Azərbaycan Milli Məclisinə seçkilər 2005-ci il noyabrın 6-na təyin
edildi. Bu sərəncama uyğun olaraq Naxçıvan MR Ali Məclisi sədri-
nin 25 iyul 2005-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinə seçkilər də 2005-ci il noyabr aymın 6-na təyin edildi.
Milli Məclisə keçirilən seçkilərdə Naxçıvan MR-in ərazi vahidləri
üzrə 7 seçki dairəsi, Naxçıvan M R Ali Məclisinə keçirilən seçkilər
üzrə isə 45 seçki dairəsi yaradıldı.
Hələ 7 iyun 2005-ci il tarixdə Naxçıvan M uxtar Respublikası
Ali Məclisində seçkilərə hazırlıqla bağlı qarşıda duran vəzifələr geniş
müzakirə olundu. Ali Məclisin sədri Vasif Talıbov Azərbaycamn
digər bölgələrindən fərqli olaraq Naxçıvanda 6 noyabrda həm Ölkə
Parlamentinə, həm də M uxtar Respublika Ali Məclisinə seçkilərin
keçiriləcəyini xatırlatdı, bu şərəfli və məsuliyyətli siyasi tədbirin
yüksək səviyyədə, tam dem okratik şəkildə, qanunvericiliyə uyğun
qaydada təşkilini bütün aid qurumlarm qarşısmda qəti vəzifə kimi
qoydu. 9 iyul 2005-ci il tarixdə 2-ci çağırış Naxçıvan M uxtar Res-
publikası Ali Məclisinin yeddinci sessiyasmda «Naxçıvan Muxtar
Respublikası Ali Məclisinə seçkilər haqqmda» Naxçıvan M R Qa-
nunu qəbul olundu. 13 fəsildən, 105 maddədən ibarət bu qanunda
[35, s. 187-282] ümumi, bərabər, azad, gizli, birbaşa seçki prinsipləri
təsbit olundu, bunun üçün müvafiq hüquqi baza yaradıldı. Ali Məc-
lisin həmin sessiyasmda Naxçıvan M uxtar Respublikası MSK-nın
hamısı bitərəf olmaqla 7 nəfərdən ibarət yeni tərkibi də təsdiq edildi.
Azərbaycan Milli Məclisinə 7 dairə üzrə 42 namizəd qeydə
almmış, seçkilərdə 32 namizəd iştirak etmişdir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinə seçkilərdə 45 dairə üzrə müxtəlif siyasi
partiyalara mənsub, yaxud bitərəf olan 145 namizəd qeydə almmışdı.
Ölkə Prezidenti İlham Əliyevin imzaladığı «Seçki praktikası-
nın təkmilləşdirilməsinə dair» 11 may 2005-ci il və «Azərbaycan Res-
publikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə
bağlı təxirəsalmmaz tədbirlər haqqm da» 25 oktyabr tarixli sərən-
camları seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə, seçicilə-
rin öz iradələrini sərbəst şəkildə ifadə etmələrinə imkan yaratdı.
Azərbaycanda keçirilən parlament seçkilərində ilk dəfə olaraq
«exit-poll»un təşkili ilə əlaqədar m üddəalara da xüsusi diqqət yeti-
rildi.
65
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasmm mə-
lumatına görə 125 seçki dairəsi üzrə 5137 seçki məntəqəsi yaradılmış
və həmin məntəqələr üzrə 4 milyon 660 min seçici qeydə alınmışdır.
Naxçıvan M uxtar Respublikası üzrə Azərbaycan Respubli-
kasının Milli Məclisinə 7 seçki dairəsi üzrə və Naxçıvan M uxtar Res-
publikasımn Ali Məclisinə 45 seçki dairəsi üzrə 275 mülki və 23 hərbi
(qapalı) seçki məntəqələri yaradıldı ki, bu seçki məntəqələrində də
236441 nəfər seçici siyahılarma daxil edildi [35, s.19].
Naxçıvan M uxtar Respublikasmda seçki dairələri üzrə seçi-
cilərdən 137143 nəfəri, yəni 58,1 faizi seçkilərdə iştirak etdi. Ölkə-
mizin seçki tarixində ilk dəfə olaraq keçirilən «exit-poll»un nəticələri
Mərkəzi Seçki Komissiyasmın nəticələri ilə üst-üstə düşdü. Azərbay-
can üzrə «exit-poll» keçirilmiş 65 dairədən 58-də, Naxçıvan MR-də
isə seçki dairələrinin hamısında ümumi göstərici mərkəzi Seçki Ko-
missiyasmın ilkin nəticələri ilə adekvat idi.
Seçkinin nəticələrinə görə dairələrin böyük əksəriyyətində
YAP təmsilçiləri qalib gəldi. Belə ki, Naxçıvan M uxtar Respublikası
Ali Məclisində deputat yeri əldə etmiş 45 nəfərdən 39-u (86,7%)
YAP-ı, 2-si (4,4%) AXCP-ni təmsil edir. Seçilmiş deputatlardan 4
nəfəri (8,9%) isə bitərəfdir.
Naxçıvan M uxtar Respublikasınm Ali Məhkəməsi 21 noyabr
2005-ci il tarixdə 45 seçki dairəsi üzrə seçkilərin nəticələrini
bütövlükdə təsdiq etdi.
2005-ci il noyabrm 28-də üçüncü çağırış Naxçıvan M uxtar
Respublikası Ali Məclisinin I sessiyası keçirildi. Sessiyada Naxçıvan
M uxtar Respublikası Ali Məclisi sədrinin, sədrin müavinlərinin,
Daimi Komissiya sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçil-
məsi, 2006-cı il Dövlət büdcəsinin təsdiqi, «Naxçıvan M uxtar Res-
publikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqmda»
Naxçıvan M uxtar Respublikasmm Qanunu və b. məsələlər təsdiq
edildi [39, 2005, 29 noyabr]. Heydər Əliyev dövlətçilik məktəbinin
layiqli yetimıəsi, tanınmış ictimai-siyasi xadim Vasif Talıbov yenidən
üçüncü dəfə açıq səsvermə yolu ilə yekdilliklə M uxtar Respublika
Ali Məclisinin sədri seçildi.
Üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
doqquz sessiyası keçirilmiş, bu sessiyalarda muxtar respublikanm
66
iqtisadi həyatı, müxtəlif ilbrdə (2005-2010-cu ilbrdə) Naxçıvan
Muxtar Respublikasınm sosial-iqtisadi inkişafmm yekunları, İnsan
hüquqları üzrə müvəkkilin (Ombudsmamn) seçilməsi, Ombudsma-
nın hesabatları, müxtəlif illər üzrə Dövlət büdcəsinin təsdiqi və icrası
vəziyyəti və b. məsələlər müzakirə edilmiş, qərarlar qəbul edilmiş-
dir.
2006 və 2007-ci illərdə M uxtar Respublikada çox böyük qu-
ruculuq tədbirləri həyata keçirilmiş, ümumi daxili məhsul 2005-ci
illə müqayisədə 2006-cı ildə 27 faiz artmış (405657 min manat təşkil
etmişdir), 29 istehsal müəssisəsi fəaliyyətə başlamış, sənaye istehsa-
lmın həcmi müvafiq olaraq 64 faiz artmış (70444 min manat olmuş-
dur), 2006-cı ildə 8044 yeni iş yeri açılmış, 757 obyektdə tikinti, əsaslı
təmir, yenidənqurma, bərpa və təmir işləri görülmüşdür [39, 2007,
11 yanvar]. 2007-ci il muxtar respublikada sənayenin, tikintinin,
kənd təsərrüfatı, meliorasiya, kommunikasiya və sosial-mədəni sa-
hələrin, maliyyə-bank sektorunun inkişafı baxımmdan da yaddaqa-
lan olub. İ1 ərzində 793 obyektə tikinti, əsaslı təmir, yenidənqurma
və bərpa işləri aparılıb ki, bu da təxminən hər gün ərzində 2,5 ob-
yektin istifadəyə verilməsi demək olub [9, 2009, 22 yanvar]. 2008-ci
il Naxçıvan M uxtar Respublikasmda inkişaf və tərəqqi ili elan edil-
mişdir. Bu ildə m uxtar respublikada ümumi daxili məhsul istehsalı
35,5 faiz artaraq 795764 min manat olmuşdur. Sənaye məhsulu is-
tehsalı 26,7 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 11,5 faiz art-
mışdır. Ümumiyyətlə, 2008-ci ildə muxtar respublika üzrə müxtəlif
təyinatlı 854 obyekt istifadəyə verilmiş, 91 obyektdə isə tikinti-qu-
raşdırma və təmir işləri davam etdirilmişdir [37, 2009, 8 fevral].
Naxçıvan M uxtar Respublikasında 2009-cu il nizam-intizam
ili elan edilmişdir. Bu, təkcə əmək intizammm gücləndirilməsi kimi
başa düşülməmiş, hər bir işçinin ona tapşırılan sahədə məsuliyyətinin
gücləndirilməsi, işə və onun nəticəsinə şüurlu münasibət, idarəetmə
və icra mədəniyyətinin artırılması kimi dərk edilmiş və tətbiq olun-
muşdur [39, 2009, 29 dekabr]. M uxtar respublikada 2009-cu il ilk
növbədə sosial-iqtisadi sahədə yeniləşmə və quruculuq tədbirlərinin
daha da dərinləşməsi dövrü kimi yadda qalmışdır. 2004-2008-ci illər
üzrə regionlarm sosial-iqtisadi inkişafı dövlət proqramınm icrası ilə
bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində muxtar
67
Dostları ilə paylaş: |