əməliyyatlar nəticəsində yaranmış sabit iqtisadi və təşkilati münasibətlər sistemidir.
Valyuta bazarında müxtəlif iqtisadi subyektlər arasında qarşılıqlı münasibətlər sistemi
ticarət-sənaye və maliyyə şirkətləri, mərkəzi banklar, birjalar, beynəlxalq və regional təşkilatlar,
beynəlxalq hesablaşmaların fasiləsiz həyata keçirilməsi (müəssisələr, bankların
valyuta məzənnələrində və müxtəlif borc öhdəlikləri üzrə faiz dərəcələrində olan fərqlər
formasında gəlirin əldə edilməsi (müəssisələr, kommersiya bankları);
valyuta və kredit risqlərindən sığorta;
valyuta siyasətinin həyata keçirilməsi (mərkəzi banklar, xəzinədarlıqlar);
kreditlərin alınması (banklar və onların müştəriləri).
Valyuta bazarının konyukturu aşağıdakılardan asılıdır:
xarici valyutaya olan tələb və təklifdən;
əmtəə və xidmətlərə görə xarici valyuta əldə etmiş və həmin valyutanə realizə etməyə
çalışan ixracatçılardan;
əmtəə və xidmətlərə görə ödəmələri həyata keçirməli olan və buna görə də xarici valyuta
almağa çalışan idxalatçılardan;
fraxta, yüklərin sığorta edilməsinə, broker və bank komissiyalarına görə valyuta əldə etmiş
ticarət şirkətlərindən, sığorta
cəmiyyətlərindən və banklardan;
dividendlərin ödənilməsi, borcların, kreditlərin geri qaytarılması üzrə öhdəlikləri olan fiziki
və hüquqi şəxslərdən və s.
Beləliklə, valyuta bazarının əsas vəzifəsi beynəlxalq iqtisadi münasibətlərə xidmət
göstərməkdir.
Müasir mərhələdə valyuta bazarı aralarında sərhədlərin praktik olaraq silindiyi milli,
regional və dünya bazarlarının məcmusu kimi çıxış edir. Lakin ilkin olaraq valyuta bazarı milli
valyuta bazarı formasında meydana gəlmişdir. XIX əsrin ortalarından etibarən sənayecə inkişaf
etmiş əsas ölkələrdə valyuta bazarlarının meydana gəlməsi aşağıdakı səbəblərdən irəli gəlmişdir:
beynəlxalq iqtisadi münasibətlərin müntəzəm inkişafı;
bank kapitalının yüksək dərəcədə təmərküzləşməsi və mərkəzləşməsi;
dünya valyuta sisteminin formalaşması;
banklar arasında müxbir münasibətlərin qurulması;
beynəlxalq hesablaşmaların kredit vasitələrinin geniş yayılması;
əlaqələri sadələşdirən rabitə vasitələrinin inkişafı;
cari hesablar üzrə valyuta məhdudiyyətlərinin olmaması.
Dostları ilə paylaş: