103
Portretl r
qəbulunda oldum, baxdı şəklə, bəyəndi,
incəsənət muzeyinə göstəriş verdi ki, əsərə
baxıb alsınlar. Çox sevindim. Sevindim ki, el
ağsaqqalı Mirzə Heydər bəylə xalq rəssamı
Bəhruz Kəngərlinin üzbəüz olduqları bir neçə
saatda yaranmış bu sənət incisi hamımızın
olmaq üçün 80 il sonra sanki təzədən doğuldu,
onunla mədəniyyətimiz bir az da zənginləşdi.
Sevindim ki. həyata qayıdan, hamının olmağa
gələn əsəri ilə Bəhruz Kəngərli bir daha
özü haqqındakı sükutu, sevmədiyi sükutu,
məngənəsində 21 il çırpınsa da, heç vaxt
ruhunu təslim etmədiyi, dəfələrlə məğlub
qoyduğu s-ü-k-u-t-u bir daha dağıtdı...
Tez sevinibmişəm!...
Lap həmin məşhur “Əhməd
haradadır?” ilmindəkinə bənzəyən
əhvalatdır. Əhməd Əliyev adlı oğlunu
axtaran yaşlı ata-ananın qabağına fərsiz
Zülümov onlardan da qoca, tamam ayrı
bir Əhməd Əliyevi çıxarır. O qoca Əhməd
Əliyev valideynlərinin lap çoxdan Allah
rəhmətinə getdiyini söyləyərək görüşə
getməyə nə qədər müqavimət göstərsə
də, Zülümov təkid edir ki, sənə yalnış
məlumat veriblər, ata-anan ölməyib,
öz ayaqları ilə gəliblər, səni axtarırlar.
Taleyin işidir. Bəxt üzünə gülməmiş, acılı
həyat yaşamış rəssam Bəhruz Kəngərlinin
yalnız nanəcib unutqanlıq deyil, başqa cürbəcür
əcaib münasibətlər də ölümündən çox sonra
belə müşayiət etməliymiş. Lakin haqqında
bəhs edəcəyim pis hadisəni qəzavü-qədərin
boynuna yıxmaq qətiyyən düz çıxmadı. Bu
halda günahkar bizik. Bəhruz Kəngərlinin
qədirbilməz soydaşları, haqq itirən nəvələri”.
Əziz oxucu, tələsmə, indi birlikdə
vəd etdiyimiz bu əhvalatın ən maraqlı və
gözlənilməz məqamlarına şahidlik edəcəyik.
Rafael müəllim “Əhməd haradadır?” ilmini
də elə belə yada salmayıb. Gəlin sözü yenə
də ona verək: “Naxçıvanlı Mirzə Heydər
Nəsirbəyovun Bəhruz Kəngərli çəkən
portretini mənə nəvəsi Xürrəm Rüstəmov
gətirmişdi: “Bu rəsmi Naxçıvanda evimizdə
gözümü dünyaya açdığım andan görmüşəm”,–
demişdi.
Xürrəmin maddi ehtiyacı vardı, amma
portreti mənə gətirməkdə məqsədi yalnız
həmin ehtiyacı deyildi. Daha yüksək istəkləri
də vardı. Bir tərəfdən, ehtiyat eləyirdi ki,
Naxçıvanda yaşayan, artıq çox qocalmış anası
vəfat edər, o gedib yetişənəcən babasının son
yadigarı olan şəkil qarışıqlıqda itər, tələf olar,
digər tərəfdən də düşünürdü ki, bu nadir əsər
muzeydə yerini tapsa həm muzey zənginləşər,
həm də Bəhruzun, onunla yanaşı isə babasının
xatirəsi daha artıq əbədiləşər. Həm Bəhruz
Kəngərliyə, həm də babasına xüsusi heyranlıqla
baxan bu sadə adamdan “Yaxşı, hansı qiymətə
satmaq istəyirsiniz?” soruşanda elə sevgisinə
mütabiq olan və kinolarda eşitdiyi, bizim
tərələr üçün fantastik bir qiymət söyləmişdi:
“50 min dollar”. Başa salmışdım ki, mənəvi
baxımdan deyiləndən qat-qat yüksək qiymətə
layiq olsa da, bu əsərin bütün məziyyətləriylə
və Azərbaycan muzeylərinin məhdud
imkanlarıyla müəyyənləşən qiyməti təxminən
2-3 min dollardır. 50 mindən dərhal 2-3 minə
düşmüşdü, buna da şükür demişdi. Mədəniyyət
naziri Polad Bülbüloğlu nazirliyin kasıblığına
baxmayaraq, imkan aramışdı, portretin alınması
üçün 6 milyon manat vəsait ayrılmasını
tapşırmışdı. Muzey əvvəlcə əsəri həvəslə
qəbul etmişdisə də, elə alqı-satqı məsələsi
gerçəkləşəndə naməlum səbəblərdən qəilcə
sövdədən imtina etmiş, bayaqdan müsbət olan
ikrindən kəskin şəkildə daşınmışdı. Sanballı
bir komissiyanın mötəbər imzalarıyla 1998-
ci il oktyabrın 7-də (N 01-47) ekspert rəyi
104
Portretl r
düzəltmişdilər ki, bu əsərin Bəhruz Kəngərliyə
dəxli yoxdur – müəllif Keterşimovdur! (Tarix
bu soyadlı rəssam tanımır!). Buna bəlkə də
dözmək olar. Gülməlisi və bəlkə də ağlamalısı
budur ki, üstəlik portreti onlara təqdim etmiş
Xürrəmə də səhv etdiyini, şəkildəkinin onların
doğmaca babası yox, bir naməlum dağıstanlı
olmasını qandırmağa çalışmışdılar.
“Ekspertizaya təqdim olunan qraik əsər sarı
xətləri olan kağız üzərində yağlı karandaşla
icra olunmuşdur. Sağ küncün yuxarı hissəsində
su nişanları izləri var. Ultrabənövşəyi
şüalarla aparılmış tədqiqat göstərir
ki, sonra əsərə heç bir müdaxilə
olmamışdır.
...Yuxarıda təsviri verilən qraik
vərəqi təqdim edənin dediyinə görə,
bu əsərin müəllii Bəhruz Kəngərlidir.
Lakin muzeyin ekspert komissiyasının
keçirtdiyi tədqiqat və ekspertiza onu
təsdiq etməyə əsas verir ki, göstərilən
əsər B.Kəngərlinin fırçasına məxsus
deyildir. İcra üslubu, kompozisiya və
detallarının təsviri onun yaradıcılıq
üslubu üçün xarakterik olmadığına görə
ekspert komissiyası ultrabənövşəyi
şüalar vasitəsi ilə ekspertiza keçirməyi
məqsədəuyğun saymışdır. Tədqiqat
nəticəsində aydın olmuşdur ki, aşağıdan
sağ küncdəki imza B.Kəngərliyə
məxsus olmayıb B.B.Keterşimov soyadlı
müəllifə aiddir. Belə ki, istər imza, istərsə də
rəsm eyni əllə icra olunmuşdur”.
Rəyin altındakı imzaların da hər biri
nüfuzlu, hörmətli İbrahim Zeynalov, Rasim
Əfəndiyev, Asəf Cəfərov, Arif Ələsgərov,
Natiq Səfərov, Elmira Qasımova.
Polad Bülbüloğlu necə inanmasın bu
rəyə? Mən – sıravi sənət həvəskarı bu cür
peşəkarların belə qəti rəyinə necə inanmayım?
Amma and-aman edən, “Axı bu şəkli
rəhmətlik Bəhruz bəy anamın gözünün
qabağında çəkib” deyən Xürrəmə də inanmaya
bilmirdim...
Odur ki, həmin portreti və rəyi yanaşı
qoyub ultrabənövşəyi şüalarsız bir də diqqətlə
nəzərdən keçirməyi qərara aldım. Rəydəki
bir para məntiqsizliklər şübhələndirdi məni.
Yazırlar ki, əsər karandaşla çəkilib. Düz
yazırlar. Yazırlar ki, əsər Bəhruzun fırçasından
çıxmayıb. Bunu da düz yazırlar. Karandaşla
çəkilmiş bir əsər, əlbəttə ki, fırçadan çıxmaz.
Onu da təsdiq eləyirlər ki, imza da, rəsm də eyni
əldən çıxıb. Xub! Bu da düz. Bəs o Keterşimovu
haradan kəşf ediblər? Axı mən rəssam olmasam
da, gözümün xüsusi itiliyi ilə seçilməsəm də,
ultrabənövşəyi şüam olmasa da görürəm ki,
portretin altında açıq-aşkar “Kenqerlinski”
yazılıb. Bunu rəyə imza atanların biri görməsin,
ikisi hiss etməsin, üçü başqa cür oxusun... Yəni
hamısımı eyni vaxtda, eyni cür “çaşıblar?”
tanınmış xalq rəssamlarımız, alimlərimiz
– ümid, inanc yerimiz olan ekspertlərimiz
hətta ultrabənövşəyi şüaların köməyindən
yararlanandan sonra da “Kenqerlinski”ni
“Keterşimov” görürlərsə, belə heyrətləndirici
Bəhruz bəy Kəngərlinin
“Keterşimov” kimi oxunan imzası.