|
Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏAlbom1918 azBaxış protokolu
1918-ci il, 8 noyabr.
Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü İsmayıl bəy Şahmalıyev, şahidlər - Ağa Mirzə Məmməd Hüseyn oğlunun
və Surxay bəy Səməd bəy oğlunun iştirakı ilə Şamaxı qəzası Təklə-bəy kəndinə
baxış keçirdim və aşağıdakılar müəyyən olundu:
Təklə-bəy kəndi Şamaxı şəhərindən şərqə doğru 11 verst aralı, dağın
ətəyində yerləşir və təxminən 3-4 desyatin sahəni əhatə edir; kənddə olan
12 evdən 7-si yandırılıb və dağıdılıb.
Kəndin ümumi görünüşü 54-cü № ilə çəkilib.
Bununla protokol bitmişdir.
Şahidlər savadsızdır.
Komissiya üzvü: İ.Şahmalıyev (imza).
Dostları ilə paylaş: |
|
|