Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə19/74
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81912
1   ...   15   16   17   18   19   20   21   22   ...   74
movzu 6 - metn- beynelxalq valyuta munasibetleri

Valyuta  pariteti 

qanuvericiliklə  müəyyən  edilmiş  iki  valyuta  arasında  olan  nisbətdir.  Avronun 

tətbiqinə qədər paritetlər Avropa valyuta sistemi ölkələrində aktiv surətdə istifadə edilirdi. 

Qızıl-monet standartı zamanı valyuta məzənnəsinin əsasını qızıl pariteti, yəni iki valyutanın 

qızıl çəkilərinin nisbəti təşkil edirdi. 

Praktikada  valyutaların  məzənnələri  ancaq  təsadüfi  olaraq  və  qısa  müddətə  onların 

paritetləri  ilə  üst-üstə  düşə  bilər.  Bu,  tələb  və  təklifin  tarazlığı  zamanı  baş  verir.  Qızıl  standartı 

zamanı  valyuta  məzənnələri  paritetdən  yalnız  “qızıl  nöqtələri”  sərhədində,  yəni  ±1%  həddində 




fərqlənə bilərdi. Çünki, qızılın göndərilməsi zamanı çəkilən xərclər heç vaxt onun dəyərinin 1%-

ni  keçmirdi.  Qızılın  demonetləşdirilməsi  ilə  valyutaların  yeni  dəyər  etalonu  kimi  XİH  çıxış 

etməyə başladı. Hazırda valyuta məzənnəsi təkcə onun qızıl məzmunundan deyil, həm də bir sıra 

digər amillərdən asılıdır: 

 

valyutaların alıcılıq qabiliyyəti; 



 

ölkənin makroiqtisadi göstəriciləri; 



 

inflyasiyanın səviyyəsi və inflyasiya gözləntiləri



 

ölkənin tədiyə balansının vəziyyəti



 

valyuta siyasəti



 

faiz dərəclərinin səviyyəsi



 

beynəlxalq ödəmələrin güclənməsi və ya zəifləməsi



 

valyuta bazarının konyukturası; 



 

valyutaya etibarın dərəcəsi



 

subyektiv amillər və s. 



Hər  bir  valyuta  sisteminin  məxsusi  valyuta  məzənnəsi  rejimi,  valyuta  məzənnəsinin 

müəyyən  edilməsi  və  dəyişdirilməsi  mexanizmi  vardır.    Müəyyən  edilmiş  rejimdən  asılı  olaraq 

valyuta məzənnələri formalarının təsnifi Cədvəl *.*-də verilmişdir. 

 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə