Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə63/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   59   60   61   62   63   64   65   66   ...   146

168

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Təbii ki, enerji münasibətlərimizin təməl daşıdır. Biz bu məsələləri də müzakirə 

edəcəyik. Lakin aydın şəkildə onu da bəyan etmək istəyirik ki, münasibətlərimiz 

təkcə neft və qaz sahəsi ilə məhdudlaşmır. Biz ümumi maraq doğuran məsələlərə 

əsaslanan daha geniş münasibətlər qurmaq əzmindəyik.



169

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan

 Respublikasının Prezidenti İlham Əliyevin və Avropa 

Komissiyasının sədri Joze Manuel Barrozunun

 mətbuat konfransı olmuşdur

13 yanvar 2011-ci il

Prezident Ilham Əliyev və Joze Manuel Barrozu bəyanatlarla çıxış etmişlər. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatı 

Hörmətli cənab sədr! 

Hörmətli qonaqlar, xanımlar və cənablar! 

Ilk növbədə, mən sizi, Avropa Komissiyasının sədri cənab Barrozunu bir daha 

burada  salamlamaq  istərdim.  Eyni  zamanda,  dəvətimizi  qəbul  edib  2011-ci  ilin 

əvvəlində ölkəmizə səfər etdiyinizə görə minnətdarlığımızı bildiririk. Bu, ilin çox 

yaxşı bir başlanğıcıdır və hesab edirik ki, Avropa təsisatları ilə Azərbaycan arasında 

olan münasibətlərin çox gözəl göstəricisidir. Bu münasibətlərin çox yaxşı tarixi var. 

Müstəqilliyimizin ilk günlərindən biz Avropa Ittifaqının dəstəyini hiss etmişik və 

indi də hiss edirik. 

Eyni zamanda, Avropa Komissiyası sədrinin səfəri tərəfdaşlığımızın bugünkü 

səviyyəsinin göstəricisidir və təbii ki, bu səfər bizim münasibətlərimizin gələcək 

inkişafına yönəlibdir. Biz bu münasibətləri çox yüksək dəyərləndiririk. Biz uzun 

illər ərzində müxtəlif formatlarda ümumi nəticələri əldə etmək üçün birgə çalışırıq. 

Hazırda Azərbaycanın da üzvü olduğu “Şərq tərəfdaşlığı” proqramı var. Bu da bi-

zim əməkdaşlığımız üçün yeni üfüqlər açır. Bizim ikitərəfli münasibətlərimizə aid 

geniş gündəliyimiz mövcuddur və burada bir çox sahələr əhatə olunmuşdur. 

Bu gün apardığımız müzakirələr, səmimi və çox mehriban söhbət zamanı biz, 

demək olar ki, ikitərəfli əlaqələrimizin hər bir aspektini nəzərdən keçirdik. Biz iq-

tisadi inkişafa, iqtisadi əməkdaşlığa aid olan məsələləri, siyasi islahatları müzakirə 

etdik,  Azərbaycanda  aparılan  islahatları,  demokratikləşmə  prosesini  nəzərdən 

keçirdik,  regional  vəziyyət  və  təhlükəsizliklə  bağlı  olan  vəziyyət  haqqında  fikir 

mübadiləsi etdik. Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərindən də 

danışdıq və eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

həlli məsələsini də müzakirə etdik. Bir sözlə, biz gördük ki, hər iki tərəfin ümumi 

bir  istəyi,  arzusu  vardır  ki,  bu  münasibətlər  inkişaf  etdirilsin  və  gələcək  illərdə, 

onilliklərdə tərəfdaşlıq daha da güclənsin.

Bu  gün  söhbətimizin  əsas  mövzuları  arasında  enerji  sahəsində  əməkdaşlıq 

məsələsi dayanır. Biz elə indicə Cənub qaz dəhlizi haqqında Birgə bəyannaməyə 



170

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

imza atdıq. Bu da çox məzmunlu, mühüm bir sənəddir və enerji əməkdaşlığının bü-

tün aspektlərini, Avropa təsisatları ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığı 

əhatə edir.

Azərbaycan  etibarlı  tərəfdaşdır  və  Azərbaycanın  neft  əməliyyatlarının  uzun 

tarixi var. Dünyada ilk dəfə Azərbaycanda neft hasil edilmiş, o cümlədən sənaye 

üsulu ilə dənizdə neft hasilatı dünyada ilk dəfə məhz Azərbaycanda baş vermişdir. 

Müstəqil ölkə olaraq biz öz enerji siyasətimizi 1990-cı illərin ortalarından bu günə 

qədər aparırıq və bu baxımdan Azərbaycanın siyasəti çox açıq, səmimi, şəffaf ol-

muşdur. Biz milyardlarla dollar xarici sərmayə cəlb edə bildik və bu gün artıq bizim 

müxtəlif marşrutlarımız vardır. Bizim 7 boru kəmərimiz mövcuddur. Bu infrastruk-

tur neft və qaz yataqlarımızdan enerji resurslarımızı müxtəlif istiqamətlərdə nəql 

etməyə imkan yaradır. Biz çoxlu maliyyə resursları əldə etmişik və bu, bizim ener-

ji siyasətimiz nəticəsində mümkün olmuşdur. Bu gün isə biz enerji inkişafımızın 

yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox 

əhəmiyyətlidir. Enerji təhlükəsizliyi məsələsi, enerji təchizatının şaxələndirilməsi 

hasilatçılar,  istehlakçılar,  tranzit  ölkələr  üçün  eyni  dərəcədə  vacibdir.  Zənnimcə, 

maraqların  kombinasiyası  və  səylərin  bir  araya  yönəldilməsi  və  bunun  bir  növ 

sinxronlaşdırılması bizim planlarımızın uğurla həyata keçirilməsi üçün əsas ilkin 

şərtdir. Azərbaycan əvvəldən Cənub enerji dəhlizinə dəstək vermişdir. Əslində, bu, 

elə  Azərbaycanın  başladığı  layihəyə  yönəlir:  Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-

Ərzurum neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən 

ilk təşəbbüs olmuşdur. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başla-

dıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə 

apardığımız ciddi bir işdir. Zənnimcə, bu gün imzaladığımız Birgə bəyannamənin 

yaxşı gələcəyi vardır. Əminəm ki, gələn aylar ərzində biz bir çox mühüm hadisələrin 

şahidi olacağıq. Bu baxımdan enerji tərəfdaşlığı, Avropa Ittifaqı, Avropa təsisatları 

ilə Azərbaycan arasında olan bu əməkdaşlıq uğurla davam edəcəkdir. 

Bu gün biz Azərbaycanda siyasi və iqtisadi islahatlara aid vəziyyəti də müzakirə 

etdik və bu, çox açıq, səmimi və dostluq şəraitində keçdi. Bu söhbət dostlar arasın-

da idi və biz bir-birimizi etibarlı tərəfdaş və dost hesab edirik. Biz, eyni zamanda, 

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  məsələsini  müzakirə  etdik. 

Fakt  ondan  ibarətdir  ki,  artıq  uzun  illərdir, Azərbaycanın  əraziləri  Ermənistanın 

işğalı  altındadır.  Təbii  ki,  bu,  Azərbaycanda  bir  çox  narahatlıqlar  doğurur.  Bu, 

regional  təhlükəsizliyə  potensial  hədədir.  Biz  beynəlxalq  təsisatlara,  xüsusən  də 

Avropa Parlamentinə çox minnətdarıq ki, ötən il Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsinə aid qətnamə qəbul etdilər. Bu qətnamə əvvəl qəbul olun-

muş  qətnamələrə  tamamilə  uyğundur.  BMT-nin,  Avropa  Şurasının  və  ATƏT-in 

qətnamələrinə uyğundur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

tezliklə həlli nəinki bizim qaçqın və məcburi köçkünlərimizi öz yerlərinə qaytara-




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə