108
Portretl r
texnikasında (15,1 x 24,3 sm) işləyib. Görünür
o, ifadəli cizgiləri ilə seçilən bu portreti də o
biriləri kimi hansısa nəşriyyatın sifarişi ilə
ərsəyə gətiribmiş...
Əgər Bəhruz bəyin portret janrında
işlədiyi digər əsərləri səciyyələndirməli olsaq,
onda ilk növbədə bu nümunələrdə bilavasitə
onun müasirlərinin əks olunduğunu qeyd
etmək istərdik. Bu məqamı vurğulamaqda
məqsədimiz rəssamın bilavasitə reallıqda
gördüklərini əyaniləşdirdiyini, obrazlara
münasibətdə öz duyumunu ifadə
etdiyini bildirməkdir.
İlk növbədə onun bu portretlərinin
bədii-estetik tutumunda – bədii şərhində
iki cür yanaşmanın mövcud olduğunu
deməliyik. Bunlardan birincisi
rəssamın müraciət etdiyi obrazların
təsvirinin klassik-akademik üslubda
işlənməsidir. Belə bədii münasibəti
rəssamın “Şirin xanımın portreti”,
“Mirzə Heydər Nəsirbəyovun portreti”,
“Nazlı xanım Tahirova (Nəcəfova),
“Qadın portreti”, “Əsəd ağa Kəngərli”
və b. əsərlərində görmək mümkündür.
Bu cür yanaşmanın tətbiqini obrazların
kimliyindən asılı olaraq ortaya çıxdığını
da məntiqli hesab etmək olar. Bəhruz
bəyin o dövrdə Naxçıvanın tanınmış
adamlarından sayılan Mirzə Heydərin
portretini başqa cür işləməsini sadəcə təsəvvür
etmək çətindir. Bu yerdə həmin portretin
sifariş əsasında işlənilməsi ehtimalını da
nəzərə alsaq, rəssamın obrazları daha real-
gerçəkçi tutumda əks etdirməsinin məqsədli
olduğunu söyləmək olar. Etiraf edək ki, təhsil
illərində tələbə-rəssamın klassik ənənələrlə
səsləşən portretlər işləməsi nə qədər təbiidirsə,
bu cür yanaşmaya onun yaradıcılığının
müstəqillik mərhələsində rast gəlinməsi yalnız
onun sifarişçini narazı salmamaqdan irəli gələ
bilərdi. Digər tərəfdən, ilk dəfə canlı rəssamı
və onun yaratdıqlarını görən Naxçıvan hələ
Paris deyildi. Odur ki, belə bir şəraitdə o, nəyi
necə çəkməyi çox yaxşı bilirdi. Rəssamın bu
yanaşmasına bu qədər geniş münasibətimizin
kökündə heç də onu aşağılamaq durmur.
Ümumiyyətlə, sənətdə cərəyanları, bədii
yanaşmaları qarşı-qarşıya qoymaq düzgün
elmi-metodiki münasibət deyil. Belə ki,
onların hər biri müəyyən zaman kəsiyində
yaşananların bədii-estetik tutumda ifadəsi
olmaqla yanaşı, özündə hər bir yaradıcının
gerçəkliyə özünəməxsus münasibətini yaşadır.
Odur ki, Bəhruz bəyin real tutumlu portretlərinə
də bu aspektdən yanaşmalıyıq. Onlarda gənc
rəssamın nümayiş etdirdiyi sənətkarlıq isə
kifayət qədər yüksəkdir. Həm Şirin xanımı,
həm də Mirzə Heydəri və Əsəd ağanı, eləcə
də Nazlı xanımı və naməlum gözəl qadını
əks etdirən portretlərdə gənc Bəhruz bəyin
on ilə qədər davam edən müstəqil yaradıcılığı
dövründə qraik icra mədəniyyətinin kifayət
qədər kamilləşdiyini görmək mümkündür.
Etiraf edək ki, bu portretlər XX əsrin ilk
qərinəsində yaradılan və faktiki olaraq
yenicə formalaşmağa başlayan Azərbaycan
realistik təsviri sənət məktəbinin başlanğıcının
necəliyini özündə hifz edən əsərlər olduğundan
həm də bədii-tarixi əhəmiyyət kəsb edir.
Bu yerdə onu da əlavə edək ki, yaradıcılığı
bütünlükdə realist sənət ənənələrinə tapınan
Bəhruz bəyin yuxarıda adları qeyd olunan
portretlərindən əlavə, ömrünün sonuna –
1922-ci ilə kimi vaxtaşırı yaratdığı müxtəlif
adamların portretlərində də onun məhz
gerçəkçi olmağa üstünlük verdiyini görmək
mümkündür. Amma onun bu gerçəkçiliyi
özünəməxsus və duyğulandırıcıdır. Bunu
rəssamın yaxınlarını və müasirlərini əks
109
Portretl r
etdirən əsərləri ilə yanaşı, qaçqınlara həsr
olunmuş portretləri də təsdiqləyir. Onların
arasında yüksək bədii-estetik tutumuna görə
“Oğlan portreti” (1917), “Rus dili müəllimi
Mirzə Məhəmməd Zamanbəyovun (Zamanov)
portreti” (1917), “Şirniyyatçı Kərbəlayi
Heydərin portreti” (1919), “Qoca kişinin
portreti” (1919), “Tatar kişinin portreti”
(1920), “Qadın portreti” (1921), “Oğlanın
portreti” (1922) və s. əsərləri xüsusilə diqqət
çəkir.
Gənc rəssam 1917-ci ildə çəkdiyi
“Rus dili müəllimi Mirzə Məhəmməd
Zamanbəyovun (Zamanov) portreti”
əsərində bu janrda ərsəyə gətirdiyi əvvəlki
lövhələrində nümayiş etdirdiyi yüksək
ustalıq ənənəsini davam etdirmişdir.
Əsərin adından da göründüyü kimi
portretdə Naxçıvanda rus dili müəllimi
kimi tanınan Mirzə Məhəmməd təsvir
olunub. Tarixdə onun adı Azərbaycanın
görkəmli ziyalıları ilə bir sırada
çəkilir. O da məlumdur ki, Mirzə
Məhəmməd Azərbaycan xanlıqlarından
olan Naxçıvan hakimi Kərim xanın
nəticəsidir. Əslən kəngərlilərin Bilici
qolundandır. Bir vaxtlar Qori müəllimlər
seminariyasında təhsil alan Mirzə
Məhəmməd Naxçıvanda dərs deyərkən
Bəhruz bəyin də müəllimi olubmuş. Odur
ki, keçmiş müəllimlə gənc rəssamın bu
təmasını haradasa Bəhruz bəy üçün bir sənət
imtahanı da saymaq olar. Reallıqda, bir vaxtlar
müəlliminin qarşısında şagird kimi dayanan
balaca Bəhruz, qısa zaman kəsiyindən sonra
bu portreti işləyərkən artıq məşhur ziyalının
önündə öz sənətinin tanınmış peşəkarı kimi
dayanmışdı. Bu mənada yəqin ki, rəssamın
əsərin yaxşı alınması üçün duyulası səy
göstərdiyi birmənalıdır. Kömürlə işlənmiş bu
qraik lövhədə hiss olunur ki, Bəhruz bəy əldə
etdiyi sənət vərdişlərini nümayiş etdirməyə nail
olmuşdur. Portretin kompozisiyası, əzalarının
dəqiq və inandırıcı ifadəsinini şərtləndirən
işıq-kölgə həlli klassik ənənələrə uyğundur,
desək, həqiqəti ifadə etmiş olarıq. Lakin bu
klassik dəqiqlikdə obrazın yaddaqalanlığını
təmin edən emosionallıq da az deyil. Belə
ki, əsərin bədii həllində obrazı “təntənəli
portret” tipinə xas olan məziyyətlərə müvaiq
keyiyyətlərlə bələməyə çalışan rəssam
görkəmli ziyalının duyulası bədii-estetik təsir
gücünə malik olan portretini yaratmağa nail
olmuşdur. Bunun üçün o, bilavasitə obrazın
çöhrəsinin cəlbediciliyini əldə etmək üçün bir
çox portretlərində olduğu kimi kompozisiyaya
əlavə – köməkçi atribut-detal daxil etməmişdir.
Məhz bunun sayəsində portretlə təmasda olan
tamaşaçı Mirzə Məhəmmədin nüfuzedici
baxışları ilə göz-gözə qalır. Doğrudan da neytral
yerlik-fondan tamaşaçıya zillənmiş bu gözlər
özündə duyulası insani keyiyyətlər daşıyıcısı
olduğuna hər kəsi inandırmaq gücündədir.
Onun obrazın nurlu çöhrəsinə xüsusi ifadəlilik
verməsi də danılmazdır. Heç şübhəsiz
rəssam müəlliminin portretinin cəlbediciliyini
artırmaq üçün əsərdə digər bədii vasitələrdən
də istifadə etmişdir. Şaquli kompozisiyanın
bütün səthini qara rəngin dəyişkən çalarları ilə
örtən Bəhruz bəy yalnız müəllimin ziya saçan
çöhrəsini və onun yüzlərlə şagirdə yazmağı
öyrədən əllərini işıq selinə bələmişdir. Bunun
hansı təsir qoyduğunu görmək bir o qədər
də çətin deyildir. Yeri gəlmişkən əlavə edək
ki, tanınmış ictimai dövlət xadimi Fikrət
Əhmədov və onun Azərbaycanın Milli
Qəhrəmanı fəxri adına layiq görüılmüş oğlu
Riyad Əhmədov Zamanbəyovlar nəslinin
nümayəndələridirlər...
Bu yerdə deyək ki, gənc rəssam