Maddə 40. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında
müvəqqəti
olma
müddətinin
uzadıldığı
hallar
40.0. Bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:
40.0.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının
ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
40.0.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında
yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
40.0.3. xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa
çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən
əsaslandırılmış vəsatət verildikdə;
40.0.4. Bu Məcəllənin 19.4-cü maddəsində nəzərdə tutulmuş hallarda.
Maddə 41. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün tələb olunan
sənədlər
41.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim
etməlidirlər:
41.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-
anket;
41.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
41.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin
notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış
şəxslər üçün);
41.1.4. bu Məcəllənin 40-cı maddəsində nəzərdə tutulmuş müvəqqəti olma
müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
41.1.5. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
41.1.6. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət
qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış,
order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
41.1.7. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin
ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış
sahəsinin olduğu hallar istisna olmaqla);
41.1.8. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin
şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan
şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
41.1.9. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
41.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə təqdim edildiyi zaman verilir.
Maddə 42. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında
müvəqqəti
olma
müddətinin
uzadılması
qaydası
42.1. Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin
müraciəti əsasında bu Məcəllənin 40-cı maddəsində nəzərdə tutulan hallarda 60
günədək uzadıla bilər.
42.2. 18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan
Respublikasında müvəqqəti olma müddəti valideyninin və ya digər qanuni
nümayəndəsinin müraciəti əsasında uzadılır.
42.3. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə
ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim
edilə bilər.
42.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı
məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması
üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək tələb olunan sənədləri
təqdim etməlidirlər.
42.5. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciəti ilə əlaqədar 3 iş günü
ərzində müvafiq qərar qəbul edilir.
42.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddətinin uzadılması məsələsi həll edilərkən, müvafiq icra
hakimiyyəti orqanı hər bir konkret halda onların Azərbaycan Respublikasında
qalma səbəblərini araşdırır, bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş
hallarda müddətin uzadılmasından imtina edir və müraciət etmiş əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə imtina barədə yazılı məlumat verir və ya müvəqqəti
olma müddətinin uzadılması ilə bağlı müraciəti müsbət həll edilmiş əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma
müddətinin uzadılması barədə qərar təqdim edir.
42.7. Müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma
müddətləri bitənədək ölkə ərazisini tərk etməlidirlər. Müvəqqəti olma müddətinin
uzadılması barədə müraciətə baxılanadək əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitdiyi halda,
onlar imtina barədə qərarı aldıqları vaxtdan 48 saat ərzində ölkə ərazisini tərk
etməlidirlər.
42.8. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə
bağlı müvafiq məlumatların toplanması, müvəqqəti olma müddətinin uzadılması
barədə qərarın fərdi olaraq doldurulması, verilməsi, habelə Azərbaycan
Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti olma
müddətinin uzadılmasından imtina edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata
keçirilir.
42.9. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik
nümayəndəlik
və
konsulluqlarının,
habelə
beynəlxalq
təşkilatların
nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan