Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə71/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   67   68   69   70   71   72   73   74   ...   146

189

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



ƏLAVƏ SƏNƏDLƏR

Avropa İttifaqı 

Brüssel, 22 may 1992-ci il 

Dağlıq Qarabağa dair bəyanat 

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ regionunda döyüşlərin son vaxtlar intensivləşməsi 

ilə  bağlı  dərin  narahatlığını  bildirir  və  hər  hansı  bir  tərəfdən  güc  tətbiq  edilməsini  qəti  şəkildə 

pisləyir. Birlik və ona üzv olan dövlətlər davamlı döyüşlər nəticəsində əhalinin yenidən üzləşdiyi 

əzab-əziyyətdən və insan tələfatından təəssüflənir. 

Dağlıq Qarabağın erməni və Azərbaycan əhalisi daxil olmaqla, Ermənistan və Azərbaycan xalq-

ları, hər iki hökumətin ATƏM-in prinsip və öhdəliklərini qəbul etdikləri nəticəsində, eyni səviyyəli 

mühafizə ilə təmin olunmaq hüququna malikdirlər. Buna görə də Birlik və ona üzv olan dövlətlər 

qəbul edilmiş prinsip və öhdəliklərə zidd olaraq ərazi bütövlüyünə qarşı və ya, mülki əhalinin daimi 

yaşayış yerlərindən qovulması da daxil olmaqla, siyasi məqsədlərə nail olmaq üçün gücə əsaslanan 

hərəkətləri  pisləyir.  Azərbaycan  və  erməni  əhalisinin  fundamental  hüquqları  mövcud  sərhədlər 

məzmununda tam şəkildə bərpa edilməlidir. 

Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana müraciət edərək, maksimal dərəcədə 

təmkinlik nümayiş etdirməyə və ATƏM prosesinə konstruktiv töhfə verməyə çağırır. Bu mənada 

Birlik və ona üzv olan dövlətlər bütün tərəfləri Dağlıq Qarabağ üzrə ATƏM-in Sülh Konfransının 

tezliklə keçirilməsi istiqa-mətində iş aparmağa və Dağlıq Qarabağ icmalarının təmsil olunmaları 

şərtlərinə dair razılıq əldə etməyə dəvət edir ki, onsuz davamlı sülhün bərqərar olması mümkün 

deyil. 



190

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Avropa İttifaqı 

Brüssel, 18 iyun 1992-ci il 

Dağlıq Qarabağa dair bəyanat 

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda davam edən döyüşlər ilə bağlı dərin narahat-

lığını bildirir. Birlik və ona üzv olan dövlətlər böhranın həllinə qətiyyən kömək etməyən hər hansı 

gücün tətbiq edilməsini ciddi şəkildə pisləyir. Onlar böhrana qatılan tərəfləri təmkinliliyə dəvət edir 

və növbəti əzab-əziyyət və ya insan tələfatı ilə nəticələnən hərəkətlərdən çəkinməyə çağırır. 

Birlik və ona üzv olan dövlətlər aidiyyəti olan hökumətləri nüfuzlarından istifadə edərək baş 

verən dəhşətli zorakılığa son qoymağa və davamlı atəşkəsə nail olmağa çağırır. 

Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana bir daha müraciət edərək ATƏM-ə 

daxil olarkən götürdükləri öhdəliklərə əsasən insan hüquqlarına hörmət etməyə çağırır. Onlar tərəfləri 

regionda sülhü bərpa etməyin ən yaxşı ümidini təklif edən ATƏM-in himayəsi altında Minsk Konf-

ransının tezliklə keçirilməsinin zəruri şərtlərinin yaradılması üçün Romada ilkin fövqəladə görüş 

çərçivəsində göstərilən səylərə töhfə verməyə çağırır. 




191

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Avropa İttifaqı 

Brüssel, 7 aprel 1993-cü il 

Dağlıq Qarabağa dair bəyanat 

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan Respublikası 

və Azərbaycan Respublikası arasında münasibətlərin son zamanlarda kəskin şəkildə pisləşməsindən 

dərin narahatçılıq keçirir. Birlik və ona üzv olan dövlətlər hərbi əməliyyatların Kəlbəcər və Fizuli 

rayonları ərazisinə yayılmasından təəssüfləndiyini bildirir. Azərbaycan ərazilərindən dərhal çıxa-

rılması və bu ərazilərdə döyüşlərin dayandırılması məqsədilə Ermənistan hökuməti Dağlıq Qara-

bağın hərbi birləşmələri üzərində olan təsirindən istifadə etməyə qətiyyətlə çağırılır. Cərəyan edən 

son hadisələrə baxmayaraq, bütün tərəflərdən ATƏM-in Minsk qrupunda aparılan danışıqları tərk 

etməmək xahiş edilir. 



192

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Avropa İttifaqı 

Brüssel, 24 iyun 1993-cü il 

Dağlıq Qarabağa dair bəyanat 

Birlik və ona üzv olan dövlətlər cənab Rafaellinin təqdim etdiyi ATƏM planının Dağlıq Qarabağ 

mübahisəsinin bütün iştirakçıları tərəfindən qəbul edilməsini alqışlayır. Onlar inanırlar ki, sözügedən 

plan regionda hərtərəfli atəşkəs, BMT TŞ-nın 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsinin 

həyata keçirilməsi və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli istiqamətində əsil 

irəliləyiş üçün ən yaxşı ümiddir. Onlar Dağlıq Qarabağda erməni icması nümayəndələrinin plana ra-

zılıqlarını təmin etmək məqsədilə Ermənistan prezidenti Ter-Petrosyanın uğurlu şəxsi müdaxiləsini 

yüksək qiymətləndirilər. 

Birlik və ona üzv olan dövlətlər ümid edirlər ki, Ermənistan hökuməti Dağlıq Qarabağda sülh 

planını hələ qəbul etməyən elementlər tərəfindən onu tam şəkildə qəbul etmək və Azərbaycanda 

Dağlıq  Qarabağ  və  onun  ətrafındakı  indiki  daxili  çətinliklərdən  sui-istifadə  etməkdən  çəkinmək 

çağırışlarını  davam  etdirəcəkdir.  Birlik  və  ona  üzv  olan  dövlətlər  xəbərdarlıq  edirlər  ki,  hazırkı 

vəziyyətdə hər hansı bir tərəfin hücum əməliyyatı sülh planını təhlükə altına sala bilər. 

Birlik  və  ona  üzv  olan  dövlətlər  münaqişə  tərəflərini  planı  tam  şəkildə  dəstəkləməyə  çağırır 

ki,  bu, ATƏM-in  müşahidəçi  missiyasının  yerləşdirilməsinin  ilk  mərhələsini  asanlaşdırar.  Onlar 

həmçinin tərəfləri qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını qəbul etməyə razılıq və ATƏM 

müşahidəçilərin ərazilərdə yerləşdirildiyi andan təhlükəsizliyinə təminat verməyə təkid edirlər. 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə