154
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
www.aliyevheritage.org
sülhməramlı əməliyyatlar aparıla bilər. Ermənistanla Dağlıq Qarabağ arasında tor-
paq əlaqəsinin olmasında da problem görmürük. Bu ona görə edilə bilər ki, bölgədə
yaşayan insanlar özlərini daha təhlükəsiz hiss etsinlər. Biz, eyni zamanda, Dağlıq
Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verilməsinə də
razıyıq. Avropada da bu təcrübədən istifadə edirlər. Biz dünyada muxtariyyətin ən
yaxşı nümunəsini tətbiq edə bilərik.
Bundan əlavə, qeyd etmək istəyirəm ki, onların dedikləri məntiqsizdir. On-
lar Dağlıq Qarabağın müstəqilliyini istəyirlər və bildirirlər ki, Dağlıq Qarabağ-
da ermənilərin öz müqəddəratını təyin etmək hüququ var. Lakin onlar artıq öz
müqəddəratını təyin ediblər və Ermənistan dövlətinə malikdirlər. Sabah onlar ABŞ,
Fransa, Rusiya və yaşadıqları digər ölkələrdə öz müqəddəratını təyin etmək tələbi
ilə çıxış edə bilərlər. Belə olarsa, neçə erməni dövləti yarana bilər? Bu, düzgün
yanaşma deyil. Biz ümid edirik ki, hər iki tərəf Minsk qrupunun yaxından iştira-
kı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Dağlıq Qarabağ ermənilərinə
Azərbaycanın ərazisi çərçivəsində özünüidarəetmə imkanlarının yaradılmasına
yardım edəcəkdir.
Növbəti suala gəldikdə, siz Xəzərin şərq sahilində hasil olunan qazın Azərbay-
can ərazisi ilə nəql edilməsi məqsədi ilə Xəzər konsorsiumunun yaradılması imkanı
haqqında danışdınız. Biz bu haqda eşitmişik. Biz həmin qurumun təfərrüatlarını,
onun hansı praktiki addımlar atacağını və nə vaxt atacağını bilmirik. Lakin
əvvəlcədən dəfələrlə bildirmişik ki, hər bir ölkə malların öz ərazisindən daşınması-
na üstünlük verir. Bu istər neft, istər qaz, istərsə də digər mallar ola bilər.
Azərbaycan əlverişli coğrafi mövqeyə malikdir və əvvəl qeyd etdiyim kimi,
bu mövqe mövcud olan infrastruktura əsaslanır. Əgər şərq sahilindəki qonşu-
larımızın bu sahədə arzusu olarsa və bizim ərazimiz vasitəsilə öz mallarını daşı-
maq istəyərlərsə, biz buna şərait yaradacağıq. Bu baxımdan biz istehlakçıların da
səylərini dəstəkləyirik ki, onların karbohidrogen ehtiyatlarına çıxışı daha da asan-
laşsın.
Azərbaycan tələbələrinə gəldikdə isə, deyə bilərəm ki, bu yaxınlarda biz gənc
azərbaycanlıların xaricdə təhsil alması məqsədi ilə Dövlət Proqramının icrasına
başlamışıq. Bu məqsədlər üçün vəsaitlər Dövlət Neft Fondundan ayrılır. Çox qısa
müddətdə biz min tələbəyə yardım etməyi planlaşdırırıq. Planlaşdırırıq ki, onlar
xaricdə yaxşı təhsil alsınlar.
O ki qaldı, onların qayıdıb işləməsinə, bilirsiniz, bu gün qloballaşan dünyada Av-
ropadan və ABŞ-dan olan bir çox insanlar Azərbaycanda işləyirlər. Azərbaycanlılar
da Avropada çalışırlar. Mən bunu normal hesab edirəm. Hər kəsin təhsil almaq hü-
ququ var. Azərbaycan dövləti bu imkanı yaradır və bunu maliyyələşdirir. Əlbəttə
ki, ölkəmizdəki inkişaf səviyyəsi dünyanın inkişaf etmiş dövlətlərinin səviyyəsi ilə
müqayisə edilə bilməz. Lakin vaxt yetişəcək ki, Azərbaycan da dünyanın inkişaf
155
wap.aliyevheritage.org
BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)
etmiş ölkələrindən birinə çevriləcəkdir. Işlə təmin olunmaya gəldikdə deyə bilərəm
ki, böyük sosial bəla olan işsizlik son 5 il ərzində demək olar ki, aradan qaldırılmış-
dır, 760 min iş yeri açmışıq.
