mək mümkün olmadı. Konfrans 1992-ci il noyabrm 21-də Naxçı-
vanda keçirildi. Müxtəlif bölgələrdən 550-dən çox nümayəndə
gəlmişdi. Konfrans YAP-m təsis olunması haqqm da qərar qəbul
etdi. Partiyanm Heydər Əliyev tərəfmdən hazırlanmış Proqram və
Nizamnaməsi müzakirə olunub qəbul edildi. Heydər Əliyev yekdil-
liklə partiyanm sədri seçildi. Konfransda YAP-m İdarə Heyəti, Si-
yasi Şurası vəNəzarət-Təftiş Komissiyası seçildi [19, s.447; 41, s.30].
Partiyanm 21 noyabr 1992-ci il tarixli bəyanatmda qeyd olu-
nurdu ki, bu partiyanm başlıca proqram məqsədi dövlət müstəqilli-
yinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı demokratik
hüquqi dövlətin yaradılması, möhkəm əmin-amanlıq və ictimai həm-
rəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaqdan, geniş de-
mokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan
ibarətdir. «Yeni Azərbaycan Partiyası parlament tipli partiyadır» [9,
1999, 9 iyun]. «Bizim şüarımız müxalifət naminə müxalifət ola bil-
məz. Bizim prinsipimiz - konstruktivlikdir» [19, s.448].
Heydər Əliyev təkcə YAP-m deyil, bütün Azərbaycan xalqı-
nm lideri idi. Heydər Əliyevin məsləhətlərinə məhəl qoymayıb səriş-
təsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə
gətirmiş iqtidar başlanmış təhlükəli proseslərin qarşısım almaqda
gücsüzlüyünü görüb son anda kömək üçün ona müraciət etdi. 1993-cü
ilin iyununda Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı
ilə Azərbaycan onu gözləyən fəlakətlərdən xilas oldu. Ölkəmizin ic-
timai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatmda, beynəlxalq əla-
qələrində əsaslı dönüş yarandı.
1.14. Naxçıvan Muxtar Respublikasının yeni
Konstitusiyasının qəbul edilməsi
Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan
sonra Naxçıvan M uxtar Respublikasmda ictimai-siyasi vəziyyət
sabit qalsa da, idarəçilik sahəsində müəyyən boşluqlar, hakimiyyət
orqanları arasmda anlaşılmazlıqlar yaranmağa başlamış, bir çox
sahələrdə mənfı hallar baş qaldırmış, nizam-intizam pozulmuş, işlər
zəifləmişdi [24, s. 127]. Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvana
başçı seçilmiş Namiq Həsənov prezidentin ona göstərdiyi etimadı
59
doğrulda bilmadi, muxtar respublikada idarəçilik sahəsində ciddi
problemlər yarandı. Ölkə rəhbərliyinin, prezidentin səylərinə bax-
mayaraq, həmin dövrdə muxtar respublika inkişaf edə bilmədi [21,
s. 271].
90-cı illərin ortalarmda Azərbaycan keyfiyyətcə yeni bir mər-
hələyə daxil oldu, dövlət quruculuğunda m ühüm işlərə başlamaq
üçün ictimai-siyasi sabitlik yarandı. Milli Məclisin qərarı ilə Prezi-
dent Heydər Əliyevin sədrliyi ilə 1995-ci il iyun ayınm 2-də Konsti-
tusiya Komissiyası yaradıldı.
Bu komissiya «Azərbaycan
Respublikasımn Konstitusiyası» layihəsini hazırladı və 1995-ci il ok-
tyabr ayınm 15-də ümumxalq müzakirəsinə verdi. Layihəyə düzəliş
və əlavələr edildi. Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası
1995-ci il noyabr ayınm 12-də referendum yolu ilə qəbul olundu.
Azərbaycan Respublikasınm dövlət quruculuğunun qanuni, hüquqi
əsasları yaradıldı.
Azərbaycan Respublikası Konstitusiyası Naxçıvan M R-ə
Azərbaycanm tərkibində Muxtar Dövlət statusu verdi [6, s.54]. Nax-
çıvanın coğrafi xüsusiyyətləri, Azərbaycan Respublikasmm əsas his-
səsi ilə onun ümumi sərhəddinin olmaması bu bölgə üçün muxtar
idarəetmə sisteminin təsis olunmasını tələb edirdi. Naxçıvan M uxtar
Respublikasında dövlət idarəetməsi parlament hakimiyyəti üsulu ilə
həyata keçirilir. Ali Məclisin - parlamentin sədri m uxtar respublika-
nm ali vəzifəli şəxsidir. Icra Hakimiyyəti Ali Məclis tərəfındən for-
malaşdırılır və onun qarşısmda məsuliyyət daşıyır. Naxçıvan M R-in
Ali Məclisi, məhkəmələri qanunla və prezident fərmanları ilə onlarm
səlahiyyətinə aid edilmiş məsələlərin həllində müstəqildirlər. Mux-
tariyyətin mövcud olduğu illər ərzində Naxçıvan heç zaman belə
yüksək statusa malik olmayıb [9, 1999,20 iyun]. M uxtar dövlətə xas
olan bütün əlamətlər nəzərə almdı.
Azərbaycan Respublikasmın yeni Konstitusiyasmm 8-ci fəsli
Naxçıvan M uxtar Respublikasma həsr edilib. Bununla əlaqədar ola-
raq, Naxçıvan M R Ali Məclisinin 23 dekabr 1995-ci il tarixli qərarı
ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Ko-
missiya muxtar respublikanın yeni Konstitusiya layihəsini hazırla-
yaraq Azərbaycan Respublikasmm yeni Konstitusiya layihəsini
hazırlayan komissiyaya təqdim etdi. Həmin layihə Azərbaycan Res-
60
publikasımn Konstitusiya layihəsini hazırlayan komissiyada dörd
dəfə müzakirə olundu. Konstitusiya layihəsi üzərində üç ilə yaxm ən
müxtəlif səviyyələrdə müzakirələr getdi. Bir sıra müxalif qüvvələr
Naxçıvanm muxtariyyət statusu əleyhinə çıxdılar. Ölkə əhalisinin
fikrinə, beynəlxalq təşkilatlarm rəyinə görə unitar dövlətin tərki-
bində də m uxtar qurum ola bilər. Beynəlxalq ekspertlərin rəyincə
Naxçıvan MR-in Konstitusiya layihəsi demokratik, hüquqi, dünyəvi
dövlət quruluşuna təm inat verir, demokratik dövlətin siyasi və
hüquqi təşkili prinsiplərinə uyğundur. Bu, muxtariyyətin əsaslarmın
I müasir tələblərə uyğun qurulmasma zəmin yaradır. M uxtar respub-
I likanın Konstitusiya layihəsi 1921 -ci il Moskva və Qars müqavilələri
ilə müəyyən edilmiş, Azərbaycan dövlətinin ayrılmaz, toxunulmaz
və bölünməz tərkib hissəsi olan Naxçıvamn coğrafl-siyasi vəziyyətinə
uyğundur. Bu layihə Azərbaycan dövlətinin öz ərazisində tam suve-
ren hakimiyyətə malik olduğunu təsdiq edir. Konstitusiya layihəsi
Naxçıvamn siyasi və sosial xüsusiyyətlərini, tarixi ənənələrini özündə
əks etdirir. Layihə Naxçıvanm dövlət quruluşunu, onun təşkilini, ali
hakimiyyət orqanlarmm səlahiyyətlərini müəyyən edir, muxtar döv-
lətin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı
əlaqələrini, Azərbaycan Respublikasmm dövlət hakimiyyəti orqan-
ları ilə münasibətlərini tənzimləyir [9, 1998, 16 yanvar].
|
A zərbaycan R espublikası K onstitusiya Komissiyasmm
1998-ci il yanvarın 14-də keçirilən iclasmda Naxçıvan MR-in Kon-
stitusiya layihəsi müzakirə edilərkən ölkə prezidenti, komissiyanm
sədri Heydər Əliyev dedi: «Naxçıvanm muxtariyyəti tarixi nailiy-
!
yətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanm muxtariyyəti
Naxçıvanm əldən getmiş başqa torpaqlarm m qaytarılması üçün
| ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub sax-
j lamalıyıq» [15, s.89].
|
Naxçıvan M R-in Konstitusiya layihəsinin son variantı prezi-
i dent Heydər Əliyevin 12 aprel 1998-ci il tarixli məktubu ilə müzakirə
edilmək üçün Naxçıvan M R Ali Məclisinə göndərildi. Konstitusiya
layihəsi daxil olan təkliflərlə birlikdə Naxçıvan MR yeni Konstitu-
ı
siyası layihəsini hazırlayan komissiyanm 23 aprel 1998-ci il tarixli
iclasında müzakirə edildi. 1998-ci il aprelin 28-də Naxçıvan MR-in
yeni Konstitusiyası M uxtar Respublikanın Ali Məclisində qəbul
61
Dostları ilə paylaş: |