214
liyi ilə Moskva rəhbərliyi arasında böyük fikir ayrılığı olduğu-
nu görə bildim. Məsələn, 1946-cı ilin dekabrına qədər Bakı rəh-
bərliyi elə bilirdi ki, fövqəladə bir vəziyyət yarananda Təbrizə
kömək etmək olar. Ona görə də Tehran qoşunları Təbrizin üzə-
rinə gələndə Pişəvəri yazır ki, burada vəziyyət böhranlı vəziy-
yətə çatıb. Xahiş edirik, əlimizdə olan vasitələrdən, Bakı dairə-
sinin silah və sursatından istifadə etməklə Təbrizə kömək etmə-
yimizə icazə verin. Onların 276 nəfər gənc zabiti bizim kurslar-
da oxuyur. Onlar üçün artıq vətənlərinə xidmət etmək məqamı
yetişib. Onları öz ölkələrinə göndərməyimizə icazə verin. Am-
ma Moskva mənəvi yardımdan başqa heç bir köməklik göstərə
bilməyəcəyini bildirdi və bilavasitə Stalinin imzası ilə sənəd
göndərildi.
Bu soyuq müharibənin ilk vaxtlarında Sovetlər məğlub
oldu. 1946-cı ilin dekabrında – Azər ayının 21-də bu hərəkat
məğlubiyyətə uğradı. Təbrizdəki qələbə münasibəti ilə hətta
İran hakimiyyəti ziyafət verdi. Bunu özünün və Amerikanın
qələbəsi adlandırdı. Bugünkü Amerika – İran qarşıdurması tari-
xin qəribə paradoksudur. Hər halda İran öz ərazisini qoruyub
saxladığına görə Amerikaya minnətdar olmalıdır. Amerikanın
Dövlət katibi azərbaycanlılara dil, mədəniyyət haqqı verilməsi-
ni qeyd etmişdi. İran hökumətinə demişdi ki, əgər siz bunu on-
lara verməsəniz, bu müzakirə beynəlxalq müzakirəyə çıxarılan-
da Azərbaycan tərəfi haqlı tərəf sayılacaq. Bu məsələdə Ame-
rika mədəni muxtariyyətin tərəfdarı idi. Amma İran siyasi dai-
rələri buna hazır deyildilər.
Qalanın divarlarına qanları ilə
“Yaşasın Azərbaycan!” yazmışdilar
Bu hərəkatdan artıq 60 ildən çox zaman keçir. Bunun haq-
qında müxtəlif münasibətlər ortaya qoyulub – hadisələr haqqın-
da həqiqətə uyğun olan yazılarla yanaşı, böhtan xarakterli yazı-
lar da yazılıb. Amma mənim yanaşmam belədir ki, biz azərbay-
canlılar üçün bu mövzu son dərəcə həssas mövzudur. Xüsusilə
215
bu gün Güney Azərbaycanda gedən proseslərin fonunda keçmi-
şə dönüş o nöqteyi-nəzərdən olmalıdır ki, onlar öz babalarının
bu millətin azadlığı, müstəqilliyi uğrunda mübarizə apardığına
əmin olsunlar. Şərq insanının özünü fəda etmək üsulları son də-
rəcə qəribədir. Bu, bütünlüklə Təbriz hərəkatına münasibətdə
özünü göstərdi. Məsələn, Ərk qalasında axıra qədər beş nəfər
fədai qalır. Onlar sona qədər vuruşurlar. Görün ideya bunlara
nə dərəcədə hakim kəsilmişdi ki, qalanın divarlarına qanları ilə
“Yaşasın Azərbaycan!” yazmışdılar.
General Kəbirini və digər fədailəri dar ağacının qarşısına
aparanda bu insanlar milli ideya uğrunda ölümün gözünün içə-
risinə dik baxırlar. Boynuna kəndir salınan adam deyir ki, mə-
nim övladımı gizlədin, başıma gələnləri ona deyərsiniz, o, mə-
nim intiqamımı alar. İnsanlar bunu dar ağacının önündə deyir-
dilər! Mən bunu bir fransız inqilabının tarixini oxuyanda gör-
müşdüm, bir də burada gördüm. Mənə elə gəlir ki, o psixoloji
mühit öyrənilməlidir. Ümumiyyətlə, məncə, biz bu məsələ ilə
bağlı ilk addımları atmışıq. Bu məsələlərin çoxlu qaranlıq tərəf-
ləri var. İnanın ki, bu mövzuda onlarla tədqiqat aparmaq olar.
