208
bir adamdır, Bağırovun əlaltısıdır. Çox qəribə olsa da, bir
tarixçi heç bir istinad göstərmədən özünə rəva görərərk yazır ki,
“Bağırov istədiyi vaxt onu zirzəmiyə salıb döydürürdü”.
Bu cür ifadələr tamamilə yanlışdır. Əvvəla, Bağırovun
1945-ci il dekabtın 31-də Pişəvəriyə çox maraqlı bir məktubu
var. Bu məktubda deyilir: “Siz hakimiyyəti almısınız. İndi nə
etmək istəyirsiniz: İran daxilində muxtariyyət, yoxsa müstəqil
dövlət? Əgər muxtariyyət istəyirsinizsə onu, yox, müstəqil
dövlət istəyirsinizsə onu əsaslandırın”.
İki həftə sonra, 1946-cı il yanvarın 15-də Cənubi Azər-
baycan rəhbərlərinin – Pişəvəri, Şəbüstəri və başqalarının bir-
likdə imzaladıqları və Bağırova ünvanladıqları müstəsna əhə-
miyyətli bir məktub var. Onlar yazırlar: “Biz İran daxilində
Azərbaycanın muxtariyyətinin gələcəyinə inanmırıq. İran bu
gün bu muxtariyyəti bizə verir. Ancaq sabah mərkəzi Tehran
hökuməti gücləndikdən sonra verdiyi muxtariyyəti çox asanlıq-
la bizim əlimizdən alacaq. Biz başlanğıc üçün öz dövlətimizi
müstəqil təsəvvür edirik. Bu müstəqil dövlətin adının Cənubi
Azərbaycan Milli Demokratik Hökuməti qoyulmasını təklif
edirik”. Hətta nümunələr də gətirərək təklf edirdilər: “Bu,
Sovetlərə yaxın olan Monqolustan tipli bir dövlət ola bilər”.
Ancaq onlar öz məktublarında bunu birinci mərhələ kimi göstə-
rir və bidirirdilər ki, “bu mərhələni keçdikdən sonra Cənubi
Azərbaycan Milli Demokratik Hökumətinin Şimali Azərbay-
canla birləşməsinin tərəfdarıyıq. Biz azərbaycanlıların taleyini
bu cür təsəvvür edirik, onların taleyini bu formada görürük və
başladığımız bu hərəkatın nəticə etibarı ilə buna gətirib çı-
xaracağını hədəf kimi görürük”.
Həmin məktuba əlavə olunmuş xəritələrdə Azərbaycanın
sərhədləri təklif edilir. Xəritədə Azərbaycan Ənzəlidən başla-
nır, Qəzvin, Həmədan, İraq sərhədlərinə qədər, Türkiyə sərhəd-
lərindən başlayaraq, Naxçıvana qədər göstərilir.
209
Qəvvam əs-Səltənənin
məsələyə münasibəti
İranın o vaxtkı Baş naziri Qəvvam əs-Səltənə də Azərbay-
canda ciddi mübahisələr doğuran şəxsiyyətlərdən biridir. Onun
bu məsələyə münasibəti necə idi? Hamı belə hesab edirdi ki,
Qəvvam ingilislərin adamı kimi hökumətə gəlib. Bu fikir tama-
milə yanlış idi. 1944-cü ilin sentyabrında Kaptaradze başda ol-
maqla SSRİ-nin neft nümayəndə heyəti Tehrana getmişdi. O
dövrdə İran məclisi xaricilərə neft konsepsiyası verməmək haq-
qında gizli şəkildə qanun qəbul etmişdi. Həmin heyətin tərki-
bində bu gün də yaşayan SSRİ Neft Sənayesi komissarının müa-
vini Nikolay Baybakov da var idi. Qəvvam gizli şəkildə onunla
görüşmüş və ona bildirmişdi ki, İran hökuməti sizi aldadır, o, So-
vetlərə neft verməyəcək. Siz 40 günə yaxındır ki, buradasınız.
Bundan sonra 40 gün qalsanız da, heç nə dəyişməyəcək. Onlar
sizə qəti sözlərini deyə bilmirlər. Çıxış yolu odur ki, siz məni
Baş nazir təyin edin, mən də sizin tələblərinizi yerinə yetirim.
