130
"Qaçqınlar" silsil
e
si
yeniyetmənin ruhuna hopmuş intiqam hissini
qabartmağa, onun həm də narahat – nüfuzedici
baxışlarına ötürülməsini şərtləndirmişdir...
“Yaylıqlı qız” (1920), “Qaçqın İmran
çanta ilə” (1921), “Qaçqın oğlanın portreti”
(1921), “Gənc qadının portreti” (1921) və
s. portretlərdə də rəssam gerçəkçi bədii
vasitələrlə Naxçıvanda rastlaşdığı qaçqın
uşaqların yaddaqalan obrazlarını yaratmağa
nail olmuşdur.
Bəhruz bəy Kəngərlinin “Qaçqın lar
arabada” (1921) əsərində isə yurd-
yuvasını
itirmiş
soydaşlarımızın
Naxçıvana gəlişi təsvir olunub.
Mənzərə ilə əlaqəli təqdim olunmuş
motiv cəlbedici və yaddaqalandır.
“Gənc qızın portreti” (1920),
“Əyləşmiş qadın” (1920), “Ayaqyalın
qadın” (1920). “İki qadın iquru”
(1920), “İki qaçqın qız” (1920) və
“Yaycı kəndindən qaçqın oğlan”
(1921) əsərlərində isə Bəhruz bəy
kompozisiyaların formatını bilərəkdən
dəyişdirmişdir. Belə ki, əgər bir qədər
yuxarıda adlarını çəkdiyimiz və
qısa şərhini verdiyimiz portretlərdə
obrazlar daha yaxından görüntüyə
alınmışdılarsa, indi haqqında söz
açmaq istədiyimiz əsərlərdə isə qaçqın
yeniyetmələr bütöv – ayaqdan başa kimi
təsvir olunublar. Yuxarıda vurğuladığımız
kimi rəssamın obrazları bu formatda təqdim
etmək istəyi, həm də onların yalın ayaqlarını
göstərmək niyyətindən irəli gəlmişdir. Bu
vurğulama – niyyət ilk növbədə ölüm təhlükəsi
altında doğma ocaqlarını tələm-tələsik tərk
etməyə məcbur olmuş insanların zamanında
gərginliyə bələnmiş yaşantılarla baş-başa
qaldıqlarına bədii işarə kimi qəbul olunur.
Rəssamın sulu boya texnikasına özünəməxsus
münasibətini əks etdirən yaxı oynaqlığının
belə portretlərə duyulası ekspressiya bəxş
etdiyi də birmənalıdır. Bu portretlərdə
müxtəlif xarakterli çöhrələr istisna olmaqla,
kompozisiyanı təşkil edən qalan hissələr
oynaqlığı hiss olunan yaxılarla örtüldüyündən
obrazların fərdi yaşantıları aydın duyulur.
Bəhruz bəyin 1920-ci ildə çəkdiyi “İki
qadın iquru”nu Naxçıvan mənzərəsi fonunda
təsvir etməsini də müəlliin əsərə əhatəlilik və
məkan konkretliyi vermək istəyi kimi qəbul
etmək olar. Möhtəşəm İlandağın və hündür
minarəli məscidin qarşısında görüntüyə alınan
qadınların fərqli yaşantılara bələndiklərini
duymaq da çətin deyil. Belə ki, onlardan biri
geniş açılmış gözlərini tamaşaçıya zilləsə də,
digəri rəssamın onların göstərdiyi diqqət və
qayğıya baxmayaraq baxışlarını naməlum
istiqamətə yönəltməklə, hələ də itirdiklərinin
həsrətində olduğunu sərgiləməkdədir. Bu yerdə
deyək ki, ölçü etibarilə bir o qədər də böyük
olmayan (13,9x18,2 sm) bu qraik əsər ilk
baxışda portret janrının tələbələrinə müvaiq
görünsə də, bədii-estetik və psixoloji tutumuna
görə süjetli tablo təsiri bağışlayır. Təbii ki, bunu
B.Kəngərli. “İki qadın iquru”. 1920.
131
"Qaçqınlar" silsil
e
si
şərtləndirən başlıca səbəb, kompozisiyaya
daxil edilmiş iqurların və müxtəlif ayrıntıların
məna-məzmun
daşıyıcılığının
məhdud
çərçivədə qalmamasıdır. Bu önəmli bədii
məziyyətin rəssamın “Ayaqyalın qadın” (1920),
“Qaçqınlar” (1921), “İki qaçqın qadın” (1920),
“Oturmuş oğlan” (1920) və “Əyləşmiş qadın”
(1920) lövhələrində müşahidə olunmaması da
göstərir ki, bununla dolayısı həm də janrların
qovşağına nail olan müəllif bütünlükdə əsərin
təsirliliyinə nail ola bilmişdir.
Rəssamın iri planda təqdim etdi-
yi qaçqın portretlərində də onun insan
psixologiyasına nüfuzetmə bacarığına
malik olduğunu görmək mümkündür. Bu
mənada onun “Qaçqın oğlan” (1920),
“Avşar kəndindən qaçqın qız Cümsün”
(1921), “Cavan oğlan” (1921), “Qaçqın
qız” (1921), “Canfədalı kəndindən qaçqın
oğlan” (1920),“Cavan oğlanın portreti”
(1920), “Qırmızı yaylıqlı qız” (1920) və
digər portretlərinin adını çəkmək olar.
“Qırmızı yaylıqlı qız” lövhəsində
obraz tərəindən yaşanan özünəməxsus
psixoloji yaşantının ifadəsində rəssamın
nümayiş etdirdiyi sənətkarlıq sözün əsl
mənasında heyranedicidir. Yeniyetmə
qızın geyimindəki səliqəsizliyin ekspres-
siv tutumu qarşısında onun aydın baxışlı
çöhrəsi kifayət qədər cəlbedici və mənalıdır.
Doğrudan da bu qızın çöhrəsindəki ovqatın
kövrəkliyini duymamaq çətindir. Onun niga-
ran baxışları ilə “qaçan” dodaqlarının qovşa-
ğının duyulanlığı ilə rəssamın obrazın ümumi
tutumunun yaddaqalanlığını əldə etmişdir,
desək, yanılmarıq...
Bəhruz bəyin 1920-ci ildə yaratdığı
“Canfədalı kəndindən qaçqın oğlan” lövhəsi
də psixoloji yaşantılarının qabarıqlığına görə
diqqət çəkir. Portret üçün seçilmiş yerlik-fondan
başlayaraq geyimində geniş tətbiq olunan yaxı
oynaqlığı, portretin təsirliliyinə xidmət edən
bədii-texniki “pauza”larla taleyinə qaçqınlıq
taleyi yazılmış yeniyetmənin obrazının
zənginliyini şərtləndirmişdir. Geyimi ilə
papağının tünd rəngləri arasından tamaşaçıya
tuşlanmış işıqlı çöhrəsində ümidsizliklə
gələcəyə inam qoşalaşdığından əsərin təzadlı
duyğular aşılaması hiss olunandır...
Rəssamın “Avşar kəndindən qaçqın qız
Cümsün” əsərində isə obrazın olub-keçənlərlə
barışmaq istəmədiyi duyulandır. Bu yerdə
deyək ki, başı örtüklü bu qaçqın qızın qətiyyətli
baxışları ilə intiqam hissiylə yaşadığını
sərgiləməsi də onu başqalarından fərqləndirən
B.Kəngərli. “Ayaqyalın qadın”. 1920.