdə Azərbaycanla Avropa  Birliyi  arasında  əməkdaşlığın  perspektivlərinə 

dair ətraflı fikir mübadiləsi aparıldı.

Baş  nazirin  müavini  Abid  Şərifov,  Azərbaycanın  Avropa  Birliyi  yanında 

nümayəndəliyinin başçısı səfir Arif Məmmədov görüşdə iştirak edirdilər.



122

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 Avropa Komissiyasının sədri Romano Prodinin 

başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir 

17 sentyabr 2004-cü il 

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev Prezi-

dent sarayında Avropa Birliyi Komissiyasının sədri Romano Prodinin başçılıq etdi-

yi nümayəndə heyətini qəbul etmişdir.

Qonağı  səmimiyyətlə  salamlayan  dövlətimizin  başçısı  Ilham  Əliyev  cənab 

Romano  Prodi  ilə  Belçikada  keçirdiyi  görüşü  məmnunluqla  xatırlatdı  və  həmin 

görüşün  çox  səmərəli  olduğunu  nəzərə  çarpdırdı.  Prezident  Ilham  Əliyev  dedi 

ki,  Azərbaycan-Avropa  Birliyi  əlaqələri  çox  uğurla  inkişaf  edir,  ölkəmiz  bu 

əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Dövlətimizin 

başçısı bildirdi ki, Avropa Birliyi ilə əlaqələr Azərbaycanın xarici siyasətinin əsas 

istiqamətlərindən birini təşkil edir və bu sahədə yeni-yeni uğurlar əldə olunur.

Avropa  Birliyinin  yeni  qonşuluq  siyasətinin  böyük  əhəmiyyət  daşıdığı-

nı  vurğulayan  Prezident  Ilham  Əliyev  bu  siyasətin  Azərbaycan-Avropa  Birli-

yi  münasibətlərində  çox  önəmli  istiqamətlərdən  biri  olduğunu  nəzərə  çatdırdı. 

Dövlətimizin başçısı Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsinin təyin 

olunmasının  əlaqələrimizin  daha  da  inkişaf  etdirilməsi  işinə  xidmət  göstərdiyini 

vurğuladı.

Azərbaycan ilə Avropa Birliyi arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə 

əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Prezident Ilham Əliyev bu əlaqələrin 

gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu nəzərə çatdırdı. Azərbaycanın 

Avropanın bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı ölkəmizin Avropa 

strukturlarına inteqrasiyasının xarici siyasətimizin prioritetlərindən biri olduğunu 

bildirdi.

Azərbaycan  ilə  Avropa  Birliyi  arasında  iqtisadi  sahədə,  xüsusilə  energetika 

sahəsində  çox  uğurlu  əməkdaşlıq  həyata  keçirildiyini  bildirən  Prezident  Ilham 

Əliyev siyasi sahədə dialoqun yüksək səviyyədə olduğunu vurğuladı.

Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Romano Prodinin Azərbaycana 

səfəri əlaqələrimizin daha da inkişaf etməsi və möhkəmləndirilməsi işinə kömək 

göstərəcəkdir.

Səmimi qəbula və Avropa Birliyi ilə münasibətlərə dair söylədiyi fikirlərə görə 

Prezident Ilham Əliyevə təşəkkür edən qonaq Azərbaycana səfərindən çox böyük 

məmnunluq duyduğunu vurğuladı. Siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın 

yeni  qonşuluq  siyasətinin  tərkib  hissələrindən  biri  olduğunu  nəzərə  çatdıran  qo-

naq dedi ki, bu siyasətin həyata keçirilməsi Azərbaycan ilə Avropa Komissiyası 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə