Gülsüm Hüseynova. Tat dilinin leksikası
3
3
ÖN SÖZ
Hər bir dilin leksiklogiyasına elə bir özünəməxsusluq
xasdır ki, bu, onu sistem kimi tədqiq edilməsinə müəyyən
qədər mane olur. Qeyd edilən cəhəd ondan irəli gəlir ki, dilin
leksik sistemi həmişə açıq və dəyişkəndir. Bu sistemdə həm
mövcud sözlərin mənalarında dəyişmələr baş verir, sözün
semantikası genişlənir, sıxılır, daralır. Söz dildə işlək qatdan
çıxıb lüğət fondunun passiv qatına keçir. Bunun müqabilində
dilə yeni sözlər daxil olur. Dil başqa dillərdən söz alır, başqa
dillərə söz verir. Bütün bu hadisələr dilin leksik sistemində
daim baş verir Bir hadisə dilin inkişaf tarixinin müəyyən
dövründə daha çox müşahidə olunur, başqa bir hadisə isə sanki
dayanır. Başqa dildən sözalma və başqa dilə sözün keçməsi,
neologizmlərin yaranması və dilin lüğət tərkibinə daxil olması
kimi proseslər bir-birindən fərqli formalarda baş verir.
Məlumdur ki, tatlar irandilli xalq olub Xəzəryanı ərazilərdə –
İranda, Azərbaycanın şimal-şərq rayonlarında, Abşeron
yarımadasında, Dağıstanın cənub-şərqində, Dərbənd və
Mahaçqala
şəhərlərində
məskunlaşmışlar.
Azərbaycan
ərazisində tatlar, əsasən, respublikanın İsmayıllı, Xızı, Şamaxı,
Quba, Dəvəçi və Abşeron ərazilərində daha kompakt şəkildə
yaşayırlar. Bu baxımdan tat dilinin leksikologiyasının
Azərbaycan ərazisində yaşayan tatların dilinə dair materiallar
əsasında tədqiq olunmasına ehtiyac duyulur. Doğrudur, tat
dilinin leksikasına dair bir sıra tədqiqatlar mövcuddur. Lakin
bu tədqiqatlar müəyyən bir ərazi ilə məhdudlaşdırıldığından
araşdırmanın başqa ərazilər üzrə aparılması tələbi meydana
çıxır. Məsələyə bu yöndən yanaşmaq tat dilinin leksik
fondunun ümumi mənzərəsini aydınlaşdırmaq üçün xüsusi
əhəmiyyət kəsb edir. Azərbaycanda yaşayan tatların dili
Azərbaycan dili ilə daimi təmaslı əlaqədədir. Bu əlaqələr,
Gülsüm Hüseynova. Tat dilinin leksikası
4
4
şübhəsiz ki, tat dilinin leksik sisteminə xüsusi təsir göstərir.
Həmin təsirlərin müxtəlif aspektdən öyrənilməsi mümkündür.
Müəllif əsərdə tat dilinin lüğət tərkibinə daxil olan sözlərin
ümumi fondunun yaradılması, bu sözlərin mənşəcə təsnifi, tat
dilində
antonimlərin,
sinonimlərin,
omonimlərin
xüsusiyyətlərinin əlaqəli olduğu dilin təsiri prizmasından
təyini, tat dilinin leksik qatında terminlərin yerini, terminlərin
yaranması və alınması məsələlrini ön planda nəzərə
çatdırmışdır. Oxuculara, dilçilərə təqdim olunan bu
monoqrafiyada tat dilinin leksikasının kompleks və
Azərbaycan dili ilə müqayisəli şəkildə araşdırılmasına cəhd
edilmişdir. Məlumdur ki, müxtəlif etnoslar, xalqlar arasındakı
münasibətlərdə dil mühüm rol oynayır. İctimai, mədəni, sosial
və iqtisadi sahələrdə əlaqələrin gerçəkləşməsi üçün dildən
istifadə edilir. Buradan belə bir nəticə çıxır ki, dil əlaqələri də
ictimai səciyyə daşıyaraq iqtisadi, siyasi, mədəni, dini və bu
kimi əlaqələr çərçivəsində təzahür edir. Dil müxtəlif dillərlə
təmaslı və təmassız əlaqələr zəminində yaşayır. Əlaqələr
təmaslı olduqda dillərin bir-birinə təsiri baş verir. Bu təsir çox
zaman qarşılıqlı olur. Deməli, dilin inkişafı xalqın tarixi, onun
yaşadığı ərazi və onunla qonşu olan xalqların dili və tarixi ilə
bağlıdır və dilin daşıyıcısı olan xalqın, etnosun başqa xalqlarla
münasibətlərindən də asılıdır.
Söz dilin əsas, müstəqil vahididir və lüğət tərkibinin
formalaşması sözlərdən asılıdır. Ona görə də lüğət tərkibinin
tədqiq olunmasının əsas məsələsi sözlərin leksik-semantik
cəhətdən araşdırılmasıdır. Leksikologiyaya dair tədqiqatlarda
lüğət
tərkibindəki
sözlərin
leksik-semantik
qruplara
bölünməsi, sözlər arasındakı semantik əlaqələr, sözlərin
çoxmənalılığı, omonimliyi, sinonimliyi, antonimliyi, lüğət
tərkibinin ümumişlək və xüsusi leksik qatları kimi məsələlər
daim diqqət mərkəzindədir. Bütün bu məsələlər ayrılıqda
Gülsüm Hüseynova. Tat dilinin leksikası
5
5
götürülmüş bir dil üçün və eləcə də, müəyyən dillər üçün
müqayisəli şəkildə öyrənilir. Bununla belə, elə dillər vardır ki,
onların leksikasının qeyd edilən səviyyələrdə kompleks şəkildə
araşdırılmasına ehtiyac vardır. Tat dili də belə dillərdən
biridir.
Tat dilinin Quba ləhcəsinə bu dilin digər ləhcələri ilə
müqayisədə daha çox tədqiqatçı müraciət etmişdir. Quba
ləhcəsi haqqında bir sıra əsərlərdə məlumat və materiallar
verilmiş, ləhcənin müxtəlif məsələləri haqqında məqalələr dərc
olunmuş, leksikası ayrıca tədqiqat obyekti olmuşdur. Quba
ləhcəsinin lüğət tərkibini ləhcənin özünəməxsus sözləri və
alınma sözlər qruplarına bölürlər. Bu zaman ləhcənin
özünəməxsus sözlərindən bəhs edilərkən tat və ya İran qrupuna
aid olan sözlər birləşdirilir. Müəllifə görə, bu məsələnin
dəqiqləşdirilməsi üçün tat dilinin digər ləhcələrinə aid sözlərin
toplanması, qruplaşdırılması, genealoji təsnifinin aparılması və
sonda onların ləhcələrarası müqayisə obyekti olması daha
aktualdır. Bu halda tat dilinin leksikasının araşdırılması
məsələsi ayrılıqda götürülmüş bir dilin leksikologiyasına aid
tədqiqat səviyyəsindən kənara çıxır və dil əlaqələri problemi
müstəvisinə keçir. Bu məsələnin öyrənilməsi, şübhəsiz ki, daha
vacibdir.
Lüğət tərkibinə daxil olan sözlərin qruplaşdırılması,
bütün leksik-semantik qrupların təyini dilçiliyin mürəkkəb
məsələlərindən biridir. Bu problem leksikologiya ilə bağlı
tədqiqat işlərində, xüsusən lüğət tərkibinin semantikaya görə
təsnifində həmişə ön plana çıxır. Nəticədə çoxsaylı leksikoloji
tədqiqatlarda müxtəlif təsnifatlar nəzərə çarpır. Sözlərin
məfhumlar əsasında qruplaşdırılması zamanı ümumidən
xüsusiyə doğru getdikcə budaqlanmalar artır. Məsələn,
bitkiləri ağaclar, kollar, dənli bitkilər, tərəvəz, meyvə, yem
bitkiləri, dərman bitkiləri və sair qruplara ayırmaq olur. Bütün
Dostları ilə paylaş: |