Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə55/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   51   52   53   54   55   56   57   58   ...   146

146

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Avropa Ittifaqı konkret fayda əldə edə bilərlər. Bir sözlə, göndərəcəyimiz mesaj 

müsbətdir. Biz Azərbaycan ilə bir çox sahələrdə birgə işləmək arzusundayıq. Biz 

Avropa ilə daha sıx əməkdaşlığın aparılması məqsədilə Azərbaycan tərəfindən atıl-

mış bütün addımları alqışlayırıq. Hesab edirəm ki, bu, həm Azərbaycanın, həm də 

bütövlükdə Avropa Ittifaqının marağındadır. 



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatı

Hörmətli xanımlar və cənablar

Ilk  öncə,  mən  Brüsselə  yenidən  səfər  etmək  məqsədi  ilə  göndərdiyi  dəvətinə 

görə cənab Sədrə minnətdarlığımı bildirmək istəyirəm. Xatirimdədir ki, sonuncu 

səfərim zamanı biz strateji enerji tərəfdaşlığı haqqında Memorandum imzaladıq. 

Həmin  vaxtdan  etibarən,  Avropa  Ittifaqı  ilə  Azərbaycan  arasında  münasibətlər 

uğurla  inkişaf  etmişdir.  Biz  münasibətlərimizə  çox  mühüm  əhəmiyyət  veririk. 

Bugünkü söhbət bir daha göstərdi ki, həmin münasibətlər hər iki tərəf üçün necə 

inkişaf etməlidir. Mən ölkəmizin iqtisadi inkişafı ilə bağlı söylədiyi sözlərə görə 

cənab Sədrə dərin minnətdarlığımı bildirirəm. Faktiki olaraq, son beş il ərzində, 

ölkəmizdə görünməmiş iqtisadi artım müşahidə olunmuşdur. Ümumi daxili məhsul 

2,6  dəfə,  sənaye  istehsalı  2,5  dəfə,  büdcə  xərcləri  isə,  10  dəfə  artmışdır.  Bu  il, 

iqtisadi  böhrana  və  neftin  qiymətlərinin  gözəçarpan  dərəcədə  bir  neçə  dəfə  aşa-

ğı düşməsinə baxmayaraq, biz artımı davam etdirəcəyik. Cari ilin birinci rübündə 

iqtisadiyyatımız 4 faizdən çox artmışdır. Ən vacibi isə ondan ibarətdir ki, qeyri-

neft iqtisadiyyatı 14 faiz artmışdır. Bu, aydın şəkildə onu göstərir ki, bizim iqtisa-

di inkişafın şaxələndirilməsi, sərmayələr və iqtisadi islahatlar siyasətimiz onunla 

nəticələnmişdir ki, biz artıq neft və qazdan asılı deyilik. Neft və qaz iqtisadiyyatı-

mızda əvvəl olduğu kimi həlledici rol oynamır. Biz iqtisadi islahatları davam etdi-

ririk. Ötən il, Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanı bir 

nömrəli islahatçı ölkə elan etmişdir. 

Azərbaycanda, həmçinin siyasi islahatlar aparılır. Iqtisadi və siyasi islahatlar pa-

ralel şəkildə həyata keçirilir. Bizim üçün Avropa Ittifaqı ilə münasibətlər vacibdir, 

çünki biz istəyirik ki, həyatımızın bütün meyarları Avropa Ittifaqının meyarlarına 

uyğun olsun. Həmin əlaqələrimiz çox möhkəmdir. Onların yaxşı gələcəyi var və 

ikitərəfli maraqlara əsaslanır. 

Enerji cənab Sədr ilə ciddi şəkildə müzakirə etdiyimiz məsələlərdən biri idi. Mən 

Avropada müzakirə olunan layihələrə bir daha öz dəstəyimi bildirdim. Azərbaycan 

Xəzərdən Qərbə gedən boru kəmərlərinin tikintisini başlayan ölkə oldu. Məhz bizim 

təşəbbüslərimiz  və  işlərimiz  əsasında  bu  gün  biz  Nabukko, Türkiyə-Yunanıstan-

Italiya, Transadriatik qaz kəmərləri və digər layihələr haqqında danışa bilərik, çünki 

biz bütün zəruri ilkin işləri artıq yerinə yetirmişik. Bu gün, nəhəng neft və qaz ehtiyat-




147

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

ları, müasir infrastruktur, boru kəmərləri və önəmli məkanda yerləşən Azərbaycan 

əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində mü-

hüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır. Əminəm ki, bu 

səfər və gələcəkdə atılacaq addımlar həmin münasibətləri möhkəmləndirəcəkdir. 