Dünya tarixşünaslığında ingilis adamı kimi təqdim olunan
Qəvvam əs-Səltənə 1946-cı ilin yanvarında hakimiyyətə Sovet-
lərin nümayəndəsi kimi gəldi. Gizli danışıqlarda Qəvvam nə
qədər ki, öz siyasətini Moskva siyasəti üzərində qurmuşdu,
Azərbaycana muxtariyyət verilməsinin tərəfdarı idi. Baş nazirin
müavini Milətvər Siruza demişdi ki, azərbaycanlılar nə istəyirsə
verin. Ancaq elə verin ki, mənim əleyhdarlarım bundan mənə
qarşı istifadə edə bilməsinlər.
İran tarixşünaslığında çox pafosla deyilən bir fikir var:
“Qəvvam Moskvaya getdi, Stalini aldatdı, məsələni tamam həll
edib gəldi”. Bu, tamamilə yanlış bir fikirdir. Qəvvamın Moskva
səfəri bütünlüklə iflasa uğramışdı. O, heç nəyə nail ola bilmə-
mişdi. (Yeri gəlmişkən, Qəvvamın Moskvaya səfərinin stenoq-
ramı üstündən “qadağanlıq” möhürü götürüldükdən sonra ha-
zırda Rusiyada saxlanılan bu nadir tarixi sənəddən ilk dəfə mən
istifadə etmişəm).
210
Birinci müzakirə olunan məsələ bu idi: Stalin ona belə
təklif etmişdi ki, nə qədər ki, bizim qoşunlar oradadır, sən şahı
devir, hakimiyyəti ələ al, İranın prezidenti ol.
Qəvvam bu məsələyə razılıq vermişdi. Molotovla ikinci
görüşdə nə fikirləşmişdisə, tədricən bu ideyadan imtina etmişdi.
Hətta Molotovdan xahiş etmişdi ki, biz Stalinlə danışıqlar apa-
rarkən İranlı tərcüməçi yox idi. İndi sizinlə danışıqlarda xahiş
edirəm ki, İranlı tərcüməçi Həmid Səyyah iştirak etsin. Həmid
Səyyahın yanında isə Stalinlə danışdığımız məsələlərə toxunul-
masın. Amma Molotovla görüşlərdə o, bu söhbətdən imtina et-
mişdi. Molotov Stalinə hesabatında yazırdı: “Qəvvam şahı de-
virməkdən imtina etdi”. Stalin o hesabatın üstünə uzununa bir
söz yazıb: “Svоlоç”.
Bundan sonra fevralın sonu – martın əvvəlinə qədər bu
danışıqlar davam etmişdi. Danışıqlar üç məsələ ilə bağlı idi: 1)
Azərbaycan məsələsi; 2) Neft məsələsi; 3) Sovet qoşunlarının
İrandan çıxarılması məsələsi. Lakin heç bir məsələdə razılıq əl-
də olunmadı. Qəvvam tam əliboş geri döndü. Martın 9-da geri
dönərkən Bakıya gəldi və iki gün burada qaldıqdan sonra İrana
getdi. Qayıdan kimi birbaşa şahın qəbulunda, sonra isə Ame-
rika səfirinin qəbulunda oldu.
Səfir həmin görüş barədə ABŞ Dövlət Departamentinə
yazmışdı: “Qəvvam mənə dedi ki, səninlə müzakirə etdiklərimi
şaha deməmişəm. Ona görə də bu məsələlər gizli saxlanılır”.
Qəvvamın ağlı onda idi ki, o, dünya siyasətinin dəyişik-
liklərini vaxtında tuta bilmişdi. Moskva səfərindən sonra ori-
yentasiyanı dəyişmiş, Amerika siyasi xəttini tutmuş, üzünü
Vaşinqtona çevirmişdi. Bu artıq bir siyasətçi kimi onun ağlının
itiliyindən irəli gəlir, mahir, usta bir siyasətçi olduğundan xəbər
verirdi. Bunu Qəvvamın özü də bilirdi...
Hamlet İSAXANLI:
–Cəmil müəllim, bəlkə Moskva onu ələ ala bilmədi, heç
bir məsələdə razılaşma olmadı, yəni Qəvvam istədiyini edə
bilmədi deyə o, siyasətini dəyişdi...
Dostları ilə paylaş: |