Baxış protokolu
1918-ci il, 6 noyabr.
Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü İsmayıl bəy Şahmalıyev, şahidlər - Ərzaq Nazirinin Şamaxı qəzası üzrə
müvəkkili Mustafa bəy Mahmudovun və Şamaxı xəzinədarlığının kassiri Pan
-
teleymon İvanoviç Puqaçovun iştirakı ilə Şamaxı şəhərində pravoslav hərbi
kilsəyə baxış keçirdim və müəyyən olundu:
Kilsəyə heç bir zərər dəyməyib, bütün, həm daş, həm də taxta hissələr
salamatdır, pəncərələrə, qapılara toxunulmayıb və öz yerlərindədirlər, yalnız
pəncərələrdə bir neçə şüşə sınıb, bütün zənglər, yalnız birindən başqa, qül
-
lədən asılmışdır, bir zəng kilsənin içindədir.
Bununla protokol bitmiş və imzalanmışdır. Kilsənin şəkli 46-cı № ilə çəkilib.
Şahidlər: M.Mahmudov, P.İ.Puqaçov (imzalar).
Fövqəladə Təhqiqat Komissiyasının üzvü: İ.Şahmalıyev (imza).
AR DA, f. 1061, siy. 1, iş 106, vər. 71.
Dostları ilə paylaş: |