Mən dəvətə, o cümlədən məhsuldar və səmimi söhbətə görə cənab Sədrə bir daha 

minnətdarlığımı bildirmək istəyirəm və bu söhbət gələcəyimiz üçün çox vacibdir. 

Sağ olun! 



148

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun 

Brüsseldə birgə mətbuat konfransı keçirilmişdir

28 aprel 2009-cu il

Işçi nahardan sonra Azərbaycan Prezidenti Ilham Əliyev və Avropa Komissiya-

sının sədri Joze Manuel Barrozu birgə mətbuat konfransı keçirmişlər. 

Cənab Joze Manuel Barrozu və Prezident Ilham Əliyev əvvəlcə jurnalistlər qar-

şısında çıxış etdilər.

Sonra jurnalistlərin suallarına cavab verildi. 

Sual (Şahin Cəfərov, AzərTAc): Sualım Prezident Əliyev və cənab Barrozuya-

dır. Həm Azərbaycan, həm də Ermənistan “Şərq tərəfdaşlığı”nın üzvləridir. Halbuki 

Ermənistan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır. Vəziyyətlə bağlı 

rəyinizi bilmək istərdik. 



İlham  Əliyev:  Belə  suala  mən  Azərbaycanda  tez-tez  cavab  verirəm,  ona 

görə  də,  özüm  birinci  başlayım.  Biz  bu  məsələni  cənab  Sədrlə  müzakirə  etdik. 

Əlbəttə ki, uzun illər ərzində Ermənistan tərəfindən torpaqlarımızın davamlı işğa-

lı nəinki Azərbaycan, o cümlədən regional təhlükəsizlik və sabitlik üçün ən bö-

yük  təhdiddir.  Bu,  regionumuzda  təxminən  iki  onillikdir  ki,  müşahidə  etdiyimiz 

ən  böyük  ədalətsizlikdir.  Azərbaycanın  beynəlxalq  səviyyədə  tanınmış  əraziləri 

qonşu ölkənin işğalı altındadır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı ölkə 

daxilində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı apa-

rılmış etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağın inzibati sərhədlərinin 

ətrafında  yerləşən  yeddi  rayon  hazırda  Ermənistan  silahlı  qüvvələrinin  nəzarəti 

altındadır.  Biz  münaqişəni  beynəlxalq  hüquq  normaları,  o  cümlədən  ATƏT-in 

qərarları və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı 

qüvvələrinin ərazimizdən qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələri əsasında 

həll etməyə çalışırıq. Bəzən Ermənistanın mövqeyi Dağlıq Qarabağda yaşayanların 

öz müqəddəratını təyin etmək hüququna əsaslanır. Bu hüquq o demək deyil ki, öz 

müqəddəratını təyin etmək Azərbaycanın ərazi bütövlüyünün pozulmasına gətirib 

çıxarmalıdır. Ermənilər bir millət kimi öz müqəddəratını artıq təyin ediblər. On-

lar suveren Ermənistan dövlətinə malikdirlər. Əgər bu məntiqlə yanaşsaq, dünyada 

əhalisi erməni olan 20 dövlət yarana bilər. Ikincisi, ermənilərin və azərbaycanlıların 

Dağlıq Qarabağda öz müqəddəratını təyin etməsi suveren Azərbaycan dövlətinin 

hüdudları çərçivəsində baş verə bilər və verməlidir. Beynəlxalq hüququn normaları 

bunu tələb edir. Azərbaycan bu mövqedə qətiyyətlə dayanır və əminəm ki, münaqişə 

yalnız bu əsaslarla həll oluna bilər. 

Joze  Manuel  Barrozu:  Bəli,  əlbəttə  ki,  sizin  qeyd  etdiyiniz  kimi,  həm   



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə