|
Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏAR DA, f. 700, siy. 2, iş 12, vər. 158Albom1918 azAR DA, f. 700, siy. 2, iş 12, vər. 158.
Baxış protokolu
1918-ci il, 8 noyabr.
Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü İsmayıl bəy Şahmalıyev, şahidlər - Şamaxı qəzası Çuxanlı kənd sakinləri
Fətulla Molla Əyyub oğlunun və Veys Xan Məlik oğlunun iştirakı ilə Şamaxı
qəzası Çuxanlı kəndinə baxış keçirdim və aşağıdakıları müəyyən etdim:
Çuxanlı kəndi Şamaxı şəhərindən şimal-şərqə doğru 12 verst aralı, dağın
yamacında yerləşir və təxminən 304 desyatin ərazini əhatə edir. Kənddə olan
42 evdən 25-i yandırılıb və dağıdılıb. Bu kənddə Əbdül Mürşüd Məhəmməd
oğluna məxsus evin şəkli 58-ci № ilə, kəndin ümumi görünüşünün şəkli isə
57-ci № ilə çəkilib.
Bununla protokol bitmişdir.
Şahidlər savadsızdır.
Komissiya üzvü: İ.Şahmalıyev (imza).
Dostları ilə paylaş: |
|
|