Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə53/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   49   50   51   52   53   54   55   56   ...   146

138

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan ilə Avropa Birliyi arasında anlaşma 

memorandumunun imzalanması

7 noyabr 2006-cı il

Noyabrın 7-də Azərbaycan Prezidenti Ilham Əliyev və Avropa Komissiyasının 

sədri Joze Manuel Barrozu Azərbaycan Respublikası və Avropa Birliyi arasında 

enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzaladılar.

Imzalanma mərasimindən sonra mətbuat nümayəndələri üçün brifinq keçirildi.

Avropa  Komissiyasının  sədri  Joze  Manuel  Barrozu  Azərbaycanın  ən  çətin 

dövrlərində,  iqtisadiyyatın  böhranlı  vəziyyətində  ölkəmizə  400  milyon  avro 

dəyərində yardım göstərildiyini vurğuladı, Azərbaycanla siyasi, iqtisadi və demok-

ratik  sahədə  əməkdaşlığın  bundan  sonra  daha  da  genişləndiriləcəyini  söylədi.  O 

vurğuladı ki, hazırda Azərbaycanda olduqca sürətli iqtisadi inkişaf gedir.

Prezident  Ilham  Əliyev  Azərbaycan-Avropa  Birliyi  əlaqələrinin  indiki 

mərhələsinin əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar açdığını bildirdi və 

dedi ki, bu əməkdaşlıq Azərbaycan üçün prioritet əhəmiyyət daşıyır. Azərbaycan 

enerji daşıyıcılarının nəqli ilə yanaşı, emalında, eləcə də, alternativ boru kəmərlərinin 

yaradılmasında da maraqlıdır.

Joze Manuel Barrozu bildirdi ki, Avropa Birliyi Azərbaycanla əməkdaşlığı təkcə 

enerji  sahəsinə  aid  etmir,  siyasi,  iqtisadi,  hüquqi  və  digər  sahələrdə  də  əlaqələr 

uğurla inkişaf edir. Avropa Birliyinin həm Azərbaycan, həm də Ermənistanla yeni 

qonşuluq siyasətinə dair fəaliyyət planında ərazi bütövlüyü prinsipi öz əksini ta-

pır və Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. 

Biz  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin ATƏT  çərçivəsində 

sülh yolu ilə həllinin tərəfdarıyıq. Sülh əldə olunduqdan sonra Avropa Birliyi bərpa 

işlərində yaxından iştirak edəcəkdir.




139

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

Avropa Parlamentinin sədri Xosep Borrell Fontelles ilə görüşü 

7 noyabr 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev noyabrın 7-də Avropa Par-

lamentinin binasına gəlmişdir.

Burada  Prezident  Ilham  Əliyevin  Avropa  Parlamentinin  sədri  Xosep  Borrell 

Fontelles ilə görüşü oldu.

Görüşdən sonra Avropa Parlamentinin sədri Xosep Borrell Fontellesin adından 

Azərbaycan Prezidenti Ilham Əliyevin şərəfinə nahar verildi.

Naharda  Avropa  Parlamentinin  deputatları  və  Avropa  Birliyinin  bəzi  yüksək 

vəzifəli şəxsləri də iştirak edirdilər.




140

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

 

Kral Beynəlxalq Əlaqələr İnstitutunda siyasi brifinq

7 noyabr 2006-cı il

Noyabrın 7-də Brüsseldə Kral Beynəlxalq Əlaqələr Institutunda siyasi brifinq ke-

çirilmişdir.

Azərbaycan Prezidenti Ilham Əliyevi institutun baş direktoru Klod Mission və 

digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.

“Avropa Birliyi - Azərbaycan: enerji və digər sahələrdə əməkdaşlıq” mövzusuna 

həsr olunmuş diskussiyada bir sıra ölkələrin Brüsseldə akkreditə olunmuş səfirləri, 

beynəlxalq təşkilatlar yanında daimi nümayəndələri, Belçikanın elm xadimləri, nü-

fuzlu siyasətçilər, politoloqlar, beynəlxalq təşkilatların, o cümlədən Avropa Birliyi 

Şurasının, Avropa Parlamentinin təmsilçiləri iştirak edirdilər.

1947-ci ildə yaradılmış və qeyri-hökumət qurumu olan Kral Beynəlxalq Əlaqələr 

Institutu Belçikanın əsas düşüncə mərkəzi sayılır, Avropa Birliyinə xüsusi diqqət 

yetirir, inteqrasiya, təhlükəsizlik və Yaxın Şərq məsələlərini araşdırır.

Institutun  baş  direktoru  Klod  Mission  Azərbaycan  Prezidenti  Ilham  Əliyevə 

görüşə gəldiyinə görə təşəkkürünü bildirərək dedi: Çox məmnunuq ki, cavan dövlət 

başçısı böyük təcrübəyə, o cümlədən iqtisadiyyat sahəsində təcrübəyə malikdir.

Sonra iştirakçılara Prezident Ilham Əliyevin tərcümeyi-halı barədə geniş məlumat 

verildi.

Prezident  Ilham  Əliyev  brifinqdə  nitq  söylədi.  Azərbaycan  Prezidenti  dəvətə 

görə təşəkkür etdi, Brüsseldə keçirdiyi çox səmərəli görüşlər barədə məlumat verdi, 

Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlığın gələcək inkişafı üçün təməl 

qoyulduğunu  bildirdi.  Azərbaycanın  Avropaya  inteqrasiyaya  üstünlük  verdiyini 

vurğulayan Prezident Ilham Əliyev Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və 

onun ağır nəticələrindən də danışaraq dedi ki, müstəqilliyin ilk illərindəki böhranlı 

vəziyyətə baxmayaraq, Azərbaycan öz dövlətçiliyini qoruyub saxlaya, siyasi və iqti-

sadi islahatları həyata keçirə bildi. Bu işdə Avropa Birliyi də bizə kömək etdi.

Yeni qonşuluq siyasəti çərçivəsində Avropa Birliyi ilə əməkdaşlığın Azərbaycan 

üçün əhəmiyyətini vurğulayan Prezident Ilham Əliyev həmçinin bundan Avropa Bir-

liyinin də fayda götürəcəyini bildirdi. Azərbaycanın açıq qapı siyasəti yürütdüyü-

nü, xarici sərmayələr üçün əlverişli şərait yaradıldığını xatırladan Prezident Ilham 

Əliyev iqtisadiyyatın inkişaf sürətinə görə ölkəmizin dünyada ən yüksək göstəriciyə 

nail olduğunu, Azərbaycanın regionda lider dövlətə çevrildiyini söylədi.

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsindən  ətraflı  söhbət  açan 

Prezident Ilham Əliyev bu məsələdə ölkəmizin ədalətli mövqeyini bir daha açıqladı. 

Eyni zamanda bildirdi ki, problemin həll olunmamasının əsas səbəbi Ermənistanın 

beynəlxalq  hüquq  normalarına  riayət  etməməsi,  separatçılığı  dəstəkləyən  siyasət 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə