Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə54/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   50   51   52   53   54   55   56   57   ...   146

141

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

yeritməsidir.

Azərbaycan  Prezidenti  daha  sonra  brifinq  iştirakçılarının  müxtəlif  mövzularda 

suallarına cavab verdi.



142

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi 

Peter Semnebini qəbul etmişdir 

17 fevral 2007-ci il

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev fevralın 17-də Prezident 

sarayında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semne-

bini qəbul etmişdir. 

Görüşdə Azərbaycan-Avropa Birliyi arasında əməkdaşlığın uğurla inkişaf etdiyi 

vurğulanmış və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir. 



143

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

Budapeştdə Avropa Komissiyasının energetika məsələləri 

üzrə komissarı Andris Pibalqs ilə görüşmüşdür 

27 yanvar 2009-cu il

Görüşdə Nabukko layihəsinə dair sammitin əhəmiyyəti vurğulandı, Azərbaycan 

ilə  Avropa  Ittifaqı  arasında  enerji  təhlükəsizliyi  sahəsində  əməkdaşlığın 

səviyyəsindən  məmnunluq  ifadə  olundu.  Söhbət  zamanı  qarşılıqlı  əməkdaşlığın 

gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.




144

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 Brüsseldə Avropa Komissiyasının sədri 

Joze Manuel Barrozu ilə görüşmüşdür 

28 aprel 2009-cu il

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti Ilham Əliyev 

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşmüşdür. 

Azərbaycan ilə Avropa Ittifaqı arasında əlaqələrin genişlənməsinin Azərbaycanın 

Avropa dəyərlərinə verdiyi önəmin göstəricisi olduğunu deyən Barrozu gələcəkdə 

tərəflər arasında daha konkret layihələrin həyata keçirilməsinin əhəmiyyətini vur-

ğuladı.


Prezident  Ilham  Əliyev  Avropa  Ittifaqı  ilə  Azərbaycan  arasında  əlaqələrin 

müxtəlif sahələrdə inkişaf etdiyini bildirərək qeyd etdi ki, Azərbaycan bundan son-

ra da Avropaya inteqrasiyanı davam etdirmək əzmindədir. 

Dövlət başçısı Azərbaycanın bundan sonra da Avropanın enerji təhlükəsizliyinə 

öz töhfəsini verməyə hazır olduğunu bildirdi. 

Prezident  Ilham  Əliyev  əlaqələrimizin  bundan  sonra  da  inkişaf  edəcəyinə 

əminliyini vurğuladı.



145

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun

 mətbuat üçün bəyanatları 

28 aprel 2009-cu il 



Avropa Komissiyasının Sədri Joze Manuel Barrozunun bəyanatı

Xanımlar və cənablar, sizi salamlayıram. 

Mən Prezident Əliyevi Brüsseldə yenidən alqışlamaqdan məmnunam. Sonuncu 

dəfə biz burada, Brüsseldə görüş keçirdik və enerji sahəsində əməkdaşlıq haqqın-

da anlaşma memorandumunu imzaladıq. Bu gün bizim çox yaxşı, konstruktiv və 

açıq söhbətimiz oldu. Mən minnətdarlığımı bildirmək istəyirəm ki, danışıqlarımız 

zamanı biz, həqiqətən, həmin səmimiyyət və açıqlıq ruhunu hiss etdik. Azərbaycan 

Cənubi  Qafqaz  regionunda  olduqca  mühüm  tərəfdaşdır.  Əminəm  ki,  dialoq  və 

əməkdaşlığımızın intensivləşdirilməsi hər iki tərəfə böyük fayda gətirəcəkdir. Artıq 

on ildir ki, həyata keçirilən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi möhkəm bünövrədir. 

Avropa  Ittifaqı Azərbaycanın  ümumi  xarici  ticarətində  təxminən  30  faizi  təşkil 

edərək, bu ölkənin əsas ticari tərəfdaşıdır. Son illər ərzində Azərbaycan iqtisadiyya-

tı mühüm artım rəqəmlərini nümayiş etdirmişdir. 2008-ci ildə ölkənin iqtisadi artı-

mı 10,8 faiz səviyyəsində olmuşdur. Bu, əsasən neft və qaz sektoru ilə bağlıdır. La-

kin hazırkı maliyyə və iqtisadi böhran həmin inkişafa ciddi təhlükədir. Bu böhran, 

həmçinin bizə də aiddir. Bu baxımdan, əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi 

Azərbaycanın uzunmüddətli inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Biz etiraf 

edirik ki, münasibətlərimizi irəliyə doğru aparmaq istəyirik və bunu edə bilərik. Bu 

məsələ Prezident Əliyevin mənimlə görüşündə vurğulanmışdır. Bir neçə gündən 

sonra Praqada təqdim olunacaq “Şərq tərəfdaşlığı” isə fürsəti təmin edir. 

Mən, həmçinin regional sabitlik sahəsində əlavə irəliləyişin vacibliyini qeyd et-

dim. Həmin məsələ ilə bağlı özümün və Avropa Ittifaqının fikirlərini bölüşdüm. Biz 

hesab edirik ki, enerji Avropa Ittifaqı ilə Azərbaycan arasında daha sıx münasibətlər 

üçün  çox  mühüm  amildir.  Əməkdaşlığımızın  gücləndirilməsi  ilə  bağlı  fikirlərdə 

yekdilik. 

Bildiyiniz  kimi,  təhlükəsizlik  Avropa  Ittifaqı  üçün  ən  vacib  prioritetdir. 

Azərbaycan  həm  hasilatçı,  həm  tranzit  ölkə  baxımından  əhəmiyyətli  tərəfdaşdır. 

Vəziyyəti  təhlil  etdiyinə  görə  mən  Prezident  Əliyevə  öz  dərin  təşəkkürümü 

bildirmək istəyirəm. Mən Prezident Əliyev ilə xüsusi olaraq Nabukko layihəsini 

müzakirə etdim. Hesab edirik ki, bu layihə bütöv region və Avropa üçün önəmlidir. 

Azərbaycan tərəfindən enerji siyasəti sahəsində qəbul edilmiş çətin, lakin cəsarətli 

qərarları alqışlayıram. Fikrimizcə, bu, elə bir mühüm sahədir ki, Azərbaycan ilə 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə