46
Uşaqlıq ill ri
Bu mənada görkəmli fırça ustasının
müasiri olan və zamanında Bəhruz bəydən
rəssamlıq
sənətinin
sirlərini
öyrənən
sənətşünas-rəssam Adil Qazıyevin qeydləri
maraq doğurur: “Hələ kiçik yaşlarından
yatalaq xəstəliyindən sonra ağır eşidən Bəhruz
ümumtəhsil məktəbində oxuya bilməyib.
O, kiçik yaşlarından rəsmə həvəs göstərib.
Kəngərli uşaqlıq dövrünə aid ən adi dəftər
vərəqləri üzərində çəkdiyi rəsmlərini mənə
göstərərdi”.
Rəssamı öz doğma övladı kimi
sevən və əzizləyən analığı Şirin xanımın
xatirəsi də səmimiliyi ilə diqqət çəkir:
“Bəhruz hər gün evə gələndən sonra
kitablarını bir yana qoyub, bir karandaş
və bir parça kağız götürər, o baş – bu
başa gəzər, bağçaya çıxar, evə qayıdardı.
Bir azdan görürdük ki, o, kağızda
nəyinsə şəklini çəkib. Əvvəllər nə mən,
nə də atası Bəhruzun şəkil çəkməsinə
əhəmiyyət verməzdik. Hətta bəzən, biz
hayıfsılanırdıq ki, o, vaxtının çoxunu
şəkil çəkməyə sərf edir. Amma sonralar
atası onun istedadına inanmağa başladı,
onun üçün Tilisdən kağız, karandaş,
rəng gətirtdi” (K.Kərimov. Bəhruz
Kəngərli, 1962, səh.9).
Şirin xanımın bu xatirəsindən çıxış
etsək və bura atasının atdığı addımları
da əlavə etsək, deyə bilərik ki, Bəhruz bəyin
rəssamlığa həvəsinin ciddiləşməsinə və peşə
seçiminə çevrilməsində bilavasitə ailəsi əsas
rol oynamışdır. Heç şübhəsiz bu prosesdə ona
ilk növbədə dövrünə görə mütərəqqi sayıla
biləcək rus-tatar məktəbində oxumasının da
müsbət rolu ola bilərdi.
Amma burada o vaxtlar rəssamlıq
təhsili almış hansısa müəllimin dərs dediyini
düşünmək də sadəlövhlük olardı. Buna
baxmayaraq belə tip məktəblərdə rəsm
fənninin tədris olunmasınınn qar şılığında,
burada keçirilən dərsin keyiyyətindən asılı
olmayaraq onun istedadının üzə çıxarılmasına,
ruhunda gəzdirdiyi rənglərə olan sevginin daha
da güclənməsinə təsiri də istisna deyil.
Bununla belə, qənaətimizcə Bəh ruz
bəyin yaradıcı kimi formalaşmasında əsrlərin
qovşağında yenicə təşəkkülünə qədəm qoyan
milli mətbuatın duyulası rolu olmuşdur.
Bu sırada ilk növbədə 1906-cı ildən
həmyerlisi
Cəlil
Məmmədquluzadənin
redaktorluğu ilə nəşr olunmağa başlayan
və şəkilli illüstrasiyaları ilə azyaşlı Bəhruz
bəyin marağına səbəb ola biləcək “Molla
Nəsrəddin” məcmuəsinin adını çəkmək
lazımdır. İlk nömrəsindən başlayaraq həm də
öz dövrünün “bədii güzgü”sünə çevrilən bu
jurnalın cəmiyyəti dünyaya və onun təzadlı
hadisələrinə açıq gözlə baxmağa çağırması onu
çox məşhurlaşdırmış, hamı üçün çox maraqlı
bir qaynağa çevirmişdi.
“Molla Nəsrəddin”in Naxçıvanda ilk
abunəçilərindən olan Şirəli bəyin ailəsində bu
jurnalı çox sevirdilər. Onun hər yeni sayını ən
çox gözləyən isə yəqin ki, artıq gördüklərini
dəyərləndirməyi,
ağı-qaradan
seçməyi
bacaran Bəhruz bəy idi. Çünki, bu jurnal
sözün əsl mənasında onun ruhunda gəzdirdiyi
rəssamlıq həvəsini – yaratmaq missiyasının
gerçəkləşməsi yönündə qətiyyətli bir addım
olmuşdu.
Beləliklə, onun məktəbdən başlayan
rəsm çəkmək həvəsi evlərində 1906-cı ildən
başlayaraq artıq yeni bir mərhələyə daxil olur,
desək,yanılmarıq.
O, jurnaldakı gülməli felyetonları və
düşündürücü məqalələri oxumaqla yanaşı,
rəssam Oskar Şmerlinq, İosif Rotter və Əzim
Əzimzadənin çəkdiyi satirik ruhlu rəsmlərin
47
Uşaqlıq ill ri
xoşuna gələnlərinin surətini çıxarardı.
Bunlar o dərəcədə diqqətçəkən olur ki,
valideynləri ilə yanaşı atasının dostları
da çəkilənləri təqdir edir və Bəhruz
bəyin gələcəkdə rəssam olacağı barədə
düşünməyə başlayırlar. Odur ki, onlar
rəssam olmaq üçün təkcə şəkillərin
üzünün köçürülməsinin az olduğunu
söyləyər, həm də naturadan rəsm çəkməyi
tövsiyə edirlər.
Beləcə, Bəhruz bəyin ev-məktəbdə
təhsil illəri tamamlananda, o, həm də
qətiyyətlə özünün gələcək peşə seçimini
müəyyənləşdirmiş bir yeniyetmə idi...
Yeri gəlmişkən deyək ki, gələcək
rəssamın öz məşhur sələlərini təqlid
etməsi onun sonrakı yaradıcılığında izsiz
ötüşməyib. Bu gün onun bədii irsini təşkil
edən çoxsaylı əsərlərin arasında onun şarj və
karikaturalarına da rast gəlinməsi də bunun
təsdiqidir.
Bəhruz bəyin ev şəraitində Azərbaycan
və rus dillərində sərbəst oxumağı və yazmağı
öyrənməsi ilə yanaşı, onun kitab və jurnallarda
gördüyü şəkilləri kağıza köçürməsini gələcək
rəssamın ilk “yaradıcılıq nümunələri” də
saymaq olar.
Bu yerdə əlavə edək ki, psixoloji təzadlar
burulğanında çırpınan balaca oğlu üçün rəsm
çəkməyin yeganə ikirdağıdıcı məşğuliyyət
olduğunu görən Şirəli bəy evlərinə başqa
şəkilli kitab və jurnallar gətirməkdə davam
edirdi. Onlar “Molla Nəsrəddin”lə yanaşı,
həm də rus dilində çap olunmuş nəşrlər idilər.
Rus dilinə yaxşı bələd olan Bəhruz bəy məşhur
rəssamlar haqqında orada çap olunan yazıları
çox maraqla oxuyar, onların yaradıcılığında
müxtəlif mövzu və janrların yer aldığına
şahidlik edərdi.
Bu fərdi hazırlığın və özünü
maariləndirmənin müsbət təsiri özünü
Bəhruz bəyin professional rəssamlıq üçün
önəmli sayılan naturadan rəsm çəkməyə sövq
etməsində göstərirdi. Bu da Tilisə gedib
sevdiyi peşənin sirlərini öyrənmək arzusu ilə
yaşayan Bəhruz bəy üçün çox vacib idi...
Bir müddət keçəndən sonra Bəhruz bəy qəti
olaraq rəssamlıq təhsili almaq qərarına gəlir və
atasından onu Tilisə oxumağa göndərməsini
xahiş edir. Şirəli bəy isə oğlunun eşitmədiyini
nəzərə alaraq, onun həm də doğma evdən
uzaq bir yerdə rəssamlıq təhsili ala biləcəyinə
inanmadığından, tərəddüd edir. Lakin oğlunun
onsuz da daşıdığı qüsura görə hələ də sarsıntılar
Rus tatar məktəbi şagirdlərinin siyahısı. 1905-ci il.