İşlənilməmiş sənədlər, arxivlər, fondlar açıldıqca nə qədər yeni-
yeni məlumatlar üzə çıxır...
Deyəsən mənə ayrilmiş vaxdan bir az artiq danişdim. Çox
sağ olun! Suallarınız olsa, cavab verməyə hazıram.
Hərəkatın məğlubolma səbəbləri
Professor Hamlet İSAXANLI:
– Çox sağ olun, Cəmil müəllim!
Çox ləzzətlə, konseptual danışdınız. Hamı da ləzzətlə qu-
laq asırdı, heç kimin səsi çıxmırdı. Çox təşəkkür edirəm!
İndi çoxlu suallar olacaq. Mənim iki sualım var, onları
bir-bir verib cavab istəyəcəyəm. Şübhəsiz ki, bu azadlıq hərə-
katı dediyimiz məsələ həmişə romantika ilə doludur və biz onu
əslində olduğundan bir az da artıq romantikləşdiririk. Amma
məni bu məsələ maraqlandırır: “Azərbaycan məsələsi” ilə məş-
216
ğul olan tarixçilər deyirlər ki, hərəkatın məğlubolma səbəblə-
rindən biri də onun xalq hərəkatına çevrilməməsi idi. Düşünən
adamlar əhalinin az hissəsini təşkil edirlər. Onlar inqilabı hazır-
layırlar. Burada isə hərəkatı bir tərəfdən Sovetlər, şimaldan get-
miş azərbaycanlılar, bir də oradakıların bir qismi təşkil edirdi.
Amma deyirlər ki, bir neçə səbəbə görə bu, xalq hərəkatına
çevrilmədi. Din İranda həssas mövzudur, bu gün də belədir.
Misallar göstərirdilər ki, bu hökumətin, Azərbaycan Demok-
ratik Firqəsinin siyasəti dinə sovetsayağı münasibət bəsləməkdə
idi. O dövrdə birdən-birə Sovet İttifaqındakına bənzər dinə eti-
nasız görünən çoxlu dünyəvi addımlar atılmağa başlanmışdı.
Digər tərəfdən, Sovetlərdə kolxoz qurulanda camaatın
əlindən buğdanı alırdılar ki, şəhərə lazımdır. Pişəvəri zamanın-
da Cənubi Azərbaycanda da belə işlər etdilər. Tacirlərin mal-
larının müsadirəsi ilə bağlı da əhvalatlar olmuşdu. Tehrandan
Sovet qoşunları gedəndə hərəkatçılar müqavimət göstərmək is-
təsələr də, alınmadı. Çünki camaat artıq onları istəmirdi. Bu ba-
rədə nə deyə bilərsiniz?
Təbriz meydanındakı saatı da
Moskva vaxtı ilə düzəltmişdilər
Professor Cəmil HƏSƏNLİ:
–Birincisi, camaat barədə. Kəsrəvinin çox maraqlı bir fik-
ri var: “Təbriz meydanlarında Şeyx Məhəmməd Xiyabaninin
bəlağətli çıxışlarını dinləyib əl çalmaqdan yorulmayan camaat
şeyxin cənazəsini Təbriz küçələrində dolandıranda da əl çalırdı-
lar”. Əlbəttə, o, bunu ola bilər ki, bir az məcazi mənada işlədib.
Yeri gəlmişkən, səbəblər yalnız məğlub olduqda araşdırı-
lır. Məsələn, Stalin deyir ki, Sovet xüsusi xidmət orqanları
Salamulla Cavid haqqında qəribə şeylər hazırlamışdılar. Sovet-
lər öz məğlubiyyətini üzərinə qoymağa adam axtarırdılar. Ona
görə Salamulla Cavidi tapdılar ki, guya şahla əlbir olub. Tama-
milə yanlış məlumat idi. O məlumatların heş biri özünü doğult-
mur. Arxivlər açılır, ancaq o barədə heç bir sənəd yoxdur.
Dostları ilə paylaş: |