nümayəndəlikləri və konsulluqları barədə məlumat müvafiq icra hakimiyyəti
orqanının,
Azərbaycan
Respublikasının
xarici
ölkələrdəki
diplomatik
nümayəndəliklərinin və konsulluqlarının rəsmi internet saytlarında və binalarının
qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilir.
37.5. Vizanın rəsmiləşdirilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsi ilə həyata keçirilir.
37.6. Viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
vəsatətlərinə müraciət olunduğu gündən ən geci on beş gün keçənədək, müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda, habelə əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycan
Respublikasında yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə
bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci iki iş günü
ərzində baxılır.
37.7. Vizanın verilməsi barədə ərizənin düzgün doldurulması və tələb olunan
sənədlərin tamlığı diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən
yoxlanıldıqdan sonra həmin məlumatlar dərhal “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir və
gücləndirilmiş elektron imza ilə təsdiq edilir.
37.8. Viza verilməsi məsələsinə baxılarkən müvafiq icra hakimiyyəti orqanı
tərəfindən məlumatların düzgünlüyü və tamlığı yoxlanılır, “Giriş-çıxış və
qeydiyyat”
idarələrarası
avtomatlaşdırılmış
məlumat-axtarış
sisteminin
məhdudiyyət siyahıları ilə müqayisələr aparılır, razılaşdırılma məqsədi ilə müvafiq
icra hakimiyyəti orqanının rəyi alınır, bu işlərin nəticəsindən asılı olaraq qəbul
edilən yekun rəy diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir.
37.9. Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və
ya konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, verilməsi və qeydə
alınması təmin edilir.
37.10. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda viza verilməsi
haqqında vəsatət rədd edilir, əvvəl verilmiş viza isə ləğv edilir. Təkrar vəsatətə
imtinanı
doğuran
səbəblər
aradan
qaldırıldıqdan
sonra
baxılır.
37.11. Viza verilməsi haqqında vəsatətə baxılmasında süründürməçiliyə yol
verilməsindən və ya vəsatətə baxmaqdan imtina edilməsindən əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər inzibati qaydada və (və ya) Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə şikayət edə bilərlər.
Maddə 38. Turistlərə verilən elektron vizalar
38.1. Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsi ilə
elektron viza ala bilərlər.
38.2. Elektron viza almaq üçün əcnəbilər Azərbaycan Respublikasında fəaliyyət
göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm
şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan
turizm şirkətləri vasitəsi ilə müraciət edə bilərlər.
38.3.
Elektron
vizanın
alınması
üçün
Azərbaycan
Respublikasında
akkreditasiyadan keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet
informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə-anketi dolduraraq, şəxsin
pasportunun, fotoşəklinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq
edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və
mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer
sifariş edilməsini təsdiqləyən sənəd) skan olunmuş surətlərini əlavə edir. Sənədlər
daxil olduqdan sonra onlara bu Məcəllənin 37-ci maddəsi ilə müəyyən edilmiş
qaydada ən geci 10 gün keçənədək baxılır və viza rəsmiləşdirilərək, elektron
qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilir. Viza
verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.
38.4. Elektron vizanın verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət
rüsumu ödənilir.
38.5. Çap olunmuş elektron viza pasporta yapışdırılmır və dövlət sərhədinin
buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur.
Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda və vizada şəxsin
Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının
ərazisini tərk etməsi barədə qeyd aparılır.
38.6. Elektron qaydada verilən viza blankının təsviri və nümunəsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
38.7. Turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında
fəaliyyət göstərən turizm şirkətlərinin müvafiq icra hakimiyyəti orqanında
akkreditasiyadan keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
FƏSİL 6
ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN
RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMA MÜDDƏTİNİN UZADILMASI
Maddə 39. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar
39.1. Bu Məcəllənin 40-cı maddəsində müəyyən olunmuş hallarda əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma
müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər və bu barədə
müvafiq qərar qəbul edilir.
39.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verən
rəsmi sənəddir.
39.3. Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və
müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək, dövlət
sərhədinin buraxılış məntəqələrindən keçməklə, ölkəni tərk edə bilərlər.
39.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsviri, spesifikasiyası və
nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.