Bir əlavə məsələni də qeyd edim: Azərbaycanda fəaliyyət göstərən bir çox xarici
və yerli şirkətlərin rəhbərləri xarici ölkə vətəndaşlarıdır. Bu, onu göstərir ki, bizim
lazımi bilik və bacarıqlara malik şəxslərə ehtiyacımız var. Ümid edirəm ki, sizin
təhsiliniz vətəndə müvafiq iş tapmağa yardım edəcəkdir. Mən bilirəm ki, bu, bü-
tün azərbaycanlıların ürəyindəndir, onların hamısı öz ölkəsində yaşamaq istəyir və
ölkəmiz də onların qayıtmasını arzulayır.
Aparıcı: Cənab Prezident, icazə verin, öncə Sizə ünvanladığım sualı bir daha
təkrarlayım. Iqtisadi və maliyyə böhranı Sizin ölkənizə nə kimi təsir göstərir?
İlham Əliyev: Təbii ki, biz dünya iqtisadiyyatının bir hissəsiyik. Böhranın mənfi
təsirini hiss edirik. Bu, xüsusən də müvafiq bazarların olmamasından və istehsal et-
diyi məhsulları kifayət qədər ixrac edə bilməməsindən əziyyət çəkən müəssisələrə
aiddir.
Lakin bizim müşahidələrimizə və beynəlxalq maliyyə təsisatlarının verdiyi
qiymətlərə əsasən, böhran Azərbaycana daha az təsir göstərir. Artıq qeyd etdiyim
kimi, iqtisadiyyatımız yenə də inkişaf edir, milli valyuta sabitdir. Bəzən görürük ki,
bizim regionda, keçmiş sovet məkanında və hətta Şərqi Avropa ölkələrində milli val-
yutanın dəyəri 10, 20, 50 faiz aşağı düşür. Bizim güclü maliyyə imkanlarımız var. Bu
ilin əvvəlinə olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 18 milyard dolla-
ra bərabərdir, büdcə kəsiri yoxdur. Təbii ki, biz dövlətin maliyyələşdirdiyi layihələrə
düzəliş edə bilərik. Çünki neftin qiymətinin aşağı düşməsi bizə təsir edib, lakin adi
vətəndaşlara gəldikdə, onlar əziyyət çəkmirlər. Çünki istehlak mallarının qiymətləri
aşağı düşüb. Ərzağın qiymətləri 20-30 faiz aşağı düşüb, bunu digər mallara da aid
etmək olar. Zənnimcə, biz böhran dövrünü minimal itkilərlə yaşayacağıq.
Sual: Cənab Prezident, çıxışınıza görə minnətdaram. Mən Amerikanın
təhlükəsizlik araşdırmaları ilə məşğul olan qeyri-hökumət təşkilatını təmsil
edirəm. Mənim sualım Azərbaycanla OPEK, qaz OPEK-i adlandırılan qurumla
münasibətlərin perspektivlərinə aiddir.
Sual: Cənab Prezident, Siz çıxışınızda Avropa Ittifaqı ilə əməkdaşlıq və
tərəfdaşlığı qeyd etdiniz. Sizin Avropa Ittifaqına inteqrasiyanız seçiminizdir,
yoxsa məqsədiniz? Nəzərə alsaq ki, iki qonşunuz - Ermənistan və Gürcüstan bu
istiqamətdə irəliləyirlər.
Sual: Mən Avropa Ittifaqının Sosial və Iqtisadi Komissiyasının icra şurasının
nümayəndəsiyəm. Biz Avropada yeni enerji dəhlizləri məsələsi ilə məşğuluq, o
cümlədən mən Cənubi Qafqazda Demokratiya və Vətəndaş Cəmiyyəti Fondunun
rəhbəriyəm.
Zati-aliləri, mənim sualım sırf yeni enerji dəhlizləri ilə bağlıdır. Sizin Nabukko